Böyük Britaniya səfiri Afaq Məsudla görüşüb

Böyük Britaniya səfiri Afaq Məsudla görüşüb
7 yanvar 2015
# 18:00

Bu gün Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, qurumun tarixi, fəaliyyət istiqamətləri, perspektivləri barədə danışıb: “Tərcümə Mərkəzi 25 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində biz yalnız bədii tərcümə sahəsində dünya ədəbiyyatından yüzlərlə əsərin tərcüməsini və nəşrini həyata keçirmişik. Mərkəzin yeni statusu fəaliyyət dairəmizi genişləndirib. İndi biz təkcə bədii əsərlərin tərcüməsi ilə yox, tərcümənin digər sferalarında gedən proseslərə nəzarəti, bu sahənin təhsil mərhələsindən başlayaraq təkmilləşdirilməsi və tənzimlənməsi işini həyata keçirməyə çalışacağıq”.

Görüş zamanı İ.Siddiq ölkələrarası münasibətlərdən danışıb: “Ölkələrimiz arasında dostluq münasibətləri günü-gündən inkişaf edir. Mərkəzin İngiltərə ədəbiyyatından tərcümə və nəşr etdiyi kitabların kataloqu ilə tanış oldum. Bu qədər dəyərli əsərin Azərbaycan dilinə çevrilməsini təqdirəlayiq hadisə hesab edirəm. Xüsusən, diqqətimi tərcümə olunan ədəbiyyatların və müəlliflərin seçimi cəlb etdi. O mənada ki, olduqca görkəmli müəlliflərin əsərlərini dilinizə çevirmisiniz”.

Mərkəzin direktoru Afaq Məsud Böyük Britaniya ədəbiyyatından tərcüməsi və nəşri 2015-ci ildə nəzərdə tutulmuş əsərlərdən, həmçinin, Azərbaycan ədəbiyyatının və dilinin beynəlxalq aləmdə aktuallaşması istiqamətində görülən işlərdən danışdı: “Biz dünya ədəbi fikrini Azərbaycan oxucusuna çatdırmaqla yanaşı, Azərbaycan ədəbiyyatının, onun tarixinin, elmi-fəlsəfi fikrinin dünyada təbliğinə çalışırıq. Bu istiqamətdə nəzərdə tutulan mühüm əhəmiyyətli işlərdən biri də Azərbaycan dilinin xarici ölkələrin təhsil ocaqlarında tədrisinin təşkilidir”.

Daha sonra səfir Böyük Britaniya səfirliyinin Mərkəzlə qarşılıqlı əməkdaşlığı məsələsinə toxunaraq qeyd edib: “Hazırda Kembric və Oksford Universitetlərində Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən hazırlıq işləri gedir və biz Tərcümə Mərkəzinin də bu sahədə öz töhfəsini verəcəyinə ümid edirik. Bakıda yerləşən Böyük Britaniya Konsulluğu da Böyük Britaniya nəşriyyatları və yazıçıları ilə əlaqə qurmaqda, həmçinin, təhsillə bağlı layihələrinizdə Mərkəzə yaxından kömək edəcək. Ümumiyyətlə, bu cür maraqlı və mühüm bir sahəylə – dil və tərcümə məsələləri ilə bu səviyyədə məşğul olmağınız ümumilikdə ölkəniz üçün əlamətdar hadisədir. Ümid edirəm, ölkələrimiz arasında bu mədəni, ədəbi mübadilələrimiz, təhsil sahəsindəki əməkdaşlığımız qarşılıqlı və daimi olacaq”.

# 2656 dəfə oxunub

Oxşar xəbərlər

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər