Dünya ədəbiyyatından qısa hekayələr

Dünya ədəbiyyatından qısa hekayələr
16 dekabr 2013
# 12:33

Kulis.Az Svetlana Turan və Səid Əliyevin tərcüməsində dünya ədəbiyyatından qısa hekayə nümunələrini təqdim edir.

E Mayer

“Uğursuzluq”

Mən bədənimdəki sərt ağrılardan ayıldım. Gözlərimi açıb tibb bacısının çarpayımın başında dayanmış gördüm.

- Cənab Fudjima, - o dedi – bəxtiniz gətirib, siz iki gün əvvəl Xirosimada baş verən bombardmandan sağ çıxa bilmisiniz. İndi isə siz xəstəxanada, təhlükəsiz yerdəsiniz.

Taqətsizlikdən birtəhər güc tapıb soruşdum:

- Mən haradayam?

- Naqasakidə – o cavab verdi.

Larisa Kerklənd

“Təklif”

Ulduzlu gecə. Münasib vaxt. Şam işığında nahar. Rahat italyan restoranı. Kiçik qara libas. Gözəl saçlar, parlaq gözlər, gümüşü gülüş. Birgə iki il. Əla vaxt! Saf sevgi, yaxşı dost, başqa heç kim. Şampan şərabı! O, ürəyini təklif edir. Bir dizi üstə. Camaat baxır? Qoy baxsınlar. Gözəl briliant üzük. Qızarmış yanaqlar, məftunedici təbəssüm.

Bəyəndin, yox?!

Fredrik Braun

“Zərbə”

Dünyanın ən sonuncu insanı otaqda oturmuşdu. Qapı döyüldü...

Tom Ford

“Mən bədbəxt hadisə haqqında xəbər vermək istəyirəm”

“Silia, bu hamısı sizin günahlarınızdır. Siz mənim şişmiş bədənimi hovuzda tapacaqsınız. Əlvida. Umberto”.

Qeyd ovcunda sıxılmış halda büdrədi və mənim meyvə gelinin içindəki nəhəng tünd qırmızı milçək kimi üzüaşağı üzdüyümü gördü.

O, məni xilas etmək üçün tullananda üzə bilmədiyini xatırladı. Mən sudan çıxdım.

Ceyn Orvis

“Pəncərə”

Rita amansızcasına öldürüləndən bəri Karter pəncərənin qarşısında oturur.

Nə televizor, nə mütaliə, nə də korrespendensiya... Onun həyatı pərdələr arasından görünəndir. Kimin yemək gətirməsi, hesabları ödəməsi onun vecinə deyildi, o otağı tərk etmir.

Onun həyatı – atletlərin qaçışı, fəsillərin dəyişməsi, avtomobillər və Ritanın kabusudur.

Karter anlayır ki, divarları keçə ilə üzlənmiş palatanın pəncərələri yoxdur.

Brayan Nyuell

“Şeytan nə istəyir?”

İki oğlan dayanıb şeytanın uzaqlaşmasına baxırdılar. Onun təlqinedici gözlərinin parlaqlığı oğlanların beynini hələ də dumanlandırırdı.

- Bura bax, o səndən nə istəyirdi?

- Mənim canımı. Bəs səndən?

- Avtomat – telefon üçün xırda pul. Ona təcili zəng etmək lazım idi.

- İstəyirsənsə, gedib bir şey yeyək.

- İstəyirəm, amma mənim indi pulum yoxdur.

- Narahat olma. Məndə nə qədər desən var.

Coss Uedon

“Xələt əynindən necə gəldi düşdü. Elə mənim başım da”.

Marqaret Atvud

“Daxırdım onun üçün. Vüsala çatdım. Axmaqlıq”.

Frank Miller

“Qanlı əllərimlə deyirəm əlvida”.

Stiven Meretski

“Boşa xərclənmiş gün. Boşa xərclənmiş həyat. Desertə nə var?”

Vernor Ving

“Epitafiya: Ağılsız insanlar Yeri xilas etmədilər”.

Brüs Sterlinq

“İnsan olaraq qalmaq çox baha başa gəldi”.

Ceyms Patrik Kelli

“Öpüşdük. Qız əridi. Zəhmət olmasa, döşəmə əsgisi verin!”

Nil Qeyman

“Mən ölmüşəm. Səninçün darıxmışam. Öpüşəkmi...?”

Orson Skott Kard

“Uşağın qan rezusu? Daha insani”.

Ursula le Quin

“Asandır. Sadəcə, toxundur kibriti...”

Qreq Bear

“Yeni genlər ifadəlilik tələb edir – üçüncü göz”.

Vilyam Qibson

“Buş həqiqəti söylədi. Cəhənnəm buza döndü”.

Ken Makleod

“Bu qədər bəs edər (tənbəl yazıçı soruşdu)?”

Greqori Maqvayr

“Başlanğıcda söz vardı”.

Stiven Meretski

“Zaman səyyahının düşüncəsi: “Parol nə idi?”

# 6953 dəfə oxunub

Oxşar xəbərlər

Varaqları oxunmaq üçün ağrıyan romanlar - Cavanşir Yusifli

Varaqları oxunmaq üçün ağrıyan romanlar - Cavanşir Yusifli

15:00 10 yanvar 2026
"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

12:00 7 yanvar 2026
"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

15:00 5 yanvar 2026
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

12:00 28 dekabr 2025
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

17:00 22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər