Rasim Qaraca necə dahi oldu? - QAN TURALININ YAZISI

Rasim Qaraca necə dahi oldu? - <span style="color:red;">QAN TURALININ YAZISI
17 fevral 2016
# 11:55

Qan Turalı

Uzatmağına sözü uzadacağıq...

Amma sonda deyəcəyimizi bəri başdan deyək.

Rasim Qaraca dahi şairdir.

Hə, başa düşürəm, ətraf “dahi” şairlərlə doludur.

Ok.

Bəs dahi şair kimdir?

Onu da yazaq:

1. Sabir

2. Müşfiq

4. Səməd Vurğun

5. Əli Kərim

6. Ramiz Rövşən

Vəssalam.

İndi keçək söhbətimizə...

Səməd Vurğundan sonra Azərbaycan şeiri sözün bütün mənalarında başsız qalmışdı. O nəhəng şeir boşluğunu doldurmaq Rəsul Rzanın üzərinə düşürdü. Rəsul da az çalışmadı. Az əziyyət çəkmədi. Və az tənqid də olunmadı. Dövrün ədəbiyyat darğaları üstünə hücum çəkirdi. Formalizm tənqid olunmalıdı? Rəsul Rza formalistdi. Abstraksionizm? Buyurun, Rəsul Rzanın şeirlərindəki abstraksionizm...

Bir tərəfdən Yazıçılar Birliyinin təzyiqi...

Digər tərəfdən “Vaqif”i əzbər bilən xalqın acı reaksiyası...

Rəsul Rza tənhalığa məhkum edilmişdi.

“Yazıçılar Birliyində bir tədbir vardı. Tədbir başa çatdı, hamı Səməd Vurğunun başına yığışdı. Onunla birgə binadan çıxdılar. Mən uzaqdan baxırdım. O bir topa adam Səməd Vurğunla sağ tərəfə getdi. Rəsul Rza isə çiyninə pencəyini atmış pəjmürdə halda sol tərəfə... Təm-tək idi. Yanında kimsə yox idi. Səməd Vurğun isə komandası ilə birgə yeriyirdi”.

Bu xatirəni də mənə Tofiq Abdin danışmışdı.

Və əlavə etmişdi: “Anar o günləri yaxşı xatırlayır. Və bu gün də o ağrını çəkir.”

Artıq sözə hacət varmı?

Səməd Vurğun öz estetikasının sonuncu mogikanı idi.

Ondan sonra meydana epiqonçular gələcəkdi.

İndi də var o epiqonçular...

Amma Rəsul Rza məktəbi yepyeni şairlər yetirəcəkdi.

Misal üçün Əli Kərimi...

Əli Kərim istedadının ən parlaq dövründə dünyasını dəyişdi.

Hələ 40 yaşa çatmamışdı...

Və Əli Kərim Səməd Vurğun qədər məşhurluq qazana bilməmişdi.

Asan deyildi, illər lazımıydı.

Onun xalq arasında ən çox bilinən şeirinin didaktik “Qaytar, ana borcunu” olması təsadüf deyil ki...

“Ölüm sözünün polyar qışında”nı anlamağımıza çox qalmışdı.

Proses dayanmırdı. Səhnəyə gənc və istedadlı bir şair çıxdı: Ramiz Rövşən.

İlk dövrlərdə sərbəst şeirlər yazsa da zamanla ənənəvi poeziyaya meyl etdi.

Ənənədə məşhurluq vardı, xalq şöhrəti vardı, populyarlıq vardı.

O, Rəsul Rza şeirini xalq kütlələrinə çatdırmağı bacardı.

Amma bu o Rəsul Rza şeiri deyildi.

Gəraylı sırıqlısını geyinmiş modernizm tədricən daxilən də dəyişməyə başladı.

Əli Kərim kimi modernist ruhu ifadə etmirdi, qara paltarlı qadınlardan, ölümdən, göz yaşlarından, kəfəndən danışırdı.

Və bütün bunlar sayəsində Ramiz Rövşən ümumxalq şöhrəti qazandı.

İndi o, populyarlıqda ancaq Səməd Vurğunla müqayisə oluna bilərdi.

Sərbəst şeir dar bir dalana girmişdi.

Onu ordan Rasim Qaraca xilas edəcəkdi.

Və Rasim Qaraca bütün bu dalanlarda hər zaman Anarla mübarizə aparacaqdı.

Nə amansız bir taleydi...

Əli Kərim Rasimin şeirlərində yenidən doğulacaqdı, yenidən o fraqmentlər birlər formasında yaşayacaq, o günəş, o yaşamaq həvəsi, o sadə şeylərin böyük fəlsəfəsi yenidən poeziyaya qayıdacaqdı.

Fəhlələrin dönüşü möhtəşəm olacaqdı.

# 1128 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #