"Başından böyük qələt edirlər"

 "Başından böyük qələt edirlər"
21 dekabr 2012
# 09:37

Kulis.az saytının baş redaktoru Qan Turalın Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anardan aldığı müsahibə postmodernist yazarlar arasında ciddi qalmaqal yaradıb. Başda gənc şairə Günel Mövlud olmaqla, bəzi yazar, şair və jurnalistlər bu müsahibəni Qan Turalın uğursuzluğu kimi qiymətləndirib. Bunun əksini düşünənlər isə əks cəbhəyə qarşı öz arqumentlərini səsləndiriblər. Amma bu məqamda söz davasının səviyyəsi də aşağı düşüb. Bəzi şairlər mübahisəni təhqir səviyyəsinə endirərək, bir-birinin şəxsiyyətini alçaldan ifadələr işlədiblər.

Bu məsələdə bütün tərəflər az-çox “ürəyini boşaltsa” da, mübahisələrin əsas fiquru olan Anarın baş verənlərə münasibəti maraqlıdır. Hər halda, gənc yazarlar cəbhəsində yaşanan söz atışmaları onun müsahibəsi ətrafında baş verib. AYB sədri kənardan baş verənlərə baxıb nə düşünür? Bu mübahisələri necə qiymətləndirir?

Anar “Yeni Müsavat”a açıqlamasında dedi ki, əslində bütün hadisə Qan Turalın ondan müsahibə almasından başlayıb. Müsahibimiz jurnalistin verdiyi bütün sualları cavablandırdığını vurğuladı: “İndi o müsahibəyə kim necə münasibət bildirdi, öz işidir. Elə adamlar var ki, mənim qanımı içməyə hazırdır. Onlar mən nə desəm də, əleyhimə yazacaqlar. Mən eşitdim ki, onların içində qadın da var. Bilmirəm, o qadın anadır, ya yox. Amma içində bu qədər zəhər varsa, o, öz uşağına necə süd verəcək? O südlə yetişən bala necə olacaq?”

Anar müsahibə ilə bağlı deyilən digər tənqidi fikirlərin isə təkrar olduğunu söylədi. Anar “bu, mənim üçün yenilik deyil” deyərək, müsahibədə bir gənc şair barədə dediyi fikrə də yenidən toxundu: “Biri deyir, ”Anara lazımdır ki, mən onun istedadını təsdiq edim. Onun mənim istedadımı təsdiqləməsinə ehtiyacım yoxdur". Bir-iki dənə babat şeir yazıb, mən də bunu istedadlı adlandırmışam. Bunu da ona görə istedadlı adlandırmışam ki, o birilər bundan zəifdir. Onun da qudurub, özünü böyük qələm sahibi kimi təqdim etməsi də kiçikliyini göstərir. Lap cavanlar da, ağzının südü qurumamış insanların başlarından böyük danışmaqları məni təəssüfləndirir ki, bunlar nəyə, hansı istedadlarına arxalanıb, belə yekə-yekə danışırlar, başından böyük qələt edirlər".

Anar müsahibədə Qan Turalının zəif görünməsi ilə bağlı deyilən tənqidlərə qoşulmadığını söylədi. Onun sözlərinə görə, belə bir zəiflik, gücsüzlük hiss eləməyib: “Əksinə, hiss elədim ki, suallar verdi. Yəqin bu suallar onu maraqlandırırdı. Mən də onlara cavab verdim”.

Müsahibimiz sonda bu müsahibənin gənclər arasında fikir ayrılığı yaratmasına da münasibət bildirdi. Dedi ki, “onsuz da mən nə yazsam, bunlar əleyhinə olacaq”: “Bu, əvvəldən məlum idi. Bunlar zombi kimi özlərini proqramlaşdırıblar ki, Anar nə desə, biz bunun səhv olduğunu deyəcəyik. Qoy desinlər. Deyirlər, Anarın yazdığı həcv zəifdir. Zəifdirsə, niyə bu qədər bununla məşğul olurlar? Bunları narahat edən mənim varlığımdır. Yaşayıramsa, yanıb-tökülürlər. Yanıb tökülsünlər bundan sonra da. Çünki yaşayacağam”.


Yazıda Anar konkret olaraq heç kimin adım çəkmədiyi üçün mövqe öyrənmədik. Amma bu açıqlamaya cavab vermək istəyən yazarların mövqeyini dərc etməyə hazırıq.

Yeni Müsavat

# 6361 dəfə oxunub

Oxşar xəbərlər

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

16:00 1 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

10:40 1 iyun 2026
"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... -  Tanınmış alim xatirələrində nə yazırdı?

"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... - Tanınmış alim xatirələrində nə yazırdı?

09:48 1 iyun 2026
Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər