“Yarımçıq əlyazma” Yaponiyada

 “Yarımçıq əlyazma” Yaponiyada
2 noyabr 2017
# 16:45

Yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Yaponiyanın nüfuzlu “Suseyşa” nəşriyyatında “Səbirsiliklə gözlənilən əsər” seriyasında nəşr edilib.

Kitabın üz qabığında yapon dilində diqqətçəkən qeydlə “Kitabi-Dədə Qorqud” dastanının itmiş əlyazması” sözləri öz əksini tapıb.

Maraqlı tərtibatda oxuculara təqdim edilən romanı yapon dilinə Vaseta Universitetinin professoru İto İçiro çevirib.

Xatırladaq ki, bu roman Kamal Abdullanın yapon oxucusuna təqdim edilən ikinci romanıdır.

Bundan əvvəl tədqiqatçı alim və tərcüməçi Takayuki Murakaminin tərcüməsində müəllifin “Sehrbazlar dərəsi” romanı Yaponiyada nəşr edilmişdi.

Qeyd edək ki, roman müxtəlif illərdə Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, Amerika, Avstriya, Qazaxstan, Gürcüstan, Misir, İtaliya və s. ölkələrdə çap olunub. Roman təkcə Azərbaycanda deyil, Rusiya, Türkiyə, Fransa və İtaliyada da təkrar çap edilib.

Dünyanın müxtəlif dillərində roman haqqında 100-dən çox rəy və resenziya yazılıb.

Rusiyanın məşhur «İnostrannaya literatura» jurnalı ilk dəfə Azərbaycan ədəbiyyatından məhz bu romanı müzakirəyə çıxarıb.

Rusiyalı tənqidçilər əsəri «postmodernizmin ən parlaq nümunəsi», türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı «Azərbaycanın Borxesi» adlandırıblar.

Məşhur italyan yazıçısı, semiotiki Umberto Eko “Yarımçıq əlyazma” romanını oxuduqdan sonra müəllifi İtaliyaya öz evinə dəvət etmiş, Kamal Abdulla ilə ədəbiyyat, mədəniyyət haqda söhbət etmiş, roman haqqında müsbət fikirlər söyləmişdir.

Tanınmış rus yazarı Aleksandr Tkaçenko isə bildirib ki, «Folkner öz Yoknapatofunu, Markes öz Makondasını, Fazil İsgəndər öz Çegemini yaradan kimi, Kamal Abdulla da öz «Yarımçıq əlyazma»sını yaradıb».

İtaliyanın məşhur ədəbi mükafatına – “Scano prayz”a layiq görülən “Yarımçıq əlyazma”nın odisseyasının davamında romanın yan alacağı limanların hər biri Azərbaycan ədəbiyyatı adına qazanılan uğurdur.

# 1554 dəfə oxunub

Oxşar xəbərlər

"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

12:00 4 oktyabr 2025
Baş katib:  "Ortaq türk əlifbası milli əlifbaları əvəz etmək niyyəti daşımır" - Müsahibə

Baş katib: "Ortaq türk əlifbası milli əlifbaları əvəz etmək niyyəti daşımır" - Müsahibə

16:08 3 oktyabr 2025
Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

13:00 3 oktyabr 2025
"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

11:47 3 oktyabr 2025
"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

10:00 3 oktyabr 2025
Tanınmış tarzənin yubileyi qeyd olunub

Tanınmış tarzənin yubileyi qeyd olunub

11:13 2 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər