"Biz ora yazı vermərik"

"Biz ora yazı vermərik"
12 dekabr 2012
# 17:07

Yazıçılar Birliyinin sədri Anar Kulis.az saytına verdiyi müsahibədə xalq yazıçılarının “Ədəbiyyat” qəzetinə yazı göndərməməyindən giley edib: “Bəzən şikayətlənirlər ki, qəzet pis çıxır. Mən də deyirəm, siz qəzetə yazmırsınız, ona görə də pis çıxır. Təkcə gənclərə demirəm, Ramiz Rövşənə, Vaqif Bayatlıya, başqalarında deyirəm. Siz yazın ki, qəzet yaxşı çıxsın. Kənardan baxıb deyirsən ki, pis çıxır, bu, olmadı ki...”.

Anarın həmkarlarına iradına yazıçıların münasibəti fərqlidir.

Xalq yazıçısı Əkrəm Əylisli modern.az-a verdiyi açıqlamada bildirib ki, son vaxtlar yazıçıların bir-biri ilə vuruşdurulmağı dəbə çevrilib: “Ona görə də, mən Anarın dediklərinə münasibət bildirməyəcəyəm. Bu məsələ ilə bağlı fikir bildirmək istəmirəm”.

Şair Vaqif Bayatlının sözlərinə görə, indiyə qədər “Ədəbiyyat” qəzetindən ona heç bir müraciət olmayıb:”Sizlər nə vaxt istəsəniz, mənimlə əlaqə saxlayırsınız, mən də müsahibə verirəm. Amma onlar heç vaxt mənə müraciət etməyiblər. Nə mənə sual veriblər, nə də müsahibə götürmək istəyiblər. Özümün o qəzetə yazı göndərməyimə gəldikdə isə, mən heç o qəzeti nə görürəm, nə də oxuyuram. Amma “Ulduz” jurnalı, “Azərbaycan” jurnalı, digər qəzet və saytları mütaliə edirəm”.

Yazıçı Seyran Səxavət isə bildirib ki, “Ədəbiyyat” qəzetinə 20 ildən çoxdur ki, yazı göndərmir: “Bu qəzeti oxumurlar, mən də oxunmayan qəzetə yazı göndərmirəm. Yazılarımı həmişə “525-ci qəzet”ə göndərirəm. Hər kəs istəyər ki, yazıları oxunan qəzetdə, populyar saytda çap olunsun. Mən də bunun nəzərə alaraq, artıq 20 ildən yuxarıdır ki, yazılarımı ancaq “525-ci qəzet”də çap etdirirəm”.

Seyran Səxavət qeyd edib ki, qəzet sovet prinsipləri ilə işləyir: “Mən bir dəfə demişəm, indi də deyirəm, SSRİ boyda bir dünya dağıldı, amma o qəzetin indiki redaktoru Ayaz Vəfalı dağılmaq bilmədi ki, bilmədi. Artıq elə bir qəzetin olduğu yadımdan çıxıb. Məşhur qəzetləri qoyub niyə “Ədəbiyyat” qəzetinə, yazının hər vergülünü, nöqtəsini iyləyən baş redaktora yazı verməliyəm? Mən vermirəm, təbii ki, sizlər də verməzsiniz. Bunları nəzərə alıb, mən heç vaxt o qəzetə yazı göndərmərəm”.

Modern.az

# 1847 dəfə oxunub

Oxşar xəbərlər

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Bu, Kamal Abdullanın ən yaxşı hekayəsidir!" - Müzakirə

"Bu, Kamal Abdullanın ən yaxşı hekayəsidir!" - Müzakirə

15:00 9 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

12:40 3 sentyabr 2026
"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." -  Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." - Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

12:00 3 sentyabr 2026
"Qara kabus"un kölgəsində insan taleləri - Hansı məqamda yanlış seçim edilir?

"Qara kabus"un kölgəsində insan taleləri - Hansı məqamda yanlış seçim edilir?

10:30 29 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər