Xalq yazıçısı: “Generala dəyən güllə mənə də dəydi” – Müsahibə

Xalq yazıçısı: “Generala dəyən güllə mənə də dəydi” – Müsahibə
17 iyul 2020
# 15:14

Kulis.az Xalq yazıçısı Mövlud Süleymanlı ilə müsahibəni təqdim edir.

- Son günlər baş verən hadisələrə münasibətiniz necədir?

- Ümumiyyətlə, hadisəsiz gün yoxdur. Vaxtın içində yaşadığımıza görə hadisələr həmişə olur. Hadisələrin içində var bizə aid olanları, yaxşısı, yamanı. Hər şey göz qabağında baş verdi. Yersiz hərəkətlər də oldu. Məncə, indiki şəraitdə yersiz hərəkətlər eləmək olmaz. Vətənlə, millətlə, torpaqla bağlı... Bütün addımlar düşünülməli, ölçülüb biçilməlidir. Son günlər baş verən hadisələr anlaşılmaz şəkildə baş verdi. Hazırda bizə düşünülməmiş hərəkətlər lazım deyil.

- Mövlud müəllim, ordumuza dəstək naminə yürüşü nəzərdə tutursuz?

- O gecə baş verən yürüş çox sağlam, vətənpərvər, orduya dəstək addımı idi. Sonda isə kimlərsə bu yürüşü qaragüruha döndərdilər. Mən hiss elədim orda nəsə var.

- Təxribatçılıq deyirlər...

- Bəli, təxribat hiss olundu. İçəridə yad addımlar oldu. Çox təəssüf elədim, amma belə məni kövrəldən anlar oldu. Yürüşdə inamla hərəkət edən insanların məhəbbəti, sevgisi, hörməti təqdirə layiq idi. Bu, birlik idi. İçimizdə qaragüruhlar var. Ona təəssüf elədim ki, bu sağlam hərəkat, bu yurd sevgisinə nifaq salmaq istədilər. Bununla belə, çox şükür. Cəbhədə igid oğullarımıza dəyən güllə mənə də dəyir. Yüz faiz. Bu sözlər şüara oxşamasın. O, generala dəyən güllə mənə də dəyir. Əsgərə dəyən güllə mənə yox e... hamımıza dəyir.

- Bir ziyalı kimi xalqa nələr söyləyərdiz?

- Ziyalı kimi ağrıyıram. Ancaq gizli müharibələr də var. Birdən-birə üstü açılan müharibədə gərək hərəkətlərini biləsən. Balacadan tutmuş böyüyə qədər. Dediyim ziyanlı hərəkətlərdən uzaq durmaq lazımdır. Əslində, bu xalq sınanılmış, sağlam düşüncəli, igid, qorxmaz və torpağın uğurunda ölümə gedəcək xalqdır. Ölən varsa yaşayır vətən. Gözyaşı ilə bir yerdə şəhidlərimizə mübarək deyək. Şəhidlərimizin valideynlərinə, atalarına, analarına başsağlığı verirəm.

- Karantin günlərində yürüş nə dərəcədə doğrudur?

- Təbii şeydir. Mən necə deyim, o, içdən ayağa qalxmaqdır. Heç nə bunun qarşısını ala bilməz. Yürüşdə əsl vətənpərvərlik gördüm, amma bayaq dedim, bunu da başqa yerə aparmaq istəyənlər oldu. Buna çox da bənd olmayaq. Biz sağlamıq və sağlam da yaşayacağıq. Torpaqlarımızı da qaytaracağıq.

- Müharibə yolu ilə, yoxsa sülh yolu ilə?

- Əlbəttə, sülh yolu çox yaxşıdır. Amma şəxsən mən sülh yoluna inanmıram. Erməniləri yaxşı tanıyıram, orda doğulub böyümüşəm. Ermənin cikinə də bələdəm, bikinə də. Onlar heç vaxt sülh yolu ilə geri qaytarmaz topraqları. Bu cür mübarizələrlə torpaqlarımızı ala bilərik.

- Karantin günlərini necə keçirirsiniz? Yaradıcılığınızda nə yeniliklər var?

- Yazmaqdan daha çox oxuyuram.

- Nələr oxuyursunuz?

- Özümü oxuyuram. Əlimə keçən yaxşı kitabları mütaliə edirəm.

- Gəncləri oxuyursuz?

- Gənclərlə maraqlanıram.

- Kimlərdi, ad çəkə bilərsiz?

- (Gülür) Gənc deyəndə, o da bir tərəfimizdi, bir səmtimizdi. İstedadlı, yaxşı yazan gənclərimiz var. İstedad elə şeydi ki, o saat özünü göstərir və təriflənir. Bu fərqi bildiyim, hiss elədiyim gənclər var. Hekayələri, povestləri var. Romanları deyə bilmərəm.

- Özünüz nələr yazırsız?

- Çap olunmamış bir romanım var. “Tanrı oturacaqları”. Amma bir hissəsi “Ədəbiyyat qəzeti”ndə nəşr olunub. Hələ üzə çıxartmıram. Daha doğrusu, üzdədir, istəyirəm, bir az da yanımda, bir yerdə yaşayaq sakitcə. Görək meyvəsi necədi, ətri necədi, səslənməsi necədi. Hər ömrün özünün öz bəhrəsi var. Mən indi qocalıq dövrünü yaşayıram.

- Müsahibə üçün təşəkkür edirəm

- Buyurun, siz də sağ olun.

# 3977 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #