Cəmiləylə bir gecə və ...
28 iyun 2011
10:57
Hərbi xidmətə getdiyim il həyatım çox qarmaqarışıq idi.
Həyatımın ən qağır dönəmini yaşadığımı düşünürdüm.
Sevgilimdən ayrılmağım, universitetdə oxuya bilməməyim, valideyinlərimin arasındakı problemlər və heç bir arzumun olmaması mənə çox əzab verirdi.
Siqaret almağa pulumun olmayacağını bildiyim üçün hərbi hissəyə gəldiyim gün siqareti atdım.
Geyindiyim hərbi forma, şəhərdən bir az kənarda yerləşən hərbi hissəmiz, dördmərtəbəli kazarma, ancaq kişilərin toplaşdığı söyüşkən mühit, haq-nahaq döyülmək, xidmət etdiyim hərbi məktəbin kursantları ilə yersiz mübahisələr və.s mənim üçün dəyişik bir həyat idi.
Xüsusilə yeni əsgərlərlə “məzələnməyi” xoşlayan, hərbi xidmətini bitirməyə 3 ayı qalan köhnə əsgərlər üçün mən çox dözülməz adam idim. Balacaboy, eynəkli yöndəmsiz, həmişə key-key gəzib dolaşan, çağıranda gec gələn, harasa göndərən gedib qayıtmayan yöndəmsiz bir əsgər idim.
Eynək taxdığıma görə “professor” ləqəbi qoşmuşdular.
Bəlkə indi bu cür çağrılsam qürur hissi keçirərəm, ancaq hərbi hissədə bu cür çağrılmaq xoş deyildi.
Bir dəfə yerə yıxıb o qədər təpikləmişdilər ki, addım atıb gəzə bilmirdim.
Heç kəs köhnə əsgərlərin dediyini geri çevirə bilməzdi, ya hər gün döyülməli, ya da “çumo” olub deyiləni eləməli idin.
Daha bir yol var idi, satqınlıq.
Özümü “ağıllı” aparsam iki seçimim var idi. Ya “çumo” ya da satqın olmalıydım.
Mən isə özümü axmaqlığa vurub hər gün döyülməyi seçdim.
Hərbi and qəbul edənə qədər o qədər də döymürdülər. Qaçmaq ehtimalı hamısını narahat edirdi.
Hərbi and qəbul edib bölüklərə bölündüyümüz gün axşam bütün gənc əsgərləri sıraya düzüb “eşşək sudan gələnə qədər” çırpdılar.
Səhərisi gün hərə öz yolunu seçmişdi.
Bütün çətinliklərə baxmayaraq xidmətə davam edirdim.
Arxamca gələn, mənə baş çəkən demək olar ki, yox idi.
Bütün gününü kitablar arasında keçirən, sonra sərbəstliyə can atan, dindən, vicdandan, həyatdan xəbərdar, romantik bir insanın bu cür iyrənc mühitə uyğunlaşması əsil əzab idi.
Köhnə əsgərlər tərəfindən təxminən 10 gün ardıcıl döyüldükdən sonra özüm haqqında fikir formalaşdırmışdım.
“Professor möhkəm uşaqdı sınmadısa, satmadısa daha dəyməyin. ”
Daha köhnə əsgərlər məni “kaptyorkaya” çağıranda eynəyimi də gözümə taxıb gedirdim...
Qısa müddətdə əsgər yoldaşlarımla dil tapmışdım. Satqınlardan uzaq gəzir, “çumo”larla, köhnə əsgərlərlə də birtəhər dil tapırdım.
Bölük komandirimiz “arvadsifət” , indi familyasını da unutduğum bir kapitan idi.
Tağım komandiri ilk dəfə bizi əraziyə çıxarıb əlimizə silah əvəzinə süpürgə verəndə atamın satdığı inəyə heyifsiləndim. Ürəyimdə atamı qınaya-qınaya süpürgəni əlimə götürdüm.
Başqa çıxış yolu yox idi.
Torpağı işğal olununan, pulla xidmət bölüyündə xidməti seçən əsgərin silahi süpürgə olmalı idi.
Yeməkxanada qab yumaq, yeməkxananı təmizləmək və qulluq eləmək də bizim bölüyün üzərində idi.
Ya bütün bunlara riayət eləməli, ya da pul verib daha yüngül bir işə göndərilməyini təmin eləməli idin.
Mənim yüngül işə göndərilməyə şansım az olsa da, zabitlər üçün çayxanaya göndəriləndə sevincimdən uçurdum.
Zabit çayxanasında işləməyimə narazı olan bir adam var idi: tağım komandirim olan sallaqbığ gizir.
Rəislərdən xəlvət görüşdüyü sevgilisi çayçı Cəmiləni mənə qısqanırdı.
39-40 yaşlarında, gözəl-göyçək bir qadın idi Cəmilə.
Zabitlərin çoxusuyla yatsa da bizim tağım komandiri onu sevirdivə ailəsi olsada bəzən onun yanında gecəliyirdi.
Cəmilə o qədər də sakit qadın deyildi. Hərdən xoşuna gələn əsgərləri şəhərin mərkəzindəki evində qəbul edir, yaxşı da pul alırdı.
Cəmilə məni də çox istəyirdi.
Hərdən ona şeir oxumağım, romantik əhvalatlar uydurub danışmağım çox xoşuna gəlirdi
Bütün günü Cəmilə ilə eyni otaqda oturmağım, onun sevimlisi olmağım tağım komandirimi cırnadırdı.
Döyülməyə, əziyyətlərə dözsəm də gizirin hər addımbaşı məni sıxışdırmağına, dalbadal gecə növbələrinə göndərməsindən əsəblərim tarıma çəkilmişdi.
Günlərin bir günü Cəmilə məni gecə evinə dəvət elədi və gecəni səhərə qədər əsgərliyin acısını canımdan çıxardı.
Xəbər gizirin qulağına çatanda dəliyə dönmüşdü.
Yaz günəşinin altında əleyhiqaz başımda stadionda qaçanda hiss elədim ki, gizirlə münasibətlərimiz düzələn deyil.
Axşam sıraya düzülüb yeməyə gedəndə gizir komanda verir, “Professora görə döyüşə!”- deyə komanda verir, bütün tağıma mənə görə əziyyət verirdi.
Kazarmada ən azı yüz dəfə “Yat-Qalx” komandasının nə olduğunu əsgərlikdə olanlar yaxşı bilir.
Səhər “qalx!” komandasından sonra gizir tağıma o qədər əziyyət vermişdi ki, bütün tağım açıq-aşkar məni söyürdü.
Bütün bunlara son vermək üçün gizirlə haq-hesab çəkməyə qərar verməyim bir an çəkdi.
Bütün tağımın qarşısında onun verdiyi əmrlərə etiraz edib, ölüsünə-dirisinə yaxşıca söydüm.
Üstümə cumub məni vurmaq istəyəndə yaxınlıqdakı armatur parçasını götürüb gücüm gəldikcə gizirin başına çırpdım.
Balacaboy, tösmərək gizir kökündən kəsilmiş ağac kimi yerə uzandı.
Hava işıqlananda giziri tibb məntəqəsinə, məni də qərargah rəisinin otağına apardılar.
Bir günün içində araşdırma başladı və mənə cinayət işi açılacağı labüd idi.
Mənim bir yolum qalırdı: İntihar eləmək!
Kazarmanın arxasında son 3-4 ayda ilk siqaretimi yandırıb əlimdəki ülgücü sol biləyimə çəkdim.
Qan axdıqca bədənim halsızlaşır, amma yerimdən tərpənmirdim.
Yarım saata qədər biləyimdən süzülən qana baxdım.
Nə vaxt və necə özümdən getdiyimi xatırlamasamda tibb məntəqəsində nişatır spirtinin kəsif qoxusu məni özümə gətirdi. Deyəsən ölməmişdim...
Bir həftə sonra Nəzarət Buraxılış Məntəqəsində atamla görüşəndə utandığımdan onun üzünə baxa bilmirdim.
Artıq mənə cinayət işi açılmayacaqdı, çünki atam sonuncu inəyimizi də satmışdı...
Cəlil CAVANŞİR

2203 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024