Şahbaz Xuduoğlu: “Daha Sumqayıta getməyəcəm”

Şahbaz Xuduoğlu: “Daha Sumqayıta getməyəcəm”
21 iyun 2011
# 16:50
Bugün Sumqayıt şəhərində saat 11-də kitab bayramı keçirilib. Kitab bayramına ölkənin bir çox nəşriyyat, yayım evləri və məktəblər qatılıb.

Ancaq may ayında Bakıda keçirilən bayram Sumqayıtda o qədər də təmtəraqla keçməyib. Yarmarkaya Sumqayıt şəhər icra hakimi Eldar Əzizovun qatılması ilə start verilib. Kitab bayramında iştirak edən icra hakiminin yarım saatlıq səfərindən sonra bayram demək olar ki, sona yetib.

Kitab bayramından ən çox narazı qalanlardan biri “Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu olub: “Müxtəlif kitabxanaların, yayım evlərinin stendləri qurulmuşdu. Şəhər icra hakimi bayramı tərk edəndən sonra bizim üçün ayrılmış stolları məktəblər zəbt etdi. Heç bir satış həyata keçirə bilmədik. Saat 12-də bayramı tərk etməyə məcbur olduq”.

Naşir Şahbaz Xuduoğlu kitab bayramları çox bəyəndiyini, amma bunun yüksək səviyyədə keçirilməsini istəyir: “Ora bugün gələn insanlar işdən məcburən gətirilmişdi. Yarım saat icra hakimi ilə gəzəndən sonra zavodlar, fabriklərdəki işlərinə döndülər. Bu cür keçirilən bayramlar kitabı təbliğ etmir. Əksinə insanlarda kitaba qarşı mənfi rəy yaradır. Kitab yarmarkalarından heç kimin xəbəri olmur. Sonra bizə yazırlar ki, niyə rayonlarda kitab bayramları keçirilmir. Halbuki keçirilir, sadəcə formal xarakterli tədbirlər kimi hazırlanır. Artıq 3 ildir bizə qarşı bu cür münasibət davam edir. Daha Sumqayıtda keçirələcək heç bir kitab bayramına qatılmayacam”.

Naşir “Qanun” Nəşriyyatı ilə yanaşı “Əli və Nino”, “Akademi” yayım evlərinin də eyni münasibətlə üzləşdiyini deyib.

Günel ƏSGƏRZADƏ
# 1667 dəfə oxunub

Oxşar xəbərlər

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər