“Cənab Əllam”
16 iyun 2011
12:25
Mən Maks Keladanı hətta onu tanımamışdan daha əvvəl xoşlamamağa hazırlaşmışdım. Müharibə yenicə bitmişdi və okeanla üzən laynerlərdə sərnişin sıxlığı vardı. Rahat yer tapmaq lap çətin idi, ona görə də təklif olunan hər nə idisə də, onunla razılaşmaq məcburiyyətində qalırdın. Ayrıca kayut tapa biləcəyinə isə heç ehtimal edə bilməzdin, ikiyataqlı bir kayut tapanda minnətdar olurdun. Lakin qonşumun adı deyiləndə, ürəyim düşdü.
Kayutun illüminatorları qapalı idi, ona görə də gecə havası ilə nəfəs almaq mümkün olmayacaqdı. Kiminlə olursa-olsun, amma bir kayutu düz on dörd gün bölüşmək heç də xoş deyildi (gəmi Fransiskodan Yokohamaya gedirdi, amma kayut yoldaşımın soyadı Smit, ya da Braun olsaydı, mən bu uzun yola daha az dəhşətlə baxardım).
Mən göyərtəyə qalxanda Cənab Keladanın yükü artıq kayutda idi. Yükün görünüşü mənə xoş gəlmədi. Çantaların üzərində həddən artıq çox yarlıqlar vardı, geyim sandığı da çox böyük idi. O, hamam əşyalarını artıq çıxarmışdı və mən onun Fransua Koti həvəskarı olduğunu anladım. Əlüzyuyanın önünə onun ətiri, şampunu və saçı hamar etmək üçün briolini düzülmüşdü. Cənab Keladanın qara ağacdan hazırlanmış və üstünə qızılı monoqram vurulmuş diş fırçaları təmizləmək üçün əla vasitə idilər. Cənab Kelada mənim xoşuma gəlmədi. Mən siqaretçəkmə otağına yollandım. Bir qutu kart sifariş etdim və pasyans oynamaqa başladım. Elə oyuna başlamışdım ki, bir kişi mənə yaxınlaşdı və mənim filankəs olub-olmadığımı soruşdu.
- Mən Cənab Keladayam, - o əlavə etdi və parlaq dişlərini göstərərək gülümsədi, sonra da əyləşdi.
- Hə, biz axı kayut qonşusuyuq.
- Mən buna bəxt deyirəm. Heç vaxt əvvəlcədən bilmirsən ki, kimilə qonşu düşəcəksən. Sizin də ingilis olduğunuzu biləndə, lap sevincək oldum. Xaricdə olarkən ingilislərin bir arada olmasının tərəfdarıyam, yəqin ki, nə demək istədiyimi anladınız.
Mən gözlərimi döydüm.
- Siz ingilissiniz ki? – mən, bəlkə də, ədəbsizcəsinə soruşdum.
- Əlbəttə. Hər halda, elə düşünmürdünüz ki, mən amerikalıyam, elədirmi? Mən düz onurğa sütunumadək britaniyalıyam.
Bunu sübut etməkdən ötrü o, pasportunu cibindən çıxarıb az qala mənim burnumun altına soxdu.
Kral Corcun qəribə yetirmələri var. Cənab Kelada bəstəboy, möhkəm bədənə, təmiz təraş olunmuş üzə, qarabuğdayı dəriyə, ətli buruna və iri, işıq saçan, nəmli gözlərə sahib idi. Onun uzun, qara rəngli, yağlanmış və buruq saçları vardı. Sürətli danışığında ingilis dilinə xas olan heç bir şey yox idi və bu danşıq enerjili əl hərəkətləri ilə müşaiyət olunurdu. Mən tam əmin oldum ki, onun Britaniya pasportu yaxşıca yoxlansa, Cənab Keladanın İngiltərədə olan mavi səmanın altında doğulmadığı üzə çıxacaq.
- Nə içərsiniz? - o, məndən soruşdu.
Mən ona şübhə ilə baxdım. Quru qanun hələ də qüvvədə idi və gəmi ümumi görünüşünə əsasən tamamən “qurudulmuş” təsirini bağışlayırdı. Mən içmək istəməyən vaxtlarımda zəncəfil eli, yoxsa limonadı daha çox sevmədiyimi müəyyənləşdirə bilmirəm. Amma Cənab Kelada mənə parlaq bir təbəssüm bəxş etdi.
- Viski, qazlı su, ya da quru martini, sadəcə bir söz deyin.
Şalvarının arxa ciblərinin hər birindən o, bir şüşə çıxardı və onları önümə qoydu. Mən martini seçdim və o, ofisiantı səsləyərək bir qab buz və bir cüt badə sifariş etdi.
Mən:
- Əla kokteyldir, - dedim.
- Belə deyək, bundan hələ çox var. Ona görə də gəmidə dost-tanışınız varsa, onlara deyin ki, dünyanın bütün likörünə sahib olan adamı tanıyırsınız.
Cənab Kelada heyvərə idi. O, Nyu York və San Fransiskodan danışır, şahmat, rəsm əsərləri və siyasəti müzakirə edirdi. Çox vətənpərvər idi. Yunion Cək təsirləndirici bir parçadır, lakin o, İskəndəriyyə, yaxud da Beyrutdan olan bir cənab tərəfindən yüksəklərə qaldırıldıqda, mənə elə gəlir ki, o, öz möhtəşəmliyini bir qədər itirir. Cənab Kelada özünü yaxın tanış kimi aparırdı. Özümü heç də yüksəkdən aparmaq istəmirəm, amma mənə tamamilə tanış olmayan bir adamın ad-soyadımın önündə “cənab” deməsini vacib sayıram. Cənab Kelada, şübhəsiz ki, məni bu şəkildə rahatsız etməkdən ötrü bu formal müraciətdən istifadə etmirdi. Cənab Keladadan heç xoşum gəlmədi. O, yanıma əyləşəndə kartları bir kənara qoymuşdum, lakin düşündüm ki, birinci dəfə üçün söhbətimiz uzun sürdü, odur ki, yenidən oyuna davam etdim.
- Üç dördün üstündə, - Cənab Kelada dedi.
Pasyans oynadığın vaxt özünə düşünməyə imkan vermədən başqasının sənə hansı kartı hansının üstünə qoyması ilə bağlı məsləhət eşitmək qədər adamı özündən çıxaran başqa bir şey yoxdur.
- Alınacaq, indi alınacaq, - o qışqırmağa başladı. - Onluq valetin üstünə.
Qəzəb və nifrət içində oyunu bitirdim.
O, kartları ələ keçirdi.
- Sən kartlarla olan hoqqabazlıqları xoşlayırsan?
- Yox, elə şeylərdən zəhləm gedir, − mən cavab verdim.
- Yaxşı, sənə yalnız bir dənəsini göstərəcəyəm.
Amma düz üçünü göstərdi. Sonra dedim ki, mən yeməkxanaya gedib özümə yer tutacağam.
O:
- Narahat olma, - dedi, − mən sənin üçün yer saxlatdırmışam. Fikirləşdim ki, bir kayutda qalırıqsa, niyə bir masa arxasında nahar etməyək?!
Cənab Keladadan xoşum gəlmirdi.
Mən onunla təkcə eyni kayutu paylaşıb gündə üç dəfə naharı birlikdə etməklə yanaşı, həm də göyərtədə onsuz bir addım da ata bilmirdim. Onu özündən kənarlaşdırmaq mümkün deyildi. Onun heç ağlına da gəlmirdi ki, kimisə bezdirə bilər. O, tamamilə əmin idi ki, özü səni görməyə şad olduğu qədər elə sən də onu görməyə şadsan. Öz evində olsa, onu pilləkəndən itələyib qapını onun üzünə çırpa bilərsən, ona isə istənməyən qonaq olduğu fikri heç çatmayacaq da. O qədər ünsiyyətcil adam idi ki, üç günün içində gəminin bütün sərnişinləri ilə tanış oldu. O hər yerə yetirdi. Uduşlar təşkil edir, hərracı idarə edir, idman oyunlarında hədiyyə vermək üçün pul yığır, halqaatma və qolf oyunlarını, konsert və ən gözəl don yarışmasını təşkil edirdi. O hər an hər yerdə idi. Əminliklə deyə bilərəm ki, o, gəmidəki ən üzüyola kişi idi. Hamı ona “cənab Əllam” deyirdi, hətta onun düz üzünə. O bunu kompliment kimi qəbul edirdi. Amma o ən çox yemək zamanı dözülməz olurdu. Çünki düz bir saat onun olurdu. O, ürəyiaçıq, şən, çoxdanışan və mübahisəyə həvəsli idi. O hər şeyi hamıdan yaxşı bilirdi, ona görə də kiminsə ona etirazı onun aşıb-daşan şöhrətpərəstliyinə yara vururdu. Ən əhəmiyyətsiz məsələ olsa belə, qarşısındakı adamı özü kimi fikirləşməyə vadar etməyənə qədər əl çəkən deyil. Yanlış ola biləcəyi onun heç vaxt ağlına gəlməyib. Hər şeydən başı çıxırdı.
Biz həkimin masasına əyləşdik. Cənab Kelada yenə də həmişəki kimi aparacaqdı özünü, çünki həkim çox tənbəl və dəhşətli dərəcədə laqeyd idi. Amma həmin masanın arxasında elə cənab Keladanın özü qədər etiraz qəbul etməyən Ramsey adlı bir nəfər oturmuşdu və o, cənab Keladanın özündən müştəbehliyinə inanılmaz dərəcədə əsəbiləşirdi. Onların etdikləri müzakirələr kinayəli və tükənməz idi.
Ramsey Amerika konsulluğunun işçisi idi və Kobeyə təyin olunmuşdu. O, Orta Qərbdən olan hündürboy, yekəqarın, pal-paltarının içinə sığmayan bir kişi idi. O, ona verilən vəzifəyə qayıtmaq üçün gəmi ilə gedirdi və Nyu Yorkdan gəlirdi. Çünki arvadı bir il orada qalmışdı. Xanım Ramsey yaraşıqlı, ədəb-ərkanlı və yumor hissinə malik bir qadın idi. Konsulluqda maaş aşağı olduğundan, o, hər zaman çox sadə geyinirdi. O, gözə dəyməyən bir fərqliliyə sahib idi. Mən ona heç fikir verməzdim, əgər o, əslində bütün qadınlara xas olan, amma nədənsə indiki zamanda qadınların davranışında müşahidə olunmayan bir keyfiyyətə malik olmasaydı. Ona baxan kimi necə əxlaqlı olduğunu görməmək mümkün deyildi. Bu, onun daxilində bir çiçək kimi işıldayırdı.
Həmin axşam nahar zamanı söz mirvarilərdən düşdü. Jurnal səhifələrində hiyləgər yaponların mirvari istehsalından xeyli yazılmışdı və həkim qeyd etdi ki, onlar, yəqin ki, əsl mirvarilərin də dəyərini azaldırlar. Onun fikrincə, onlar artıq çox yaxşı idilər, bir azdan isə mükəmməl olacaqdılar. Cənab Kelada, həmişəki kimi, söhbətə qoşuldu. O, mirvarilər haqqında mövcud olan bütün məlumatları bizə danışdı. İnanmıram ki, Ramseyin mirvarilər haqqında ümumiyyətlə hansısa biliyi vardı, lakin o, cənab Keladaya etiraz etmək fürsətini ələ verməzdi. Ona görə də artıq beş dəqiqədən sonra biz qızğın mübahisə ocağında idik. Mən cənab Keladanın hiddətlə və dayanmadan danışmasını görmüşdüm, amma onun heç vaxt bu dərəcədə dayanmadan danışdığını və hiddətli olduğunu görməmişdim. Axırda, Ramsey nə isə dedi və bu onu o qədər özündən çıxardı ki, o, yumruğunu masaya çırparaq bağırdı:
- Mən nə danışdığımı bilirəm. Mən Yaponiyaya məhz həmin mirvari biznesinə baxmaq üçün gedirəm. Mən bu işin içindəyəm və bu işin içində olan istənilən şəxs təsdiqləyə bilər ki, dediklərim doğrudur. Mən dünyanın ən yaxşı mirvarilərini tanıyıram, mirvarilər haqqında bilmədiyim bir şey varsa da, deməli, onu bilməyə dəyməz belə.
Bu, bizim üçün yeni xəbər idi, çünki cənab Keladanın bütün heyvərəliyinə baxmayaraq, o, heç kəsə nə işlədiyini deməmişdi. Bildiyimiz yalnız o idi ki, o, Yaponiyaya hansısa ticarət işi ilə bağlı gedir. O, masanın ətrafındakılara qalibiyyət hissilə baxdı.
- Onlar heç vaxt elə bir mirvari istehsal etməyə nail olmayacaqlar, çünki mənim kimi bir mütəxəssis onun əsl dəyərini gözəyarı baxıb biləcək. – O, Xanım Ramseyin boynundakı mirvari boyunbağına işarə etdi. – Mənim sözümə inanın, xanım Ramsey, sizin boyunbağınız heç vaxt indiki dəyərindən bir sent də ucuz olmayacaq.
Xanım Ramsey həmişəki kimi bir az utanıb boyunbağını paltarının içinə saldı. Ramsey bir az qabağa əyildi. Hər birimizə baxdı və onun gözlərində təbəssüm oynayırdı.
- Xanım Ramsey, bu gözəl boyunbağıdı, elə deyilmi?
- Mən onu o dəqiqə gördüm, − Cənab Kelada dilləndi. – Düşündüm ki, işə bir bax, bunlar ki, əladır.
- Mən onu, əlbəttə ki, özüm almamışam. Amma bilmək istərdim ki, siz ona hansı qiyməti verirsiniz.
- Təxminən on beş min dollar civarında. Amma onu Beşinci Avenyudan almısınızsa, o zaman, hətta otuz minə alındığına təəccüblənmərəm.
Ramsey qəddarcasına gülümsədi.
- Siz təəccüblənəcəksiniz, amma xanım Ramsey bu boyunbağını biz Nyu Yorku tərk etməmişdən bir gün öncə bir dükanda cəmi on səkkiz dollara alıb.
Cənab Kelada qızardı.
- Cəfəngiyatdır! O, sadəcə əsl deyil, üstəlik gördüklərimin içərisində ən yaxşı ölçüyə malik olandır.
- And içə bilərsiniz? Yüz dollardan mərc gəlirəm ki, bu mirvari saxtadır.
- Razıyam.
- Elmer, axı sən bu dərəcədə əmin ola bilməzsən, − xanım Ramsey dedi.
O, azacıq gülümsəyirdi və onun səsində yumşaq etiraz vardı.
- Niyə də yox? Pul qazanmağın belə asan yolunu tapmışamsa, ondan istifadə etməsəm, gərək axmaq olam.
- Amma bu necə sübut oluna bilər axı? – xanım Ramsey davam etdi.
- İcazə verin, sizin boyunbağınıza baxım, əgər o saxtadırsa, mən o dəqiqə biləcəyəm. Yüz dollar itiməyə imkanım çatır, − Cənab Kelada dedi.
Xanım Ramsey bir anlıq çaşqınlıq içində qaldı. Sonra da əlinə bağa atdı.
- Aça bilmirəm, − o dedi. – Cənab Kelada mənim sözümə inanmalı olacaq.
Mən hiss etdim ki, bir talesizlik baş verəcək, amma deməyə bir söz tapmırdım.
Ramsey cəld yerindən qalxdı.
- Mən açaram.
O, boyunbağını Cənab Keladaya verdi. O, cibindən lupa çıxarıb boyunbağını diqqətlə nəzərdən keçirdi. Onun hamar və gündən qaralmış üzündə qalibiyyət gülüşü əks olundu. O, boyunbağını geri verdi və elə ağzını açmaq istəyirdi ki, birdən gözü xanım Ramseyə sataşdı. Onun bənizi elə ağarmışdı ki, sanki elə indicə ürəyi gedəcəkdi. O, cənab Keladaya geniş açılmış, içində qorxu olan gözlərlə baxırdı. Onlar yalvarışla dolu idilər. Bu, o qədər aydın idi ki, onun ərinin bunları görməməsi mənə qəribə göründü.
Cənab Kelada elə ağzıaçıq şəkildə qalmışdı. O, boğazınadək qızardı. Onun öz-özü ilə etdiyi mübarizəni görmək olardı.
- Mən yanılmışam, − o dedi. – Bu, çox yaxşı surətdir, amma mən ona lupadan baxan kimi əsl olmadığını anladım. Bu lənətə gəlmiş əşyanın elə ən yaxşı dəyəri on səkkiz dollardır.
O, portmanatını əlinə alıb içindən yüz dollarlıq əskinazı çıxardı və onu bir söz belə demədən Ramseyə uzatdı.
- Bəlkə də bu hadisə sənə gələn dəfə özündən bu qədər əmin olmamağı öyrədər, mənim gənc dostum, − Ramsey əskinazı götürərək dedi.
Mən gördüm ki, cənab Keladanın əlləri titrəyir. Bu hadisə elə bütün hadisələr kimi tezliklə gəmidə yayıldı və cənab Kelada xeyli məsxərəyə dözməli oldu. Bu, onun başına açılmış əla zarafat idi. Lakin xanım Ramsey baş ağrısı bəhanəsilə öz otağına çəkildi.
Növbəti səhər mən yataqdan qalxıb üzümü təraş etməyə başladım. Cənab Kelada isə yatağında uzanıb siqaret çəkirdi. Birdən güclə eşidilən bir cırıltı səsi gəldi və qapının altından otağa salınan bir məktub gördüm. Mən qapını açıb dəhlizə baxdım, lakin orada heç kəs yox idi. Məktubu götürdüm və onun cənab Keladaya ünvanlandığını gördüm. Ad çap hərflərlə yazılmışdı. Mən məktubu ona verdim.
- Kimdəndir ki? – o soruşdu. – A!
O, zərfin içindən məktub deyil, yüz dollarlıq əskinaz çıxardı. O, mənə baxdı və yenidən qızardı. Zərfi xırda-xırda hissələrə cırdı və mənə verdi.
- Zəhmət olmasa bunları atarsan?
Onun dediyini etdim və ona təbəssümlə baxdım.
- Heç kəsin lənətə gəlmiş bir axmaq yerinə qoyulmaq xoşuna gəlməz, − o dedi.
- Mirvarilər həqiqi idi?
- Əgər mənim gözəl bir arvadım olsaydı, özüm Kobedə ikən, onun Nyu Yorkda bir il qalmasına izn verməzdim, − o dilləndi.
Məhz bu an cənab Keladadan xoşum gəlməyə başladı. O, portmanatını çıxardı və yüz dollarlıq əskinazı səliqə ilə onun içinə qoydu.
İngiliscədən tərcümə: Svetlana Quliyeva

995 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024