Şahbaz Xuduoğlu: “Gəlib kitablarını aparsınlar” - CAVAB
8 iyun 2011
17:35
“Qanun” Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlunun Kulis.az-a müsahibəsi
“Bu proses başlayanda mənə zəng oldu...”
- MKM-in nəticələrini necə dəyərləndirirsiniz?
- Çox yaxşı, çox yüksək. Hesab edirəm ki, bir il əvvəlki şəffaflıq tələbimiz bəhrəsini verdi. Əvvəlki mükafat prosesi gizli idi, münsiflərin səs verməsi, ekspertlər gizli idi. Bu il hər şey açıq oldu, hamı prosesi tam olaraq izləyə bildi. Məhz buna görə də əks-sədası da böyük oldu. Hesab edirəm ki, ictimaiyyətin gözü qarşısında baş verən hər hansı bir aksiyanı obyektiv qiymətləndirmək lazımdır. Yəni bu seçki obyektiv, ədalətli oldu, nəticəsindən də xeyli dərəcədə razıyam.
- Hansısa yazıçı münsif olduğunuza görə, zəng vurub sizdən “bal” istəyibmi? Adını açıqlamaya da bilərsiniz...
- Hətta şərt kimi də qoysanız, onun adını demərəm. Amma bu proses başlayanda mənə zəng olub və sadəcə xatırladıblar ki, mənim də orada əsərim var ona diqqət edin. Mən o adamı tanıyırdım, amma o heç zaman məni axtarmamışdı. Bu prosesdə axtarması məni daha da rəncidə etdi.
- O adam mükafat aldımı?
- Yox, amma bizim nəşriyyatla sıx əlaqəsi olan yazıçılar var: Nəriman Əbdülrəhmanlı, Pərviz Cəbrayıl, Mirmehdi Ağaoğlu - onlar bir dəfə də olsun eyham belə vurmadılar. Bu çox gözəl bir hiss, gözəl bir etikadır. Bu mənada nəşriyyatımızın əməkdaşlıq etdiyi insanlara təşəkkür edirəm. Onlar əsərlərinin talelərinə qarşı laqeyd deyillər, sadəcə, yazdıqlarından əmindirlər.
“Nəriman Əbdülrəhmanlının əsəri xoşuma gəlmədi”
- Mükafat alan əsəri məhz siz çap etmisiniz, sizin satış açıqlamanızda öndə gedir və s. Bəlkə, buna görə Rəşad Məcid iddia edir ki, Pərvizi qalib etmək üçün qruplaşma təşkil edibsiniz.
- Cəmiyyətdə fərd olaraq özlərini yaratmış insanlar, məncə, bütün hallarda qruplaşmalardan uzaq olurlar. Münsiflər heyəti də məhz elə fərdlərdən ibarət idi. Onları hər hansı bir qrupa salmaq mümkün deyil və məncə, bu, ziyanlı bir cəhddir. Elə insanlar var ki, onların elə möhtəşəm adları var ki, onları belə məsələlərə qatmaq, çirkləndirmək olmaz. Mən bu qruplaşma məsələsinə qeyri-ciddi baxıram. Sizə səmimi deyim ki, səsimi kimə verəcəyimi bilirdim. Əsərləri oxuduqca məndə əminlik formalaşmışdı. Mümkün deyil ki, yaxşı əsəri kənara qoyub pis əsərə yüksək bal verəsən. Bu nəinki ədalətsizlikdir, bu, ümumiyyətlə vicdansızlıqdır, ləyaqətsizlikdir, bu, deyiləsi ən alçaq sözə layiq olan bir əməldir.
Belə etmək mümkün deyil. Pərvizin əsəri fərqlidir. Pərvizi dili ağır olmaqda ittiham edirlər. Məncə, belə deyil. Mətbuatda işləyən adamın dilinin ağır olması barədə söylənilən fikirlər düzgün ola bilməz. Sadəcə, o əsər çoxqatlı, çoxlaylı olduğu üçün ağır oxunan əsərdir. Hətta tənqidçilərdən biri deyib ki, “Yad dildə”nin içində 3 roman var.
Mən müsabiqədə 3 yazıçıya yüksək bal vermişəm, onlardan biri Nəriman Əbdülrəhmanlıdır. Onun əsəri xoşuma gəlib desəm, - doğru olmaz. Əsərdə həqiqətən də yaxşı, parlaq hissələr var. Amma ümumilikdə əsər mənim o qədər də xoşuma gəlməyib. Sadəcə, Nəriman Əbdülrəhmanlı ədəbiyyata elə böyük xidmətlər göstərib ki... Onun işi ədəbiyyata xidmət etməkdən ibarətdir. Mənə elə gəlir ki, mükafatlar həm də ədəbiyyatın “fəhləliyini” edən insanlara da verilməlidir. Mən sizə bir faktı da açıqlayım: müsabiqə günü ağlıma gəldi ki, bizim nəşriyyat xüsusi bir mükafat müəyyən etsin və onu kitabını buraxdığımız yazıçıya verək. Yəni Pərviz yer tutmasaydı, ona, Nəriman yer tutmasaydı ona və həmçinin də Mirmehdiyə. Bu barədə yolda olarkən Nigar xanıma telefonla məlumat verdim və öz növbəsində o da bildirdi ki, bunu qabaqcadan elan etmək lazım idi, yəni belə oldu alınmadı.
Pərvizin qələbəsinə münsiflər arasında ən gözlənilməz reaksiyanı mən verdim. Çünki mənə elə gəlirdi ki, “Yad dildə” internet səsverməsində birinci olubsa, onda MKM-in ümumi siyahısında birinci yerdə olmaya bilər. Bu səbəbdən çox həyəcanlı idim. Sonda gördüm ki, Pərviz birinci oldu...
“Natiq Rəsulzadənin həyata baxışı köhnəlib”
- Digər əsərlər barədə nə deyə bilərsiniz?
- Müsabiqədən bir gün əvvəl mənə zəng edib dedilər ki, guya mən hansısa yazıçılar qalib olmasın deyə onlara aşağı bal vermişəm. Bu, yalandır, çünki onluqda olan hər kəsə ayrılıqda hörmətim var. Yazıçı peşəsi çox zəhmət tələb edir, buna görə də aşağı bal verə bilməzdim. Hamıya 5-dən yuxarı bal vermişəm. Kimsəni zövqünə görə ittiham etmək olmaz, mənim zövqümə görə Pərviz ən yaxşı idi. Mirmehdi gəncdir, Müdafiə Nazirliyinin yerində olsaydım, bir əsgərin hekayəsini yazdığına görə ona nazirliyinin xüsusi mükafatını verərdim. Natiq Rəsulzadə, şübhəsiz ki, peşəkar yazıçıdır. Amma müsabiqəyə təqdim etdiyi əsər mənim xoşuma gəlmədi. Məncə, yazısı və həyata baxışı artıq köhnəlib. Mənə rusdilli yazıçılar arasında Natella Osmanlı daha xoş gəldi, nəinki Natiq Rəsulzadə.
Aslan Quliyev də məndən inciyib. İnciməsin, onun yazı tərzi zövqümə görə deyil. Yaxşı yazır, onun zövqündə olan adamlar var, amma ləng yazır, adamı yorur, bir cümlədə bir neçə informasiya vermək əvəzinə, bir neçə cümlədə bir informasiya verir. Yəni onu uzun müddət oxumaq mümkün deyil.
Əsərlər arasında müxalif fikirlilərdən biri də Məqsəd Nurun əsəridir. Psixoloji məqamlara toxunan, insan psixologiyasını açan bir əsərdir. Amma məsələ bundadır ki, Pərvizin əsəri qədər geniş deyil. Dərindir, amma yalnız bir insanın psixoloji dünyasına nüfuz edir. Pərviz isə bir mühitə nüfuz edə bilir. “Yad dildə” ilə “Şəhər meri”nın fərqi bundadır. Bir yazıçı öz mühitini bədii formada ifadə edə bilmirsə, deməli, o, yazıçı deyil. Pərviz öz mühitini yaratmış yazıçıdır. Bunu cəbhələşdirmək doğru deyil. Mən buna “siyasiləşdirmə”dən daha çox “cəbhələşdirmə” deyərdim. Əgər Pərviz qalib olubsa, bu, onun əsərinin qalib olmasıdır. Bu mənada əsəri müzakirə etmək olar, amma əsəri harayasa yamamaq olmaz.
“Rəşad Məcid bal verəndə səmimi olub”
- Rəşad Məcid də bu əsərə 7 bal verib...
- Mən bilmirəm nəyə görə “7” verib. İnanmıram ki, Rəşad Məcid dediyi qədərində Pərvizin əsərini dəyərləndirmir. Mənə elə gəlir ki, o, həmin əsərə dəyər verir.
- Yəni səmimi deyil?
- Yox, məncə, bal verməsində tam səmimidir, başqa heç nədə səmimi deyil.
- Pərvizə görə hansısa münsifə ağız açıbsınız?
- Ümumiyyətlə, mənim münsiflər arasında müraciət edə biləcəyim yeganə insan Niyazi Mehdi idi. O da hələ müsabiqədən çox əvvəl bildirmişdi i, “Yad dildə” çox xoşuna gəlib. Bütün çevrə də bunu bilirdi. Mən ondan nəyi xahiş etməli idim ki?! Pərvizi niyə xahiş etməliyəm ki?! Səmimi deyirəm ki, Niyazi Mehdinin Pərvizə neçə bal verəcəyini bilmirdim.
- Son vaxtlar xeyli sayda tərcümə əsərləri və “Ən yeni ədəbiyyat” layihəsindən kitablar çap etmisiniz. Gələcək planlarda nə var?
- Səhv etmirəmsə Kulis.az-da yazılmışdı ki, “Qanun” ancaq müxalif fikirli əsərləri çap edir. Doğrudanmı, kənardan baxanda belə görünür? Məncə, bu düzgün deyil, çünki biz AYB-nin 3 üzvünün – Vüsal Nurlu, Yeganə Cansel, Fərhad Məmmədov və Zaurun kitablarını çap etmişik. Mən heç bilmirdim ki, onlar AYB üzvüdürlər. Müraciət ediblər və mən də hesab etmişəm ki, layiqdirlər, çap etmişəm. Bundan sonra da müraciət edən olsa, yenə çap edəcəyik. Azərbaycan ədəbiyyatına aid 2 layihə, dünya klassiklərinə aid başqa bir layihəmiz var və hamısı da uğurla davam edir. Ən maraqlı layihəmiz isə “Ən yeni tərcümə”dir. Dünya miqyasında uğur qazanan əsərləri dərhal dilimizə tərcümə edirik. Bu günə qədər tərcümə 30 kitab çap olunub.
“Pərvizin qalib gəlməsini Rəşad Məcid cinayət kimi qəbul edir”
- Siz birinci MKM-də münsif deyildiniz, ikincidə oldunuz. Üçüncüdə münsif olacaqsınızmı? Və əgər üçüncüdə problem olsa, nəşriyyat olaraq yardım edəcəksinizmi?
- Məncə, bu mükafatların ətrafında nəşriyyatlar, naşirlər olmalıdır. Burada müzakirə olunan da, söz-söhbəti gedən də kitabdır. Baxın, medianın gündəmini zəbt edən ən böyük mədəni hadisə MKM oldu, Kitab Bayramı oldu. Mən ötən il MKM-in münsifi deyildim və nəticədən də razı deyildim. Amma buna görə MKM-in üzərinə getməmiş, narazılığımı ictimai formada bildirməmişdim. MKM-i yaşatmaq və onu ədəbiyyat bayramına çevirmək üçün bu layihəyə qoşulmuşam. Bu layihənin təsisçisi, müəllifi onu davam etdirmək istəsə və mənə müraciət etsə, mən orada olacağam. Müraciət olmazsa, kənarda olacağam və onda da fikirlərimi bildirəcəyəm.
- Amma Rəşad Məcid deyir ki, siz MKM-i iflasa uğratdınız...
- Bu çox ciddi ittihamdır. Məncə, Rəşad Məcid bunu fakt olaraq yox, mülahizə olaraq deyir. Çünki MKM fəaliyyət göstərir. Təsisçi də bəyan elədi ki, davamı olacaq. Pərvizin qalib gəlməsini Rəşad Məcid cinayət kimi qəbul edir. Bu doğru deyil. Normal, yaxşı bir əsərdir. Mənə elə gəlir ki, bu hadisə bir daha sübut etdi ki, MKM obyektivdir, ona kənardan təsir etmək mümkün deyil. Mənim bir səsim olduğu üçün nəticəyə təsir edə bilməzdim. Səsimi niyə verdiyimin də izahını vermişəm. Buna görə Rəşad Məcid məni ittiham edirsə, etsin. Amma MKM-i mənim ambisiyamın qurbanı kimi təqdim etmək düz deyil, axı MKM qurban olmayıb?! Belə çıxır ki, bu söz-söhbət uzanacaq. Rəşad Məcid bu gün məni ittiham edir, ola bilsin ki, sabah da bir başqa münsifi ittiham etsin. Hər halda, Rəşad bəy MKM-in gələcəyi barədə düşünməlidir, bu daha çox ona lazımdır.
- Nə mənada?
- O mənada ki, AYB var, o da həmin təşkilatın katiblərindən biridir. O danışanda təkcə öz adından deyil, həm də həmin təşkilatın adından danışır. Belə mükafatlar nə qədər çox olsa, ədəbiyyat daha çox inkişaf edər, birliyin də nüfuzu daha yüksək olar. Bu mənada Rəşad Məcid MKM-in inkişafı haqda düşünməlidir, iflası haqda yox. Bu yanlışdır...
- Münsiflər arasında qruplaşma var idimi? Ballardan görünən budur ki, var idi...
- Öz adımdan deyə bilərəm ki, hər hansı qruplaşma yaratmağa cəhd göstərməmişəm və bu barədə heç kimlə danışıq aparmamışam. Hər zaman bu cür məsələlərin iki başı olur. Bilirəm ki, bu gün mənə görə yaxşı olan məsələ sabah əleyhimə çevrilə bilər. Buna görə də kimsədən xahiş etmərəm...
“Qaraqan ayda 3 min manat qazanır”
- Qaraqan, yoxsa Pərviz mükafata daha çox layiq idi?
- Əlbəttə, Pərviz. Qaraqanın romanı çox yaxşı satılan, yeni təfəkkür tərzinə malik yazılan kitabdır. O öz üzərində işləyən, işini qura bilən, heyrətamiz bir gəncdir. Uğurludur, yaşına görə yaxşı bir əsər yazmışdı və bu əsərin hesabına bu gün ayda 3 min manat pul qazanır.
- Pərvizdə də kommersiya uğuru ola bilərmi?
- Mənə elə gəlir ki, Pərvizdə də uğur olacaq. Əslində mən gözləmirdim, amma ilin sonunda hesabat çıxaranda gördüm ki, ən çox Pərvizin kitabı satılıb.
- Qaraqanı ötmək ehtimalı varmı?
- Yox! Qaraqan HOST-la işləyir, bu yaxşı təşkilatlanmadır. Təbliğatı çox yaxşıdır və onu keçmək mümkün deyil.
- Azərbaycanda kitab çapında problemlərin olmasını hamı bilir. “Ən yeni ədəbiyyat”ın formatı nədir. Layihədən müəlliflər qonorar alırmı?
- Gəlin il yarım əvvələ qayıdaq və məsələyə oradan baxaq. Onda vəziyyət necə idi? Yazıçı öz kitabını buraxırdı, dükanlara paylayırdı, dosta-tanışa satırdı, onlardan 5-10 manat alırdılar və ən çox 500 tirajla çap olunurdu və s. Mən dedim ki, bu işləri mən edim, 1000 tirajdan sonrakı satışdan da sizə qonorar verərəm. Razılaşdılar və çap olunan bütün kitabların pasportunda çapa imza atıblar. Bəziləri deyir ki, müqavilə yoxdur, amma çapa imzalayıblar. Əvvəl 10 faiz demişdim, sonra 15 faiz dedim. Bu kitabların maya dəyəri 1.2- 1.5 manatdan çox deyil. Dükanlarda 5 AZN-ə satırlar. Bunun 30 faizi tutulur. İndi hesablayın ki, böyük kollektivi olan, kirayə ödəyən nəşriyyata nə pul qalır. Həm də bu pul birdən-birə gəlmir. Mən də mübahisə edən müəlliflərə dedim ki, baxmayaraq layihə mənə aiddir, amma gəlin çap pulunu ödəyin və kitabları aparın. Belə mübahisələrlə işləmək istəmirəm.
- Yəni kitabları verməyə razısını, eləmi?
- Əlbəttə.
- Bəs niyə onlar razı olmurlar?
- Mən hamıya demişəm, kim narazıdırsa, hesab edirsə ki, mən onların kitabından pul qazanıram, gəlsin kitabın xərcini ödəyib götürsünlər və özləri qazansınlar.
- Bir kitabın xərci təxminən nə qədər olur?
- 1500 və ya 2 min manat. Bu mənim üçün daha sərfəlidir. Elə müəllif var ki, ayda 4-5 kitabı satılır...
Vuqar QURDQANLI
Foto, video: Elmin HƏSƏNLİ

1191 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024