Münsiflər danışır, narazılıq böyüyür

Münsiflər danışır,  narazılıq böyüyür
6 iyun 2011
# 16:56
Milli Kitab Müsabiqəsinin (MKM) qalibib adının açıqlanmasından sonra bir neçə münsifin dərhal istefa verməsi və bunu müsabiqənin obyektiv keçirilməməsi ilə əlaqələndirmələri, gündəmə digər münsiflərin müsabiqə ilə bağlı hansı fikirlərdə olmalarını gətirdi. Kulis.az-a açıqlama verən Şahbaz Xuduoğlu bidirib ki, MKM-in qərarını ədaləti qərar kimi qiymətləndirir. “Burada hər hansı bir saxtakarlığın baş verməsi haqqında səslənən fikirlər inandırıcı deyil. Şəxsən mən heç bir namizədə 2-3 bal verməmişəm. Məncə, gələcəkdə bu ballar açıqlanacaq, hər kəsin balları bilinəcək.

MKM Azərbaycan ədəbiyyatına dəstək olan ən böyük layihədir. Bunun ətrafında söz-söhbətin getməsi, ziddiyyətli fikirlərin səslənməsi tamamilə təbiidir.

Mən çox sevinirəm ki, “Qanun nəşriyyatı”nın “Ən yeni ədəbiyyat” seriyasında nəşr etdiyi Pərvizin “Yad dildə” əsəri bu mükafatı qazandı.

Mükafatın nəticəsi olaraq oxucular yeni əsərlərlə tanış olacaqlar, qalib yazıçıların əsərləri nəşr ediləcək. Bunlar hamısı çox böyük işdir. Mən bir naşir kimi kitabın nəşr olunması və yayılması işinin necə ağır olmasının fərqindəyəm”.

Müsabiqənin obyektivliyinə də toxunan münsif deyib ki, MKM-in münsifləri bütün təbəqələri təmsil edən nüfuzlu insanlardan formalaşıb. “O şəxslərin kimisə qalib etmək naminə qruplaşması haqqında deyilənlər ciddi deyil. Mən bizim bütün yazıçıları, bu mükafatı dəstəkləməyə çağırıram. MKMin daha çox mustəqil olmasını istəyən hər bir yazıçı bu layihəyə dəstək verməlidir, daha münsiflikdən istefa verməməlidir.”.

Daha bir münsif - Afaq Məsud da müsabiqənin nəticələrini obyektiv hesab etdiyini bildirib: “Düzdür, Pərvizin birinci yer tutması məni təəccübləndirdi, çünki ona 3 bal vermişdim. Ümumilikdə mənim verdiyim ballarla ümumi nəticə üst-üstə düşmədi. Amma hesab edirəm ki, buna da səbəb başqa münsiflərin fərqli bal vermələridir. Mən ən yüksək 7 bal yazmışam onu da Nəriman Əbdülrəhmanlı ilə Məqsəd Nura”.

Rəşad Məcidlə Çingiz Abdullayevin münsiflər heyətindən istefa verməsinə də münasibət bildirən Afaq xanım əlavə edib ki, bu həmin yazıçıların şəxsi fikri əsasında baş verib. “Mən hesab edirəm ki, müsabiqə çox obyektiv keçirilib. Çünki həm Nigar Köçərlini, həm də oradakı münsifləri tanıyıram. Nə Nigar xanıma, nə də başqa münsiflərə təzyiq edib onları fikirlərindən döndərmək, kiməsə yüksək bal vermələrinə zorlamaq olmazdı”.

Sonda Natiq Rəsulzadənin üçüncü yer tutmasına da toxunan Afaq Məsud qeyd etdi ki, o, adıçəkilən yazıçıya cəmisi 4 bal verib.


Lent.az-a açıqlamasında MKM-in münsiflər heyətində təmsil olunan Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı deyib ki, münsiflərdən bəziləri əsərləri oxumamışdılar: “Bir-iki nəfər mənimlə söhbətində vaxtının azlığından şikayətlənərək, əsərləri oxumadığını bildirmişdi. Bəziləri isə demişdi ki, əsərləri dili çətin olduğu üçün oxuya bilməyib. Mən onluqdakı əsərlərin hamısını oxumuşam. Oxumasam, Nigara deyərdim ki, mən əsərləri oxumamışam, ona görə də səs vermədə iştirak etmək istəmirəm”.


O təşkilatçı Nigar Köçərliyə bildirib ki, bundan sonra münsifləri müəyyən edəndə, siyasi mənsubiyyəti, tərəfi olmayan şəxsləri seçməyə çalışsın. Bu zaman əsərlərə də tam obyektiv qiymət verilər: “Deyirlər, zəng edib tapşırıblar ki, Natiq Rəzulzadə qalib edilsin. Əgər münsiflər tam tərəfsiz adamlar olsa, o zaman qiymətləndirmə zamanı yalnız əsərlərin bədii keyfiyyətləri nəzərə alınar”.

H.İsaxanlı münsiflər heyətinin digər üzvü Rəşad Məcidin “münsiflər heyətinin bir neçə üzvü hansısa bir əsərə böyük bal verərək ön sıraya çıxarıb” sözlərinə də münasibət bildirib. O deyib ki, ötən ilki müsabiqədə də qruplaşma var idi, ola bilsin ki, bu il də müəyyən adamlar məsləhətləşərək bal veriblər: “Ötən ilki müsabiqədə də Qaraqanın birinci olmağı üçün kifayət qədər təbliğat apardılar. Elə Rəşad Məcid də onların ən fəallarından biri idi. Bu il mümkündür ki, münsiflərdən bəziləri müəyyən bir əsər üzərində həmrəylik nümayiş etdirsinlər. ancaq mən qətiyyətlə deyirəm ki, mənə heç kim bir təsir göstərə bilməz. Çünki mən ümumiyyətlə, oradakı münsiflərin əksəriyyəti ilə uzağam”.


Vüqar QURDQANLI
# 1184 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #