Sabah MKM qalibləri elan olunacaq - STATİSTİKA

Sabah MKM qalibləri elan olunacaq - STATİSTİKA
3 iyun 2011
# 16:22
Artıq ikincisi keçirilən MKM-ın tarixinə qısa nəzər salaq.

Birinci MKM

Milli Kitab Mükafatı 2009-cu ilin noyabrında təsis olunub. Mükafatın təsisçisi, “Əli və Nino” Nəşriyyat Evinin rəhbəri Nigar Köçərli bildirib ki, layihənin məqsədi Azərbaycan ədəbiyyatına ictimai diqqət cəlb etmək, müasir ədəbiyyatın sosial önəmini artırmaq və yeni əsərlərin dərcidir.

Birinci MKM-in münsiflər heyətində Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, şair Vaqif Səmədoğlu, deputat Rəbiyyət Aslanova, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, teleaparıcı Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov və “Muğam” radionun rəhbəri Elnur Baimov təmsil olunub.

Müsabiqəyə 265 əsər təqdim olunub. Azad Yazarlar Ocağı MKM-i boykot etsə də, təşkilatın bəzi üzvləri müsabiqəyə əsər təqdim edib. Həmid Herisçinin adı ilk iyirmilikdə, Rafiq Tağı isə onluqda olub.
Münsiflər heyətinin qərarı nəticəsində birinci yerə Elxan Qaraqanın “A” romanı, ikinci yerə Əjdər Olun “Portret hekayələr”i, üçüncü yerə isə Fəxri Uğurlunun “Hekayələr” toplusu və Samit Əliyevin “Günbatana doğru yeddi addım” əsərləri layiq görülüb.
Birinci yerə Qaraqanın layiq görülməsi ədəbi aləmdə birmənalı qarşılanmayıb. AYO-çular mükafatın sifarişlə Qaraqana verildiyini iddia ediblər. Qaraqanın “A” romanının sujetinin “Döyüş klubu” filmindən oğurlandığı fikri də ortaya atılıb. Üstündən bir il keçməsinə baxmayaraq, hələ də bu mövzu müzakirə olunur.

İkinci MKM

Ötən ilin noyabr ayında MKM-in ikincisinə start verilib. İkinci müsabiqədə münsiflər heyətində bəzi dəyişikliklər edilib. Elnur Baimov münsiflər heyətindən çıxarılıb. Əvəzində isə BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev, fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi, “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə əlavə edilib.

İkinci MKM-ə birincidən iki dəfədən az – 112 əsər təqdib edilib.
İkinci MKM-də qalmaqalsız ötüşməyib. Şahbaz Xuduoğlunun münsiflər heyətinin üzvü kimi müsabiqəyə qatılması bəzi gənc yazarlar tərəfindən qəzəblə qarşılanıb.

AYO bu dəfə də MKM-i boykot etdiyini elan edib. Lakin AYO-çulardan Qan Turalı müsabiqədə ekspert qismində iştirak edib. Mirmehdi Ağaoğlu isə MKM-ə əsər təqdim edərək onluğa düşüb. O, Natella Osmanlı ilə birlikdə onluğa düşən ən gənc yazıçıdır (28 yaş).

İkinci MKM-in “Short list”i (“Qısa siyahı”) belədir:

Azər Abdulla, Aslan Quliyev, Etimad Başkeçid, Mirmehdi Ağaoğlu, Məqsəd Nur, Natiq Rəsulzadə, Natella Osmanlı, Nəriman Əbdulrəhmanlı, Paşa Qəlbinur, Pərviz.

“Qısa siyahı” açıqlandıqdan sonra bir neçə yazıçının telefon zəngi ilə özünü tapşırtdırmaq istədiyi bəlli olub.

Onların birinin - Natiq Rəsulzadənin adını AYB-nin gənclər katibi Rəşad Məcid “Azadlıq Radio”suna açıqlamışdı.

Kulis.az MKM münsiflərinin birindən aldığı məlumata görə, Paşa Qəlbinur da “tapşırtdırmaq istəyən”lərin siyahısında olub.

P.Qəlbinur dərgimizə açıqlamasında bu iddiaları inkar edərək “bərəkət haqqı mən özümü tapşırtdırmamışam” - deyib.

İyunun 4-ündə MKM-in qalibləri elan olunacaq.

1-ci yerin üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Amerikanın Azərbaycandakı səfirliyi tərəfindən Amerika yazıçının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməyə görə 1000 manat məbləğində mükafat veriləcək. www.mkm.az saytındaki internet səsvermənin qalibi xüsusi diplom ilə təltif olunacaq. Qaliblərin əsərləri çap olunacaq və ictimayyətə təqdim olunacaq.

MKM-in baş sponsoru “Bakcell” şirkəti, sponsorları “Unibank” ASC və “Əli və Nino” Nəşriyyat Evidir.

Elmin HƏSƏNLİ
# 982 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #