Azər Abdulla: “Vallah, mən Anar müəllimi istəyən adamam” - MÜSAHIBƏ

Azər Abdulla: “Vallah, mən Anar müəllimi istəyən adamam” - MÜSAHIBƏ
26 may 2011
# 10:20
- AYB-də vəzifəniz varmı?

- Yox, yoxdur. Amma mən AYB-nin bir orqanının - “Oğuz Eli”nin baş redaktoruyam.

- O rəsmi orqandır?

- Belə rəsmidir ki, AYB-nin orqanlarından biridir. Amma mən pulsuz işləyirəm, maaş almıram.

- Qarşıdan qurultay gəlir, əsaslı dəyişikliklər gözləyirsinizmi?

- Onu deyə bilmərəm. Onu “yuxarıda” bilərlər. AYB-ni demirəm ha, ondan da yuxarını nəzərdə tuturam.

- AYB-nin üzvü kimi qurumda hansı problemləri görürsünüz?

- Mətbuatdakı müsahibələri oxuyuram, gənclər təkcə Anar müəllimdən narazıdırlar. Vallah, mən Anar müəllimi istəyən adamam. Bunu Anar müəllimlə “Qobustan” jurnalında 20 il bir yerdə işlədiyimə görə yox, son dərəcə obyekt olduğuma görə deyirəm. Xahiş edirəm elə başa düşməyin ki, rəis kimi baxıram ona, yox, sadəcə, son dərəcə intellektli, hərtərəfli, yazıçı-publisist, rejissor hesab edirəm. Onunla inciklik məqamlarım da olub, amma onu çox istəyirəm. Həm də belə bir şey var, bu gün soruşsalar “Qan Turalı necə yazıçıdır?”, mən də onu Kamyuyla, Tolstoyla müqayisə etsəm və desəm ki, o kimdir, onda düzgün çıxmaz. Hər şeyin ölçüsü var, o cümlədən də Anarın, Elçinin Azərbaycan ədəbiyyatında xüsusi yeri var. Cavanların çoxu onları qınayırlar, ittiham edirlər ki, bunlar sovet dövrünün adamlarıdır. Axı sovet dövründə nə qədər gözəl əsərlər yazılıb ki, indi hələ o əsərlər yazılmayıb. İsa Hüseynov, Çingiz Aytmatov o dövrdə deyil bəyəm? Bu sayı çoxaltmaq olar. Amma bu cür ittiham etmək, “sovet yazıçısı” demək doğru deyil. Sovet dövründə biz yazıqlar gücümüz çatdığı qədər sovet ideologiyasına, sovet quruluşuna qarşı mübarizə aparmışıq. Bunlardan heç kimin xəbəri yoxdur. İnandırıram sizi, indikilər o dövrdə yaşasaydılar, bəlkə, məndən də zəif adam olardılar. Elə bilməyin ki, indi azad mətbuat var və hər şeyi demək olur, onda da elə idi. Obyektiv olmaq lazımdır. Yenə təkrar edirəm, istənilən adamı təhlil etdikdə işıqlı tərəfi də, işıqsız tərəfi də üzə çıxır. Mən Anarı daha çox işıqlı tərəfi ilə tanıyıram.

- AYB sədri “Ədəbiyyat qəzeti”ndən narazılığını bildirib. Sizin buraxılışlarınızın çoxu ilə tanışıq və onlar kifayət qədər maraqlıdırlar. Onlar iki yüz min manat büdcə ilə, siz isə pulsuz edirsiniz bunu. Sizə elə gəlmirmi ki, “Ədəbiyyat qəzeti”ndə nə isə yolunda deyil?

- Bu suala mən cavab vermək istəmirəm. Sənin jurnalist kimi istənilən sualı vermək, mənim də cavab verməmək hüququm var. Cavab verməməyimin səbəbini sonra deyərəm.

- Amma Anar bu məsələyə münasibət bildirdi.

- Nə deyim, bildirir də. İnanmıram Anar müəllim bununla saxtakarlıq eləsin.
# 1157 dəfə oxunub

Oxşar xəbərlər

Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

09:00 11 sentyabr 2025
“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

10:00 6 sentyabr 2025
Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
"Bomboz həyat bağrımı çatladacaq..." -   “Tütək səsi”nin Cəbrayıl rolunu  niyə Şahmar Ələkbərova vermədilər?

"Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?

10:00 23 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər