Arif İbrahimov: “Anarın imzası qüvvədən düşüb” - MÜSAHİBƏ
23 may 2011
12:11
Arif İbrahimov Ədəbiyyat Fondunun rəhbəri idi.
Lakin bir neçə il əvvəl o vəzifəsindən uzaqlaşdırıldı.
Bu onun uzun susqunluqdan sonra verdiyi ilk müsahibədir.
Kulis.az Ədəbiyyat Fondunun sabiq rəhbəri Arif İbrahimov ilə müsahibəni təqdim edir.
İkisinin birlikdə 160 yaşı var
- 5 ildir mətbuata çıxmıram, müsahibə vermirəm. İki ilə yaxındır ki, Azərbaycandan köçmüşəm, Tiflisdə yaşayıram. Azərbaycanla əlaqələrim yoxdur.
-Köçmənizə səbəb nədir?
-Tiflisdə “Ceo-Turan” Mədəni-İqtisadi Əlaqələr Fondunun həm təsisçisiyəm, həm sədriyəm. Adından göründüyü kimi sədirlik etdiyim qurum həm mədəni, həm də iqtisadi yöndə fəaliyyət göstərir. Fonda gürcülər də dəstək oldu. Həmsədr bir gürcü var, onunla birlikdə çalışıram.
Məqsədimiz iki ölkə arasında mədəni əlaqələri inkişaf etdirməkdir. Qurumumuz “Azərbaycan-gürcü danışıq kitabçası”nı hazırladı. Bu qurumun ilk işiydi. Bundan əlavə bir neçə tədbirlər keçirdik. Hazırda bir neçə kitabın tərcüməsiylə məşğuluq. Eyni zamanda mənə “Gürcüstan mədəniyyətinin elçisi” titulu verilib. Titulu mənə Tiflisin meri Girgi Uqlava təqdim etdi.
Gürcüstana getməyimin səbəbləri çoxdur. Burada yaxın dostlarım, oturub-durduğum adamlar var. Artıq Gürcüstan Yazıçılar Birliyinin fəxri üzvüyəm və Birliyin bütün tədbirlərində iştirak edirəm.
Əlbəttə, müəyyən yaş dövründən sonra yaşayış yerini dəyişmək, vətənini tərk etmək çətindir. Bunu hər gün hiss edriəm. Burda uzun illər, 15 ilə yaxın Ədəbiyyat Fondunun sədri oldum. Lakin Fondun sədrliyi vəzifəsindən də çıxarıldım.
-Bunun səbəbi nə idi?
- Keçmişə qayıtmaq istəmirəm. Mən bu günlə, gələcəklə yaşayıram. Azərbaycanla bağlı indi o qədər də informasiyam yoxdur. Tiflisdə AzTV xəbərlərini izləyirəm. Dəqiq bilmirəm, deyəsən, Ədəbiyyat Fondunun indiki rəhbəri ya Nəriman Həsənzadə, ya da Nazim İbrahimovdur. Onu bilirəm ki, ikisinin birlikdə 160 yaşı var.
- Deyəsən, indi Ədəbiyyat Fondu fəaliyyət göstərmir. Çünki fonddan xəbər-ətər yoxdur.
- Mən fonda rəhbərlik edəndə ildə ən azı iki-üç böyük tədbir keçirirdim. Dövlət büdcəsindən və Yazıçılar Birliyindən bir qara qəpik almasam da, yazıçılara maddi yardım verirdim.
- Bəs hardan maliyyələşirdiniz?
- Mən xarici təşkilatlarla işbirliyi qururdum. Layihələr işləyirdim və qrant alırdım. Bu qrantın hesabına həm yazıçılara qonarar verir, həm də tədbirlər keçiridim. Amma eşitdiyə görə, indi Ədəbiyyat Fondu heç bir fəaliyyət göstərmir.
- Ədəbi əlaqələri beynəlxalq səviyyədə təşkil etmək Pen-Klubun borcudur. Bizim Pen klubun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Pen-Kluba uzun illər Maqsud İbrahimbəyov rəhbərlik etdi. Hazırda yazıçı Çingiz Abdullayev rəhbərlik edir. Mən Pen-Klubun işləriylə çox maraqlanmamışam. Amma dəqiq bilirəm ki, hansısa işlə məşğul olsaydı, bu görünərdi.
- Amma Pen-Klubun hər iki rəhbərinin yaradıcılığı xaricdə kifayət qədər təbliğ olunur.
- Bu təbiidir. Azərbaycanın xaricdə təbliğ olunan yazıçıları ancaq bu ölkədə vəzifə tutan yazıçılardır.
- Gürcüstan ədəbi mühiti ilə bizimki arasında hansı fərqlər var?
- Yazıçılar Birliyində uzun illər çalışdığım üçün Azərbaycan ədəbi mühitinin bütün xırdalıqlarına bələdəm. Bizim yazarlar istəyirlər ki, onların yubileyi Prezident Aparatının qərarı ilə keçirilsin. Hökmən orda şöbə müdirlərindən biri iştirak etsin və mütləq bu yubileydə prezidentin sərancamı olsun, yubilyara mükafat verilsin. Və ya mükafat da verilməsə, heç olmaya prezident zəng edib, onu təbrik etsin. Bu, keçmiş Sovetlər Birliyindən qalan xəstəlikdir. Hələ də bizim ədəbi mühitdə hər bir məsələdə yuxarıdan gələcək məsləhəti gözləyirlər.
Gürcüstan ədəbi mühiti tamam başqa, demokratik, müstəqildir. Burada hər hansı ədibin yubileyində və ya tədbirində mütləq Tiflis şəhərinin keşişi gəlib xeyir-dua verməlidir. Allahdan ona yeni yaradıcılıq uğurları və can sağlığı arzu etməlidir. Üç-dörd il bundan qabaq Tiflisdəki kilsədə Gürcüstan ədəbiyyatının klassiki, böyük mütəfəkkiri Sulxan Sabanın tədbirini keçirdilər. Sulxan Saba pravoslavlığın əleyhinə olan bir adam olub. İki yüz il öncə gürcülərin katolik məzhəbini qəbul etməsi ilə bağlı məsələ qaldırıb. Buna baxmayaraq, gürcü keşişləri gəldilər, Sulxan Saba haqqında danışdılar, onun yaradıcılığı haqqında xoş sözlər dedilər. Keşişlər o qədər gözəl, dərin danışdılar ki mat qaldım.
Mükafat verilməsə, öləcəyəm…
- Bax, bir fərqimiz də ondadır ki, Gürcüstan yazarları keşişdən, Azərbaycan yazarları isə prezidentdən xeyir-dua gözləyirlər.
Otinin yubileyini Tiflisdəki Aktyor Evində keçirdik. Tədbirə heç bir dövlət məmuru qatılmamışdı. Otinin ancaq qələm dostları iştirak edirdi. Otinin əslində heç hansısa məmurun, prezidentin, hətta təbrikinə ehtiyacı yoxdur. Dostların xoş sözlərindən sonra Kür çayının kənarında şərab qonaqlığı oldu.
Ədib dostlarımdan biri də Cansuq Çarkivianidir. Yanvar ayında Cansuqun 80 yaşı olacaq. Gürcüstanın mötəbər insanlarından biridir. O, iki dəfə sovet dönəmində, iki dəfə də müstəqillik dövründə Gürcüstan parlamentinin deputatı olub. Cansuq prezident Mixail Saakaşvilinin ona yubileyi münasibətilə təklif etdiyi maddi yardımdan imtina etdi. Səbəbini soruşanda dedi ki, Saakaşvili bu yardımı mənə verir, qələm dostlarıma yox. Mən o, dostlarımla sonradan necə üz-üzə oturum, onlarla necə çörək kəsim?!
Gürcüstanda heç bir yaradıcı insan mükafat almağa can atmır. Burada kitab mağazaları, qəzet köşkləri bizdən qat-qat çoxdur. Rusdilli ədəbiyyat Azərbaycandakından yaxşı inkişaf edib. Bizdə bir “Literaturnıy Azerbaydjan” jurnalı var, ildə ya bir, ya iki dəfə çıxır. Halbuki, eşitdiyimə görə, dövlət büdcəsindən bu nəşrə hər il yetimiş, səksən min manat pul ayırırlar.
Tiflisdə Qriboyedov adına Rus Dram teatrı var. Orada rusdilli əhali teatrın bir-iki otağında yığışır və ayda bir dəfə yüksək səviyyəli “Ruskiy klub” adlı aylıq jurnal buraxır.
Azərbaycanda isə müstəqil, himayəsiz iş görən yoxdur. Bayaq “mükafat” dediniz yadıma təxminən otuz il qabağın söhbəti düşdü. Rəhmətlik İsmayıl Şıxlı Yazıçılar Birliyinin birinci katibi işləyirdi. O zaman Mirzə Fətəli Axundov adına Dövlət Mükafatı var idi. Bir nəfər yazıçımız gəlib dedi ki, məni də yazın Axundov mükafatına. Dedilər, hələ yaza bilmərik, gələn il baxarıq. Bu adamın ürəyi getdi, yıxıldı yerə. “Təcili yardım” çağırdılar. Axırda İsmayıl Şıxlı dedi ki, dur ayağa, vallah yazıram, dur ayağa. Tez bir dövlət mükafatı yazdılar buna. Özü də dövrünün çox görkəmli yazıçılarından biriydi. İndi rəhmətə getdiyinə görə, adını açıqlaya bilmərəm.
-İndi təsəvvür edin Yazıçılar Birliyində Anarın və ya Fikrət Qocanın yubileyini keçirirlər və şeyximiz də bu məclisə xeyr-dua verməyə gəlir…
-Yox, təsəvvür edə bilmirəm. Elə bil, bizim mollaların alınına möhür vurulub ki, onlar ancaq ölü yerinə gəlməlidirlər. Üstəlik, indicə Fikrət Qocanın yazdığı “Nə vaxt arvad istədim, gördüm namaz üstədir” şeirini xatırladım və yüz faiz əmin oldum ki, onun tədbirinə heç bir molla-şeyximiz gəlməz.
Sürücü məktubu cırmışdı
- Uzun illər Yazıçılar Birliyində çalışsanız da, elə bil bu “imkanlardan” yararlana bilmədiniz. Axı sizin heç bir titulunuz, mükafatınız da yoxdur.
- Mənim əlli, şair Kələntər Kələntərlinin 70 illik yubileyi idi. Birliyin sədri Anar Rzayev bizə mükafat verilməsi üçün iki məktub yazdı. Aradan bir ay keçdi. 8 mart qadınlar bayramı yaxınlaşırdı. Prezident Aparatında bir tanış qadın vardı. Ona təbrik üçün zəng etdim və sözarası dedim ki, bəs mənim də orda məktubum var. Qadın dedi ki, son iki ay ərzində səninlə bağlı məktub gəlməyib. Sonra məlum oldu ki, Kələntərlə mənə aid olan məktubu yazıb qoyublar bir zərfə və katiblikdən veriblər növbətçi sürücüyə. Sürücüyə də tapşırıblar ki, yolda bizə aid olan zərfi cırıb tullasın. Yazıçılar Birliyinin o zamankı və indiki sədri Anar bu qurumdakı otuzillik əməyimə belə “qiymət” verdi. Sonra dedilər ki, ikinci məktubu yazaq. Dedim, mənə gərək deyil.
- Gürcüstanda ədibləri dövlət hansı meyarlara görə mükafatlandırır?
- Sırf ədəbi fəaliyyətinə görə. Sovet dönəmindən bu günə qədər Gürcüstanda ən nüfuzlu ədəbi mükafat Şota Rustaveli adına dövlət mükafatıdır, bunu da ancaq gürcü yazarlara verirlər.
Anarla, Fikrət Qoca da küsüb tədbiri tərk ediblər
- Nə edək, zaman belə gətirdi. Fikrət Qoca da Anar da bu cəmiyyətin yetirməsidir. Anar Azərbaycan ədəbiyyatını inhisara götürüb. Keçən cümə 65 illiyi keçirilən Sabir Rüstəmxanlının filarmoniyadakı çıxışından bir cümləni onların yadına salıram. Sabir bəy deyib ki, “Bir milləti məhv etmək üçün onun ədəbiyyatını məhv etmək gərəkdir. Azərbaycan Yazıçılar Birliyini bir qrup qoca özəlləşdirib, bütün mükafatları, evləri, maşınları ozləri alır, cavanlara meydan vermirlər, yaltağları irəli çəkirlər”. Anarla, Fikrət Qoca da küsüb tədbiri tərk ediblər.
- Bu il Yazıçılar Birliyi növbəti qurultayını keçirəcəyini deyir. Bu qurultaydan yaxşılığa doğru nəsə gözləyirsizmi?
- Yox, heç nə gözləmirəm. Yazıçılar Birliyi ictimai təşkilatdır. Nizamnaməyə əsasən, bu təşkilatın iki ildən bir plenumu olmalıdır. Niyə keçirmirlər? Qurultaydan qurultaya beş il vaxt var. Beş il ərzində qurultay keçrilmirsə, bunların imzaları avtomatik qüvvədən düşür. Bank artıq bunların imzasıyla iş görməməlidir. Amma Azərbaycanda bank qanunlara deyil, kapitala xidmət edir. Banklarımız da elə ədəbi mühitin səviyyəsindədir. Yeddi ildir, birlik qurultay keçirmir. Bilirəm ki, Yazıçılar Birliyində Anar Rzayev başda olmaqla həmin tərkib yenə də qalacaq. Bu gün Azərbaycanda kim vəzifədən gedir ki, Anar da getsin?!
- Amma ölkə prezidenti İlham Əliyev bu yaxınlarda “65 yaşına çatan adam vəzifədə oturmamalıdır”, - dedi.
- Bu qərar həm Anara, həm də Fikrət Qocaya aiddir.
-Köşə yazarlarının biri zarafatla yazmışdı ki, 65 yaş məsələsinin heç Fikrət Qocaya da dəxli olmayacaq. Çünki sonuncu təmir zamanı Yazıçılar Birliyinin yerləşdiyi binaya lift də qurdular ki, artıq səksən yaşına çatmış işçilər pilləkənləri düşəndə əziyyət çəkməsinlər.
- Yaşlı rəhbərlik istəyər ki, ətrafındakılar da yaşlı olsun. O qurumda səksən, səksən beş yaşlı məsləhətçilər var. Axı səksən beş yaşlı adam necə məsləhət verə bilər? Onun məsləhətinin nə keyfiyyəti olacaq? Allah Balaş Azəroğluna rəhmət eləsin, bu yaxınlarda 90 yaşında dünyasını dəyişdi. 90 yaşına qədər Yazıçılar Birliyində məsləhətçi idi. Və ya Qabil rəhmətə gedənə qədər birlikdə oturdu.
- Azərbaycan ədəbiyyatını Gürcüstanda təbliğ etmək fikiriniz varmı?
- Belə bir fikrim var. Tiflisdəki Ədəbiyyat Muzeyi ilə danışıqlar aparmışam. Bu ilin axırında Tiflisdə Azərbaycan ədəbiyyatı günləri keçirmək istəyirəm. Bu tədbir başçılıq etdiyim “GeoTuran” mədəni-iqitisadi qurumu həyata keçirəcək. Sonra Bakı-Tiflis-Ceyhan adlı fotosərgi keçirmək istəyirəm.
- Bütün uğurlarınıza sevindim. Yəqin ki, yolunuzu gözləyənlərin çoxu bu söhbəti də səbirsizliklə gözləyir.
- Sağ olsunlar. Yolunu gözləyən, səsini eşitməyə tələsən varsa, yaşamağa dəyər.
Arzu ABDULLA

1765 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024