“Fizika dərsi”ndən ölüm dərsinə
16 may 2011
14:32
Bizim nəslin yarpaq tökümü çox erkən başlamışdı – elə 18 yaşa çatanda artıq müharibənin odunun-alovunun içindəydik. Üzeyirin özü deyirdi ki “72-lər (1972-ci il doğumlular)qırmızı kitaba düşüb”. Onlardan sonra isə bizlər heç rusun əsgərliyini də görmədik. Azərbaycan əsgərliyi əslində bizimlə, 1974-cü ildə doğulanlarla başlayırdı.
Üzeyir Məhərrəmli də bu savaşda iştirak etmişdi. Sağ çıxmışdı savaşlardan. Amma sonra adının hansısa bir siyahida olması bəs etmişdi ki, OMON-larla birgə mühakimə olunsun. Özü bu barədə “Mən də birgünlük qurbanlardanam” - deyərdi.
Cəmi bir gün.
Məhkəməsində ona 13 il iş verilməsini eşidən atası Bəzirgan kişinin ürəyi dözməmişdi.
Mən bunları sonralar bildim.
İlk dəfə isə onun haqqında dostu Ramildən eşitdim. Ramil də yazı-pozu adamıdır. İlk tanışlığımızda o özündən deyil, Üzeyirdən bir şeir demək istədi. Amma şeiri tam deyə bilmədi. Yalnız mənasını.
Şeirin adı “Fizika dərsi” idi. Fizikada müsbət və mənfinin bir-birini cəzb etdiyi haqdaydı. Şeirdə müəllif sevgilisinə deyir ki, əslində sənin mənə münasibətinin mənfi olması gözəl haldır. Çünki mənim sənə münasibətim müsbətdir və deməli, biz qovuşa bilərik. Yoxsa iki müsbət bir-birini dəf edərdi.
Beləcə, onu bircə şeiri ilə sevdim – çinar bir yarpağından bəllidi axı. Nə biləydim, bu yarpaq, daha bir yarpaq tökümü ili məni yarpaq kimi saraldacaq.
Sonralar Nüsrət Kəsəmənlinin “Gün” qəzetində şeirlərini oxudum Üzeyirin. Artıq çinar öz budağından tanıdırdı özünü.
Az sonra əfv olundu və əvvəlcə tanış sonra da dost olduq.
Heç özü də “Fizika dərsi” şeirini tam deyə bilmədi – yalnız şeirin haqqında məlumat verdi ki, təxminən bu qaydada idi o şeir.
Sonra elə oldu ki, o Qazax Müəllimlər İnstituna daxil oldu və görüşlərimiz daha da çox oldu.
O vaxtlar mənim Barata ideal kimi baxdığım vaxtlar idi. Üzeyir isə Barata da, onun mühitinə də etinasız yanaşırdı.
Mən elə bilirdim Üzeyir fizikanı yaxşı bilir. Amma şeir məni aldatmışdı.
Bir gün bizə gəldi. Elektrik plitəsinə spiral qoşmalı olduq. Və bu işi öz boynuna götürdü Üzeyir. Cihazı cərəyana qoşmuşduq ki, az qaldı ev-eşik alışsın. Demə, iki fazanı birləşdiribmiş.
Tez-tez bir-birimizin evinə gedib gələrdik.
Türmədə yazdığı şeirləri göstərirdi. “Astra” qutularına yazılmış şeirlər. İndi filtrsiz “Astra” ləğv olunub. Sağlamlığa son dərəcə ağır zərbə vururmuş filtirsiz “Astra”. Amma hələ də ləğv olunmayıb günahsızları ağır ittihamlarla türməyə doldurmaq. Guya bu hal sağlamlığa o qədər də zərbə vurmur.
Türmədə “Astra”nı-“Astra”ya calayan Üzeyir bayırda siqaret çəkmirdi. Arağı da nadir hallarda içərdi. Demə...
...öz dərdini bilirmiş. Türmədən mədə yarası ilə çıxıbmış. Guya özünü qoruyurdu. Amma özünə qarşı çox etinasız adam idi. Bircə dəfə də həkimə getməmişdi. Yalnız ölümünə yaxın həkimə gedəsi olmuşdu. Onda da mədə yarasına görə yox, topuğundakı şişə görə. Amma artıq gec idi. Elə maşındaca anası Tamilla müəllimənin qucağında keçinmişdi..
Bir il keçmişdi ki, Tamilla müəllimə də onun yanına köçdü.
Bizim “Fizika dərsi”ndən başlayan tanışlığımız ölüm dərsi ilə başa çatdı.
Ölümündən 3-4 gün əvvəl şəhərdə görüşdük. Dedi, ayağım yaman şişib, həkimə gedəsiyəm. Sonra bizim evə gəldik. Hiss etmişdim ki, çox ağrıyır. Sanki vidalaşmağa gəlmişdi. Bizim uşağa şirniyyat almışdı xeyli. Son şeirlərini oxudu. Bu şeirlər həm də ölümdən bəhs edirdi. Şeirin birində şairin ölümünə o dünyaya edilən siyasi mühacirət kimi baxılırdı.
Sevinə-sevinə dedi ki, “Zindana yaz gec gəlir” adlı şeirinə məhşur müğənnilərdən biri mahnı bəstləyəsidir. Amma öz taleyinə yazdığı sözlərə bəslənən mahnını eşitmədi Üzeyir. Zindana yaz gec gəldiyi kimi sözlərinə də mahnı gec bəstələndi.
...Hər il eyni vaxtda biçilən yerdə bitən otlar ot biçiminə qədər tələsik toxumlayırlar. Bu haqda bir şeirim də var:
Bir ot çalımına qədər
tələsik
Toxumunu verən otlar kimidi
Dünyadan cavanca gedən şairlər
sözlərini deyib tezcə gedirlər
Ömrünü şeirin ömrünə verib
Gedirlər, uzanır, ömrü şeirin.
Kaş qara xəbəri ağ yalan ola
Dünyadan hər cavan gedən şairin.

1763 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024