“İndiki qızlarda sevgiyə inam yoxdur” - MÜSAHİBƏ - FOTOSESSİYA
12 may 2011
17:50
Layihə: Qara qutu
O bizim redaksiyaya gəlib özünün şeir kitabını bizə hədiyyə etdi. Bizə də özünün dediyi kimi bu gənc şairi reklam etmək, yəni ondan müsahibə almaq düşdü. Kulis.az Fuad Biləsuvarlı (Emil) ilə müsahibəni təqdim edir.
- Əvvəlcə özünüzü təqdim edin
- Mən gənc jurnalist, şair Fuad Biləsuvarlı 2002-ci ildən etibarən yazmağa başlamışam.Bu yaxınlarda şeir kitabım çıxıb. Kitabın adı “Pərvanəm mənim”dir. Buna baxmayaraq sırf yaradıcılıqla, şeir yazmaqla 2 ildir məşğulam. Çox adam da mənə deyir ki, səndə Nüsrət Kəsəmənli dəsti-xətti var. Düzdür, Nüsrət Kəsəmənli kimi yaxşı yaza bilməsəm də, çox adam məndə o ruhu duyur. Çünki mən N. Kəsəmənlini çox sevirəm, demək olar ki, o dəsti-xətt ilə yazıram.
- 13 yaşından yazmağa başlamısan?
- Bəli, ilk şeirimi orta məktəbdə oxuyanda Qarabağa yazmışdım...
- Şeir yadınızdadır?
- Düşmənlər əlimizdən Qarabağı alıblar
Üzeyir, Bülbülü yaman dərdə salıblar
Ağdam İsa bulağı, Bakı “Qızlar bulağı”
Talayıb Qarabağı gör nə günə salıblar...
Bir az döz Qarabağım, sinəsi barlı bağım...
Hardasa belə bir şeir idi.
- Aydın oldu. Kitabınızdan belə məlum olur ki, sizin yaradıcılığınızda əsas yeri sevgi tutur. Sizə görə sevgi nədir?
- Sevgi-məhəbbəti bir ümmana, bir dənizə bənzədirəm. Sevgi-məhəbbət açılmayan bir sirdir. Böyük şair N.Kəsəmənli də deyib ki, sevgisiz bir ürək evsiz yetimdir. Həqiqətən də sevgisiz ürəyi bir evsiz yetimə bənzədirəm. Böyük şairdən sonra mən başqa analiz verə bilmərəm!
- Dənizi çaylar qidalandırır, bəs sevginin çayları nədir?
- Necə?
- Yəni Volqa, Kür Xəzərə axır, bəs sevginin ümmanını nə qidalandırır?
- Sevginin ümmanı təmiz ürəklə sevmək, sadiq qalmaq olmalıdır. Təəssüf ki, indiki oğlan və qızlarımızda sevgiyə inam yoxdur. Əsasən var-dövlətə üstünlük verirlər. Şəxsən mənim başıma gəlib, əgər var-dövlətin varsa səni seçirlər. Yəni sevgi boş şey olub...
- Belə başa düşürəm ki, siz sevginin dəyərini bilməyib var-dövlət ardınca qaçanlara qarşı çox aqressivsiniz. Kitabda bir şeiriniz var:
“Sən mənim qismətim olmasan canan,
Bir ömür sevgiyə həsrət qalasan”.
Sizə elə gəlmir ki, bir qadına bundan böyük qarğış ola bilməz?
- Bəli, bunu mənə çox adam da deyib. Hətta kitabıma ön söz yazan Emil Tahiroğlu da bunu deyib. Bəli, mən sevgiyə qarşı bu qədər aqressivəm.
- Folklorumuzda qadına qarğış edəndə deyirlər ki, üstünə şalvar bağı açılmasın. Sizdə elə bil bunun təsiri var: bir ömür sevgiyə həsrət qalasan. Həqiqətən belədirmi, bu şeiriniz folklordan qidalanır?
- Bəli. Həm də bayaq dediyim məsələlərin də təsiri çoxdur. Qəlblə oynamaq məsələsi də var. Sənin qəlbinlə oynaya, sonra gedib özündən yaşca böyüklə ailə həyatı qura... Bu insana çox pis təsir edir. Bu insana psixoloji təsir də edə bilər. Məsələn, mən bu sevgidən sonra çox təsirləndim, depressiyaya düşdüm. Bu kitabın nəşrindən sonra vəziyyət düzəldi, dirçəldim.
- Belə başa düşülür ki, nakam sevgi yaşayıbsınız...
- Bəli, nakam adlandırardım o sevgini.
- “Bir ömür sevgiyə həsrət qalasan”ı da o qıza yazıbsınız?
- Bəli! Onunla bağlı çoxlu şeirlərim var. O bir televiziyada aparıcıdır.
- Burda başqa bir şeir də var – “Xalq səsindən ruhlanır, Bül-bül səsli İlham bəy”. İlham bəy kimdir?
- O mənim dostumdur, “Xalq Ulduzu”nda oxuyub, ona yazmışam.
- Bir də aparıcı Zümrüd xanıma şeiriniz var. Harda aparıcıdır Zümrüd xanım?
- İctimai radioda.
- Nəriman adlı şairə də yazmısınız...
- Xalq şairi Nəriman Həsənzadədir o da.
- Nüsrət Kəsəmənlini niyə çox sevirsiniz, onun poeziyasının sirri nədədir?
- Belə cavab verərdim ki, N. Kəsəmənli yaradıcılığında dürüstlük olub. O, yalana, böhtana uymayıb. Dostdan pay ummayıb, pencəksiz, şalvarsız qalıb və bunu yazıb. Yamaqlı şalvarda, köhnə pencəkdə keçirib günün-rüzgarını. Mən onun oğlu ilə də dostam, ailəsi ilə də yaxınam, bunların həqiqət olduğunu bilirəm...
- Pencəyinizi nə vaxt almısınız?
- 2 il olar.
- Dedim, bəlkə çoxları kimi siz də özünüzü şairlərə oxşatmaq üçün köhnə pencək geyinirsiniz...
- Yox, mən belə şeylərə pis baxıram.
- Bir şeirinizi də “əməli saleh Saleh bəyə” yazıbsınız. O kimdir?
- İctimai kanalda “Yeni Gün” verilişinin aparıcıdır, həm də mənim onunla yaxşı manasibətim var.
- Zəlimxan Yaquba da şeir yazıbsınız?
- Bəli. Ona da yazmışam.
- Sizin sevginizi cavabsız qoyan o aparıcı xanım sizin kitabınızı oxuyubmu?
- Dəqiq bilmirəm, bəlkə də ona çatıb.
- Yəni özünüz kitabı şəxsən təqdim etməyibsiniz?
- Xeyr.
- “Yeni Gün” proqramının direktoru Səidə xanıma da şeiriniz var. Deyəsən İTV-yə tez-tez gedirsiniz.
- Hə, o kanalı çox sevirəm. İctimai kanala böyük hörmətim var. Orda da mənə böyük hörmət qoyurlar.
- Anar Yusifoğlunu necə, tanıyırsınız?
- Onu İTV-nin çayxanasında görmüşəm, ancaq şəxsən tanışlığım yoxdur..
- Axırıncı dəfə hansı kitabı oxuyubsunuz?
- Adil Babayevin kitabını.
- Etibar Babayevin atası?
- Bəli, onlarla da yaxşı münasibətim var...
- Gəlin belə danışaq, münasibətiniz olmayanlardan kimisə oxuyubsunuz? Misal üçün, yerliniz Pərvizin “Yad dildə” romanını oxuyubsunuz?
- Yox, oxumamışam, amma böyük məmnuniyyətlə alıb oxuyaram.
- Azərbaycan klassikasından kimi oxumusunuz? Cavid, Cabbarlı... kimlər xoşunuza gəlir?
- Cəfər Cabbarlı.
- Hansı əsəri xoşunuza gəlir?
- Onun əsərlərindən çoxunu almışam. “Vəfasız Səriyyə” xoşuma gəlib. 17 yaşında yazıb.
- Nəyi xoşunuza gəlir? Şəxsən mən o dramı bəsit hesab edirəm. Onun “Od gəlini”, “Oqtay Eloğlu” əsərləri çox yaxşıdır...
- Bilirsiniz, birinci dəfədir müsahibə verirəm, bir az sıxılıram...
- Rahat olun, çaydan için. Onda belə sual verim: AYB üzvüsünüz?
- Hələ özümü tam hazır bilmirəm. Bəlkə də hazıram amma adamsızlıqdan ehtiyat edirəm. Qorxuram ki, gedib müraciət edərəm məni qəbul etməzlər. Çünkü bu gün Azərbaycanda adamın ayağının altını qazıyanlar çoxdur. Ona görə də adamı qabağa getməyə qoymurlar.
- Müsahibədən əvvəl dediniz ki, “Oxu məni” qəzetini çox oxuyursunuz. O qəzetdə sizi nə cəlb edir? Bu qədər qəzetin içərisindən niyə “Oxu məni”ni seçmisiniz?
- Bilirsiniz, mən özüm əyləncəni çox sevən insanam. Bu qəzet də həm o var, həm də gənclərin tanınmasında, məşhurlaşmasında yaxından iştirak edir. Şəxsən mənim tanınmağımda “Oxu məni”nin böyük xidməti olub. Gedib orada işləyən jurnalistlərlə tanış olmaq, Emil Tahiroğlu kimi jurnalisti tanımaq böyük qələbədir..
- Obama mətbuat konfransında dedi ki, Bin Laden zərərsizləşdirildi. Onun öldürülməsinə necə baxırsınız?
- Bilirsiniz mən elə insanam ki, heç düşmənimin də öldürülməsini istəmirəm. Həqiqətən də onun ölümü mənə çox pis təsir etdi.
- İçki içirsiniz?
- Arada.
- Nə qədər içirsiniz?
- 100-200 qram...
- Belə bir fikir var ki, şair içməsə yaza bilməz. Necə baxırsınız bu fikrə?
- Yox, mən bu fikrə düzgün baxmıram. Şeiri təb gələndə yazıram. Adətən gec yatıram və şeirləri də gecələr yazıram. Elə bil beynim o vaxtlar təmiz olur. Yaxşı, qəşəng şeirlərimi də adətən o vaxt yazıram.
- İçkili olanda yazmısınız?
- Yox, içkili yazmamışam.
- AMEA-nın müxbir üzvü Nizami Cəfərov deyir ki, şair içkili olanda yazmalıdır. Bu fikrə münasibətiniz necədir?
- Nizami müəllimə böyük hörmətim var...
- Hamımızın var...
- Bu onun şəxsi fikridir. Mən belə düşünmürəm.
- Burda bir şeiriniz də var Təfəkkür Universitetinin baş müəlliminə. O kimdir?
- Bu Təfəkkür Universitetinin baş müəllimi Fəxrəddin müəllim Əliyevdir. Mən hazırda da Təfəkkür Universitetində 4-cü kursda təhsil alıram. Yalan danışmayacağam, bilirsiniz ki, hazırda hər şey puldur. Bu insan mənim bu mənada hər zaman köməyimə çatıb, nizam-intizamlı olmağımı təmin edib.
- Yəni səni tapşırtdırır?
- Demək olar ki, hə... Humanitar fənnləri özüm verirəm, amma bəzi fənnlər var ki, onlara girişə bilmirəm. Elə fənnlərdə kömək edir. Bu da mən düşünürəm ki, lazımdır.
- Kulis.az-ı oxuyursunuz?
- Yox, Lent.az-ı oxuyuram.
- Lent.az da nə oxuyursunuz?
- Lent.az-da ən çox Lalə Yusifqızının yazıları xoşuma gəlir. Şouya meyilli olduğumdan onun yazılarını çox oxuyuram.
- Televiziyalardan ən çox hansına baxırsınız?
- Yenə deyirəm, ən çox İTV-yə baxıram. “Yeni Gün” proqramı TRT-Avaz ilə müştərək veriliş hazırlayır, ən çox ona baxıram. Milli adət-ənənələrimizdən danışırlar.
- “Kurtlar Vadisi”nə baxırsan?
- Ona yox “Kaybolan yıllar”a baxıram.
- Mübariz Məsimova da şeir yazıbsınız. Ümumiyyətlə çox adama şeir yazıbsınız. Onlar bu şeirlər barədə necə xəbər tuturlar?
- Kitab çıxdıqdan sonra aparıb çatdırıram. Mənə çox adam deyir ki, sevgi-məhəbbətdən yaz. Amma elə olur ki, kitabda birinə şeir yazırsan başqası küsür. Belə adamlar çox olur. Mən də kitab çıxandan sonra küsən adamlara şeir yazıb təqdim etmişəm, amma onlar kitaba düşməyib. Bundan sonra mənimlə mehribanlaşıblar.
- Kimlərdir şeir yazmadığın üçün küsənlər?
- Aparıcılardan, universitet müəllimlərindən olub.
- Olubmu ki, bir qız sizə yaxınlaşıb könlünü açsın?
- Yox, elə bir şey olmayıb.
- Olsa nə edərsiniz?
- Yox, deyərəm.
- Aparıcı xanımın sizə etdiyi kimi?
- Hə
- O da gedib sizə yazsa ki, “sən mənim qismətim olmasan ey can, ömürlük sevgiyə həsrət qalasan”, bunu necə qarşılayarsınız?
- ... (susur)
- Yəqin bir məsəlimizi eşitmisiniz: “Uzunsaçlının ahı yerdə qalmaz”. Təsəvvür edirsiniz ömür boyu sevgiyə həsrət qalırsan. Sufi kimi, dərviş kimi...
- ... (susur)
- Aparıcı sizdən yaşda böyükdür?
- Bəli, məndən böyükdür
- Ailəlidir?
- Təzə ərə gedib.
- Onda bu mövzunu dərinləşdirməyək. Kitabın çıxdıqdan sonra qızların sizə qarşı münasibəti dəyişdimi? Universitet, qəşəng qızlar, kitabı çıxan gənc şair, gənclik həvəsi...
- Qızların münasibəti dəyişmədi, amma kitab mənim daha əzmlə irəliləməmə yardım etdi. Dekanımız İsmayıl müəllim kitabdan sonra mənə hörmətlə yanaşdı, hətta bir çox müəllimlərə kitabımı göstərdi də.
- Kitabı çıxmış şair kimi gənc şairlərə üzünüzü tutub nə deyə bilərsiniz?
- Onu deyə bilərəm ki, tanınmış şairlərə özlərini bənzətməsinlər. Son zamanlar təkrarçılıq problemi var. Məsələn, mən çalışıram ki, şeir yazanda buna əməl edəm. Bildiyiniz kimi Xatirə İslam mənim şeirimə Vüsalə İlyasovanın bəstələdiyi mahnını oxuyub. Mən bu bəstənin sözlərini sifariş alanda çalışdım ki, heç kimi təkrar etməyim. Bu mahnını istəyirdim ki, Flora Kərimova oxusun, amma səhhəti ilə bağlı problemlərə görə bu alınmadı.
- Təkrarçılıqdan danışırsınız. Sizin heç kimə bənzəməyən möhtəşəm bir misranız varmı?
- Var! “Qəbrimi göydə qazın mənim”
- Ailənizdə qələmi iti olan adam varmı?
- Bəli, babam ədəbiyyatçıdır, ədəbiyyat müəllimidir, demək olar ki, məndən də savadlıdır...
- Sonda bir şer oxusanız olarmı?
- Əlbəttə, olar. Mənim işim elə şeir oxumaqdır:
Baharımsan, yazımsan,
Söhbətimsən, sazımsan,
Göydəki ulduzumsan,
Gəl yanıma sevgilim.
Günəşimsən, ayımsan,
Parlayan işığımsan,
Nur saçan gündüzümsən,
Gəl yanıma sevgilim.
Taleyimə güzgüsən,
Sən ən parlaq incəsisən,
Fuadın incisisən,
Gəl yanıma sevgilim.
Sən bir huri, mələksən,
Ətirli yasəmənsən,
Sən zərifsən, gözəlsən,
Gəl yanıma sevgilim.
- Maraqlı müsahibəyə görə çox sağ olun.
- Siz də sağ olun.
Müsahibədən sonra gənc şair Lent.az saytı haqda yazdığı şeiri də bizə təqdim etdi. Həmin şeiri sizə təqdim edirik:
Lent.az-sız bu həyat de nəyə gərək?
Başlıqdır, şəkildir Lent.az-ın gözü,
Onlardır Lent.az-a yaraşıq verən,
Çox saytlar içində Lent.az azdı düzü,
Qərəzsiz, operativ xəbərlər verən.
Dünyanı özündə cəm edib artıq,
Çoxları oxuyur “Lent.az” deyərək.
Lent.az-dır dünyaya bir bəzək, naxış
Lent.az-sız bu həyat de nəyə gərək?
“Qarabağ alındı yağı düşməndən”
Bu sözü ilk dəfə Lent.az deyəcək.
Bu Fuad Emil də şairliyini
Lent.az-dan dünyaya bəyan edəcək.
Vüqar Qurdqanlı

2400 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024