Nərmin Kamal: Roman epidemiyasının faydaları
1 mart 2011
18:07
Gündə bir roman
“Çal təbili və qorxma”
Henrix Heyne
Hələ 1990-cı ildə Orxan Pamukun ssenarisinə çəkilmiş “Gizli üz” filmində bu məsələyə toxunulmuşdu. O filmdə saatsaz deyirdi: “Gələcəkdə hər kəs öz öyküsünü yaza biləcək.” Hər birimizin gizli üzü var. Bu ehtimal bir qədər ehtiyatla deyilmiş gələcəkdə hamının yazıçı olacağı ideyası idi.
Elə də olmaqdadır. İndi hər kəs özünün, qonşusunun, tanışının, bilişinin həyat tarixçəsini və ya öz alter-eqosunu yaza bilir, yaya bilir. Bu proses sürətlə genişlənməkdədir.
Bir vaxt adi məktubu yazdırmaq üçün mirzə yanına gedən adamların nəvələri öz məktublarını özləri yazdıqları kimi, bir vaxt kəndə gəlmiş yazıçıya ürkək-ürkək “həyatımı sənə danışım, roman yaz” deyən əyalət qızı indi bu romanı özü yazıb nəşriyyata göndərir.
Daha əsgərlər ordudan ayrılandan sonra əsgərlikdə başlarına gələnləri illər uzunu arvadlarına danışıb gözləri yaşarana qədər gülmür, indi o hadisələri yazıb daha çox adama oxudur, tələbə-yazıçı, fəhlə-yazıçı (Meksikada çıxan şaxtaçının romanı), stüardessa-yazıçı (Avropada hava yolları şirkətlərinin bir çox stüardessalarının yaşlandıqca işdən çıxıb yazıçı olması), fahişə-yazıçı (“ilk dəfə fahişəlik edəndən sonra müştərim əlimə pul basdı və mən pulu əlimdə sıxan kimi ilk dəfə azadlığın dadını duydum”)... Bu insanlar öz yaşadıqlarını ya özününkü kimi, ya da özgələşdirib yazır, tədricən gizli üzlər aşkar olur.
Təsadüfən bir adamla tanış oluram, ona “mənə özündən danış, həyat hekayələrinə qulaq asmağı sevirəm” deyirəm, cavabında “özümü filan romanda yazmışam” deyir, “filan kitab dükanında satılır”. Beləcə, bu gün bütün yaşananlar çox yubanmadan mətn olur, otuz il keçməz, dükanlarda yeddi milyard insanın yeddi milyard romanı satılar. Yaranmış, yaxud yaranmaqda olan bu yeni vəziyyət olduqca həyəcanvericidir.
Tədbirlərin birində gənc bir oğlan mənə yaxınlaşır, gülümsəyərək qoltuğundan çıxarıb öz romanını mənə verir. Onu alıb evimə aparıram, oxuya-oxuya gəncin bu ilk romanını dünyanın böyük romanları, püxtə romançılarıyla müqayisə edib başımı bulasam, necə də çirkin, ədəbiyyatsız, fəlsəfəsiz hərəkət etmiş olaram!
Zira, o gənc oğlan bizə “salam, mən sizin başınızın üstündə yeni Folkner olmağa gəlmişəm” - demir. O, sadəcə olaraq, ÖZ fərdiyyətini ifadə edib, ÖZ romanını yazıb, bizi öz dünyasına dəvət edir. Gəlin turist olmağı bacaraq, gəzək bu kitabın içində və sonra çıxıb gedək başqa kitabları gəzməyə.
Böyük, püxtə, tanınmış romançıların romanları Avropanın böyük şəhərləri kimidir, orada olmuşuq, orada milyonlarla turist olub, onları oxumuşuq. Amma parlaq Qərb dünyasını gəzib qurtarmış turistin gəzmək ehtirası ölməyib, yeni-yeni yerlər gəzmək, kəşf etmək istəyir. Yeni yerlər Roma kimi, London kimi olmayacaq, amma onların da nə isə bir özünəməxsusluğu olacaq. Belə bir turist modelli oxucu tanınmış romanları oxuyub qurtarıb və indi dükana girib gənclərin kiçik romanlarını alır.
Dünyanın məşhur, peşəkar yazıçıları bizim oxucu sürətimizə ayaq çatdırmırlar; kitab dükanına girəndə gördüyümüz böyük yazıçıların bütün romanlarını oxuduğumuzu görüb vahiməyə düşərik, əgər orada kiçik yazıçıların yeni romanları olmasa.
Ümumiyyətlə, təklif etməkdən yorulmuram, dilimizdəki bütün sözlərin sonuna cəm şəkilçisi əlavə edək. Romandan çox, romanlar sözünü işlətməyi sevək. Biz eynicürlük və müxtəlifcürlüyün savaşı içindəyik, ehtiyacımız düşüncəyə deyil, düşüncələrə, mədəniyyətə deyil, çoxlu mədəniyyətlərə, romana deyil, romanlaradır.
Bu gün dünyada heç olmayan şey varsa, o da Birdir. Hər bir sahədə hər bir Birin arxasına sıfırlar düzüldükcə düzülür və bizi Birin üstünlüyündən, hakimiyyətindən xilas edir. Həmişə olduğu kimi, liberalizm harada qələbə çalırsa, məntiqi surətdə individualizmə gətirir. “Lər”i təşkil edən hər bir təkcə, hər bir insan, hər bir baxış öz fərdiyyətini ifadə etməyə çalışır.
ÖZünü dövlətə, axına, başqa fərdlərə qarşı qoymağa çalışan hər insan öz fikirlərinin, hislərinin daha vacib olduğuna, onun fikrində olan hekayəti başqalarının mütləq bilməli olduğuna güclü şəkildə inanır. Hər bir romançı belə düşünüb yazır. Hər bir romançı özünü başqalarına qarşı qoyur, özünün daha çox oxunmalı bir söz dediyni düşünür, bu sözü deyib seçilmək istəyir.
Fərdiyyətçilik kapitalizm fəlsəfəsi olduğu kimi, roman da kapitalizmin və demokratik cəmiyyətin ədəbi janrıdır. Diktatura rejimlərində roman sıxışdırılır, daha çox şeirlərə - ideoloji şeirlərə qol-qanad verilir. Bu gün dünyada bir neçə diktatura və xeyli sərt avtoritar rejimlər var. Onlarda romanlar da ilə biri ya çıxa, ya çıxmaya. Belə rejimlərdə tək-tük dissidentlər olur və onlar da məhz axına qarşı getdikləri üçün, güclü fərdiyyətçilik hiss etdikləri üçün roman yazırlar.
Bu romanlar fərqli həyatları, həyat tərzlərini göstərir, çox vaxt insanın, ölkənin, cəmiyyətin, dəyərlərin hazırkı vəziyyətindən narazılıq ifadə edir, müasir insan haqda acı həqiqətləri açır, köhnə məsələlərə yeni yanaşmalar, yeni mövzular qaldırır.
Fərdin səsinin eşidilməz olduğu müasir böyük şəhərlərdə roman – dövlətlə, başqa insanlarla, ailəylə, siyasi, sosial ierarxiyalarla danışmağın əvəzsiz yoludur.
Belə romanlarının yazılmasına sırf “ədəbiyyatın zibillənməməsi”, “az olsun, saz olsun” nöqteyi-nəzərindən qarşı çıxanların mövqeyində bir evsahibliyi psixologiyası var. Onlar sanki ədəbiyyatın bir müqəddəs sahəsi olduğuna, ora hər gələnin buraxılmamalı olduğuna inanırlar. Buraxılırsa, bunu “ədəbiyyat əldən getdi”, “biabırçılıq” – apokaliptik əhval-ruhiyyəsilə qarşılayrlar. Ümumiyyətlə, bizdə iki ədəbiyyatçı tipi yerini bərkidib: onlar ya korrekturdurlar (səhv tutan), ya da patetik (alqışlayan).
Gəlin gənclərin romanlarına yuxarıdakıların dililə şərti olaraq, praktikant romanları deyək. Evlərinə icazəsiz girən çoxlu yad adamın verdiyi narahatlıq sayaq narahat olurlar hər yeni “praktikant romanın” çıxması xəbərindən. Çünki instinktiv olaraq, ədəbiyyatı öz evləri kimi qavrayırlar, öz evlərinin yanından axan çaya hərənin eyvandan bir şey çxarıb tullamasını istəmirlər.
Sözün hərfi mənasında mühafizəkardırlar; bu evin ilkin halını mühafizə etməyə çalışırlar. Onları başa düşürəm. Amma o biri yandan, ədəbiyyat kiminsə təmiz evidirmi, evinin yanından axan çaydırmı? Ona “sahib çıxmaq”, onun bəkarətini qorumaq, ona daxil olan “yaxşı”, “pis” əsərləri nəzarətdə saxlamağa çalışmaq olası işdirmi?
Azərbaycanlı yaşlı insan öz həyətyanı sahəsini çəpərə, ailəsini qanadlarının altına aldığı kimi, pəncərəsinin altında, blokunun qarşısında duran başqa adama acıqlanıb “burda dayanma” dediyi kimi, ədəbiyyatın da qeyrətini çəkir, ədəbi prosesi yüyənləyib idarə etməyə çalışır, onu gözyaşardan bir sadəlövhlüklə özününkü sayır:
“Niyə son vaxtlar romanlar bu qədər çoxalıb, kimə baxırsan roman yazır”, “Azərbaycanda axır vaxtlar hər yerindən duran roman yazır”, “Gündə bir roman çıxır, heç birini də oxumuram, məlumdu necə yazırlar, yağışdan sonra göbələk kimi”, “Bizdə bu romançılıq xəstəliyinin səbəbi nədir?”, “Roman epidemiyasıdır”...
Bu romanları yazdıran Fərdiyyətçilik fəlsəfəsi isə yuxarıdakının tam əksinə, Fərdin (yazanın) mənsub olduğu toplum qarşısında məsuliyyətini rədd edir. Bu gənc üçün “ədəbiyyatın ümumi mənzərəsi, ümumi qeyrəti” yoxdur, onun üçün öz demək istədiyi sözlər, fiikirlər var və sadəcə olaraq, onları romanında yazıb.
O, sizin onu ittiham etməyinizi prinsipcə sevmir. O, öz romanını toplumun qarşısında məsuliyyət hiss edib onun layiqli ədəbiyyatını yaratmaq missiyası ilə yazmır. Qətiyyən. O, gəncdir, topluma qarşı üsyankar köklənib, yaşadığı uğursuzluqlar var, müəyyən həyat fəlsəfəsi formalaşıb, onlara söykənib yazır. Sizin hansısa “Azərbaycan ədəbiyyatı” məqsədləriniz, xalis roman, ciddi roman axtarışlarınız onun vecinə deyil, o, özünü TƏK hiss edir, FƏRD hiss edir, heç də Azərbaycan ədəbiyyatına töhfə vermək üçün yazmır, heç də “roman kimi roman” yazmaq üçün yazmır, belə məsuliyyətlər, sizin bu kimi qayğılarınız onun üçün anlaşılmazdır, o, sadəcə dövrünün ən populyar ədəbi janrında özünü geniş-geniş ifadə edir.
Dünyaya quş baxışıyla baxsaq, görərik ki, “gündə bir roman” təkcə Azərbaycan hadisəsi deyil. Son üç ildə qonşu ölkələrdə də, Qərb ölkələrində də romançılıq sahəsində kəskin yüksəliş qeydə alınır. Məsələn, Fransada.
Ardı var

1964 dəfə oxunub
Oxşar xəbərlər
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli
12:00
24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024