Mo Yanın ata evindən REPORTAJ
29 oktyabr 2012
08:45
İngiltərənin “Guardian” qəzeti Nobel mükafatını aldığı gündən Çin və dünya mediasının gündəmindən düşməyən yazıçı Mo Yanının ata evindən reportaj hazırlayıb.
Kulis.az yazıçının evindən reportajı təqdim edir:
“Oktyabr ayının gözəl bir günündə Nobel mükafatı laureatı Mo Yanın 62 yaşlı qardaşı Quan Moksin Pinqan kəndindəki ata evlərinin qarşısında dayanıb turistlərə poza verir.
“Hamı bizim uşaqlığımızın necə keçdiyini bilmək istəyir” – deyərək hamını 57 yaşlı Monun evləndiyi, indi isə tərk edilmiş, toz basmış ata evinə dəvət edir. “Bu qırılmış antik radio – evlilik hədiyyəsidir” – deyib on illərdir əl dəyməyən yatağın üstündə oturur.
“Pekin Xəbərləri”nin verdiyi məlumata görə, hökumət bu uçuq evin yanında 67 milyon avro dəyərində “Mo Yan Mədəniyyət Mərkəzi” yaradılmasını planlaşdırır.
Bundan başqa, bu planlara 800 nəfər əhalisi olan Pinqan kəndində ”“Qırmızı sorqum” mədəniyyət evi” tikmək də daxildir. Qeyd etmək lazımdır ki, “Qırmızı sorqum” əsərini Mo 1987-ci ildə yazıb və əsər əsasında çəkilmiş eyni adlı film 1988-ci ildə Berlin Film Festivalının Qızıl Ayı mükafatına layiq görülüb.
Yerli fermerlər 1980-ci ildən bu torpaqlarda heç bir qazanc gətirməyən dənli bitkilər əkməyi dayandırsalar da, hökumət bu ildən onlara 650 hektar yer ayıraraq yenidən dənli bitkilər becərmək üçün pul verəcək.
Pinqan kəndinin tabe olduğu Qaomi şəhərinin rəsmisi Vanq Yuzinin dediyinə görə, bu planlar boş vədlər deyil, onlar artıq hər şeyi diqqətlə nəzərdən keçiriblər və yaxın 5, yaxud 10 il ərzində hazır olacaq.
Ancaq analitiklər iddia edirlər ki, Qaomidəki bu cür böyük turizm layihələri heç də təəccüblü deyil. Pekinin Renmin Universitetinin iqtisadiyyat üzrə professoru Tao Ranın fikrincə, yerli idarəetmə orqanları tez-tez bu cür bahalı layihələr hazırlayaraq dövlət banklarından külli miqdarda pul alırlar: “Çinin istənilən şəhər və ya kəndinə getsəniz, görərsiniz ki, hər gün yeni şəhərlər, sənaye parkları, mədəniyyət mərkəzləri tikilir”.
Məsələn, iyul ayında rəsmilər bildirib ki, Lasa şəhəri ətrafındakı 810 hektar ərazidə, 2,9 milyard avro dəyərində Tibet parkı salınacaq. Keçən həftə isə rəsmilər Xinyan Uyğur Rayonunda Malan hərbi expo parkının tikilişi üçün 600 min avro ayırıblar.
Yazıçının qardaşı, qonşuları və 90 yaşlı atasının isə parkın inşasından xəbərləri yoxdur: “Hökumətin bu qədər pula Pinqanda park tikməyi inanılmazdır”.
Qaomi sakinləri “Mo Yan müəllim” deyə xitab etdikləri Nobel laureatlı yerliləri ilə fəxr edirlər. İri, qırmızı təbrik bannerlərini evlərinin divarı boyunca vurublar.
Yerli məktəblərin birində hökumətin dəstəyi ilə yaradılan Mo Yan muzeyinin nəzarətçisi Mao Veiji isə jurnalistlərə: “Mo Yanın əsərlərində Qaomi mədəniyyətinin elementləri var. O, bəzən elə Qaomi dialektində yazır”, - deyə açıqlama verib.
Bildirək ki, İsveç Kral Akademiyası Mo Yanı "hallüsinasiyalı realizm"i Uilyam Folkner və Qabriel Qarsia Markezdən sonra ən yaxşı yazan müəllif kimi qiymətləndirib. Ancaq Çində hələ də onun əsərlərindən çox hakimiyyətlə əlaqələri gündəmdədir.
Uzun müddət Kommunist partiyasının üzvü olan Mo yazmağa 1981-ci ildə başlayıb. Hazırda Çin Yazıçılar Birliyinin vitse-prezidentidir və Mədəniyyət Nazirliyindən maaş alır.
Mo Yan 2009-cu il Frankfurt Beynəlxalq Kitab sərgisində hökuməti tənqid edən müəlliflərin forumuna qatılmayıb və Çinin rəsmi nümayəndə heyəti ilə zalı tərk edib. Çinli arxitektor, dissident Ai VeiVei isə açıqlama verib ki, Nobel mükafatının həmyerlisi Mo Yana verilməsi “insanlığı və ədəbiyyatı təhqir etməkdir”.
Qaomidə qələbədən bir gün sonra verdiyi mətbuat konfransında Mo 2010-cu ildə Nobel Sülh mükafatını almış və 11 ildir həbsdə olan həmyerlisi Liu Xiaobonu dəstəklədiyini bildirib: “Ümid edirəm, tezliklə azadlığına qovuşar”.
Pinqanda isə bayram əhval-ruhiyyəsi hələ də davam edir. Monun atası Quan Yifan deyir: “Mo bura tez-tez gəlmir, amma gələndə biz onunla evdə baş verənlərdən, pomidorların, meyvələrin necə yetişməyindən danışırıq”. Monun atası evinin qəzetlə suvanmış divarlarında köhnə ailə fotoları asılıb. Atası Yifan oğlunun heç bir əsərini oxumasa da, Monun uğuru ilə fəxr etdiyini deyib: “Hamımız çox xoşbəxtik. Çox, lap çox xoşbəxtik”.
Tərcümə: Rena Nevzat

970 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024