Məni ovundurmayacaqsansa gəlmə yuxuma ŞEİR
Yuxularıma gəlmə, istəmirəm
Neynirəm yuxuda görüm səni.
Oyanıb hey səni xatırlayacam,
Darıxacam, çox darıxacam səninçün.
Ağlayacam…
Silməyəcəksən ki, göz yaşlarımı
Yanıma gəlməyəcəksən ki.
Niyə ağladığımı soruşub
Məni ovundurmayacaqsan ki,
O zaman gəlmə yuxularıma!
Qoy yuxularım da sənsiz olsun
Həyatım kimi.
Qoy öyrəşim sənsizliyə yuxularımda da.
Can atmayım yatağa,
Gözləməyim gecəni,
Səni yuxuda görəcəm deyə...
Gəlmə yuxularıma,
Istəmirəm yuxuda görüm səni.
Xəyallarıma gəl o zaman,
Doyunca dərdləşək,
Əvvəlki tək qəhqəhə çəkib gülək,
Zarafatlaşaq.
Yanımda olmayacaqsan bilirəm
Görməyəcəm səni bir daha
Istəsəm də, sən də istəsən.
Amma xəyallarımdan itmə,
Canlandırım səni sən yanımdaymışsan təki.
Gülümsəyişini, baxışını, yerişini
Məni oxşayşını.
Sən də varsan xəyallarımda, mən də
Hər şey əvvəlki kimidir...
Sənsizlik ağrısı da yoxdur orda,
Sənsiz keçən yeknəsəq günlərin
Darıxdırıcılığı da.
Odur ki gəlmə yuxularıma!
Qonaq ol hər zaman xəyallarıma,
Canlandır onları.
Heç olmasa xəyallarım gözəl olsun səninlə, ata!
Oxşar xəbərlər
"İmanını bir şüşə şəraba dəyişəndə..." - Seyid Əzim niyə Adəmi günahkar saymırdı?
10:00
14 oktyabr 2025

"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid
11:12
13 oktyabr 2025

"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova
15:00
12 oktyabr 2025

Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb
15:20
9 oktyabr 2025

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə
11:30
7 oktyabr 2025

"Kruq ədəbiyyatı"
12:00
4 oktyabr 2025