Rembrandtla fahişələrin arasında

Rembrandtla fahişələrin arasında
25 aprel 2011
# 15:47
“Hürriyət” qəzetinin köşə yazarı


Sol tərəfə getsəm, sənətin və estetikanın “Kəbəsi”nə çatacağam.
Dürüst, intellektual, əxlaqlı, qürur duyulacaq bir şəxsiyyət. Sağa dönüb beş-on addım getsəm, əxlaqsız, ədəbsiz, utanmaz bir şəxsiyyət çıxacaq qarşıma.
Halbuki ikisi də mənəm...
Qaldığım otelin qapısı şəhərin kanallarından birinə açılır.
Bekaram, işim-gücüm yoxdur.
Önümdə iki seçim var.
Ya sağa ya da sola getmək.
Sol tərəf məni “Rembrandt”ın şəkillərinin nümayiş olunduğu muzeyə aparır.
Yəni, insan əlinin yaratdığı ən fövqəladə işığa doğru...
Sola yox, sağa dönsəm və 40 addım getsəm, həyat bu dəfə məni tam fərqli bir küçəyə çıxaracaq.
Yəni Amsterdamın ”Redd Zona”sına.
Burdan çılpaq qadınların vitrinlərdə kişiləri gözlədikləri “fahişəxana məhəllə”si var.
Həyatın iki fərqli ucu bəlkə dünyanın başqa heç bir şəhərində bir-birinə bu qədər yaxın məsafədə yerləşmir.

* * *

Ağılıma Luis Bunuelin unuda bilmədiyim filmi “Belle də Jour” gəlir.
Katrin Denev ilə Pierr Klimentinin rol aldığı filmin səhnələrini tək-tək yaşayıram.
Burjua əxlaqının tələb etdiyi ən sıravi həyatı yaşayan gözəl bir evdar qadının fantaziyalarını xatırlayıram.
Gündüz saat iki ilə beş arasında, bir fahişəxanada işləyib axşam evinə dönür.
Günortadan sonra ləqəbi “Gündüz gözəli” olan bir fahişə, axşamları isə evində, xanım-xatun ev qadını.
Filmin sonuna qədər gerçək dünyayla xəyallar arasında gedib gələn bir həyat.

* * *

Bax, həmin orada, yola açılan qapıda öz həyatımı düşünürəm.
Sol tərəfə getsəm, sənətin və estetikanın “Kəbəsi”nə çatacağam.
Dürüst, intellektual, əxlaqlı, qürur duyulacaq bir şəxsiyyət olacam.
Sağa dönüb beş-on addım getsəm, əxlaqsız, ədəbsiz, utanmaz bir şəxsiyyət çıxacaq qarşıma.
Halbuki ikisi də mənim.
Sol tərəfdə biri fotoşəkilimi çəkib “Twitter”ə qoysa, kimsənin vecinə də olmayacaq.
Amma sağ tərəfdəki izdihama qarışsam və kimsə tərəfindən tanınsam...
Elə isə mən kiməm, biz kimik…
Bir nəfərlik təriqət - iki adamdan ibarət bir həyat.
Bir bədənin üzərinə montajlanmış iki mən.
Biri mən...
Hər kəsin tanıdığı, hər kəsin özünə görə dəyər verdiyi, elə ya da belə dediyi, cəmiyyətə məxsus olan mal - mən.
O biri də mənəm...
“Bella də jour... ” olanı da.
Başqa qiyafələrin içinə girmək istəyən, bəzən təğyiri-libas olan, özümə aid əxlaq vahələri qurmağı xəyal edən, fırtına əkib qasırğa biçməkdən qorxmayan mən.
Qıpqırmızı, Red Zonanın pozğunu.
“Abyssis”in dibi qədər qaranlıq göy bir adam.
Elə isə bunların hansı həqiqi “Mən”əm, həqiqi “Biz”ik...
Soruşmayın, çünki cavablardan biri “Əxlaqı mühafizə edirsə”, əxlaqı olanın da mənası yoxdur.
Ancaq özünüzü aldadarsınız.
Həyat belədir.
Hər səhər həyətdən çıxanda önünüzdə iki yol olur.
Sola getsəniz “Rembrant”...
Mental əxlaqın, qəbul edilmiş dəyərlərin portreti.
Sağa getsəniz “Redd Zone... ”
Üsyankar, xəyalpərəst, utopiyalar quran, rədd edən, öz əxlaqını özü yaradan, öz əlinizlə çəkdiyiniz avto portret.
Bilirsiniz, hiss edirsiniz ki, hər kəsin bir “Gizli bağçası” vardır.
Hər kəsin içində bir “gündüz gözəli” və bir “gecə pozğun”u var..
# 1308 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #