Çində Mo Yanı tanımırmışlar
Çin yazıçısı Mo Yonun ədəbiyyat üzrə Nobel mükafatı alması məlum olandan yarım saat sonra kitab mağazalarında onun bir kitabı da qalmayıb.
“Oreanda” nəşrinin yazdığına görə, çinlilərin çoxu Monun ödülü ala biləcəyinə inanmırmış. Sən demə, çinlilər həmyerlilərini o qədər də yaxşı tanımırmışlar.
“Mən onun haqda eşitmişdim. Amma bircə kitabını belə oxumamışdım. Ona Nobel verildiyini eşidən kimi dərhal kitab mağazasına yolandım. Burda yüzlərlə insan Monun kitabını almaq üçün növbəyə düzülmüşdü. Mənə növbə çatmadı. Ofisə qayıdıb internetdən onlayn kitab sifariş verdim. Məlum oldu ki, kitab yoxdur. Təəssüf ki belə bir yazıçının kitabını indiyədək oxumamışam. Yəqin bir azdan mağazalarda tapa bilərik”. Bunu Şanxayda elektrik avadanlıqlarının satışı ilə məşğul olan menecer Yu Lin deyir.
“Pravda” qəzetinin ədəbiyyat əlavəsində isə Mo az qala Folkner və Markesdən də yaxşı yazıçı kimi xarakterizə edilib. Məqalə müəllifləri onun yaradıcılığını xalq nağıllarının tarix və müasir ədəbiyyatla birləşməsi kimi qiymətləndiriblər.
Mo Yanın əsərləri rus dilinə demək olar ki, çevrilməyib. Doğrudur, onun ayrı-ayrı hekayələri müəyyən vaxtlarda bir sıra jurnallarda işıq üzü görüb. Amma iri həcmli heç bir əsərinə rus dilində rast gəlmək mümkün deyil. İndi ruslar Mo Yanın “Köhnə günah” romanını tərcümə etməyə hazırlaşırlar.
Mo Yanın əsərləri türkcəyə də çevrilməyib.
Xatırladaq ki, Mo onlarla qısa hekayənin müəllifidir. Onun ilk əsəri 1981-ci ildə dərc olunub.
57 yaşlı müəllif Nobel mükafatına layiq görülən ilk çinlidir. Çində doğulmuş Gao Xindijian 2000-ci ildə Nobel mükafatı almışdı, amma o, Fransa vətəndaşı idi.
Mo nüfuzlu mükafatın 109-cu laureatıdır. Ötən il isveçli şair Tomas Transtroemer Nobel mükafatına layiq görülmüşdü.
Əsl adı Guan Moye olan yazıçı Mo Yan psevdonimi ilə yazır, Çin dilində bu, "danışma" deməkdir.
O, hələ Xalq Azadlıq Ordusunda əsgər olarkən yazmağa başlayıb və 1987-ci ildə beynəlxalq şöhrət qazanıb.
Səbuhi

Oxşar xəbərlər
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah
10:00
28 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası
14:00
27 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?
15:00
25 iyun 2026
"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi
15:00
24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?
12:30
24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?
18:45
23 iyun 2026