Oğlan kimi görünməkdən yorulmuşam
12 sentyabr 2012
10:51
Yağış altında pişik
(Hekayə)
Mehmanxanada iki amerikalı qalırdı. Pilləkənlərdə qarşılaşdıqları adamlardan heç kimi tanımırdılar. Üçüncü mərtəbədə qalırdılar, otaqdan dəniz mənzərəsi görünürdü. Pəncərədən park və müharibə qurbanları üçün abidəni də görmək olurdu. İri palmalar, yaşıl skamyalar göz oxşayan parka bir başqa gözəllik verirdi. Hava yaxşı olan kimi hansısa rəssam qoltuğunda molbert parka gələr, hündür palmalara, mehmanxanaya, dənizə tamaşa edər, onları kətana köçürməyi sevərdi. İtalyanlar abidəni
görmək üçün uzun yoldan gəlirdilər.
Yağış yağırdı. Tuncdan düzəldilən abidə yağış altında bərq vururdu. Palma ağaclarının yarpaqlarından damcılar tökülürdü. Çınqıl yolda sular çuxura axıb gölməçələr yaradırdı.
Meydanda, abidənin qarşısında heç bir maşın qalmamışdı. Meydanın digər tərəfində ofisiant kafenin qapısı ağzında dayanıb boş meydana tamaşa edirdi.
Amerikalı qadın pəncərədən çölə baxırdı. Küçədə yaşıl stolun altında bir pişik büzüşmüşdü. Stolun bir küncünə qısılmış pişiyin yeganə dərdi islanmamaq idi.
“Gedirəm pişiyi gətirməyə” - amerikalı qadın dedi.
“Mən gətirərəm”. Əri çarpayıdan dilləndi.
“Yox, özüm gedərəm. Yazıq pişik stolun altında qısılıb qalıb”.
Əri isə iki yastığı başı altına qoyaraq rahatca uzanıb kitab oxumağa davam etdi.
“Çalış, islanma”. Qadın otaqdan çıxanda əri arxasınca səsləndi.
Pilləkənlərdən cəld düşüb çölə çıxmağa tələsdi. Mehmanxana sahibi qadını görən kimi başı ilə salamladı. Onun masası girişin küncündə yerləşirdi. Hündür, yaşlı bir kişi idi.
“Il piove1”, qadın dedi. Mehmanxana sahibindən xoşu gəlirdi.
“Si, Si, Signora, brutto tempo2. Çox pis”.
Kişi qaranlıq otağın sonundakı masanın arxasında dayanmışdı. Qadın onu bəyənirdi. Mehmanxana sahibi olaraq gileylərə ciddi yanaşması onun xoşuna gəlirdi. Əzəmətini bəyənirdi. Ona xidmət etməyə çalışmasını bəyənirdi.
Yaşlı, sərt üzünü və böyük əllərini bəyənirdi. Bunları düşünə-düşünə qapını açıb küçəyə çıxdı. Elə yağış yağırdı ki, tut ucundan göyə çıx. Plaşlı kişi boş meydanı keçib kafeyə gedirdi. Pişik hardasa buralarda olmalı idi, sağ tərəfdə. Qapı ağzında dayanmışdı ki, birdən başı üstündə çətir açıldı. Arxaya dönəndə otaqlarına qulluq edən xadiməni tanıdı.
“İslanmamağınız üçün ”, italyanca deyib gülümsədi. Şübhəsiz ki, mehmanxana sahibi göndərmişdi. Çətiri tutan xadimə ilə birgə bir az getdikdən sonra pəncərələrinin altına çatdılar. Stol orada idi, yağışda stol yaxşıca təmizləndiyindən yaşıl rəng çox gözəl görünürdü. Amma pişikdən əsər-əlamət yox idi. Yaman dilxor görünürdü. Xadimə ona baxdı.
“Ha perduto qualque cosa, Signora?3”
“Burda pişik olmalı idi”. Amerikalı qız dedi.
“Pişik?”
“Si, il gatto4”.
“Pişik?” Xadimə güldü. “Yağış altında pişik? ”
“Bəli ”, amerikalı cavab verdi, “stolun altında. Elə istəyirdim ki. Mən pişik istəyirəm”.
O, ingilis dilində danışanda xadimənin üzü sanki tarım çəkilmişdi.
“Gəlin, Signora”, o dedi. “Gərək geri qayıdaq. Yoxsa islanacaqsınız”.
“Düz deyirsən ”, amerikalı qız bir anlıq düşündü, “qayıdaq”.
Onlar çınqıl yol boyu geri qayıdıb içəri girdilər. Xadimə arxada qalıb çətiri bağladı. Qız içəri daxil olan kimi padrone5 masanın arxasından xəfifcə başını tərpətdi. Qızın içində anlaşılmaz hisslər oyandı. Bir anlıq o, özünü tamamilə əhəmiyyətli bir adam kimi hiss etdi.
Pillələrlə yuxarı qalxdı. Qapını açdı. Georg yataqdaydı, hələ də kitab oxuyurdu.
“Pişiyi gətirdin? ”- kitabı bağlayaraq soruşdu.
“Görəsən hara getmiş olar?” - gözlərinə istirahət verib soruşdu.
Qadın çarpayıda oturdu.
“Çox istərdim mənim olsun. Heç özüm də bilmirəm ki, niyə bu qədər çox istəyirəm. Mən o yazıq pişiyi istəyirəm. Yazığın bu yağışda çöldə olması heç yaxşı deyil”.
George yenidən oxumağa başladı.
Qadın çarpayıdan qalxıb bəzək stolunun arxasında oturdu. Əl güzgüsündə özünü süzdü, güzgüdəki simasına uzun-uzadı baxdı. Sonra başının və boynunun arxasını nəzərdən keçirdi.
“Saçımı uzatsam, necə olar, nə düşünürsən?“ yenidən güzgüyə baxıb ərindən soruşdu.
Georg onun oğlan kimi kəsilmiş saçlarına baxdı.
“Mənim belə də xoşuma gəlir ”.
“Artıq yorulmuşam” - qadın dedi, “ oğlan kimi görünməkdən yorulmuşam”.
Georg yataqdakı vəziyyətini dəyişdi. Yoldaşı danışmağa başlayandan bəri gözünü çəkmədən ona baxırdı: “Sən çox gözəlsən”.
Güzgünü stola qoyub pəncərəyə yaxınlaşdı, getdikcə toranlaşan havaya gözlərini zillədi.
“Saçlarımı uzatmaq, darayıb arxadan yığmaq, onları hiss etmək istəyirəm. Dizimdə oturan, mən sığalladıqca mırıldayan pişik istəyirəm”.
“Doğurdan?” - George elə yerindəcə cavab verdi.
“Birdə ki, öz yemək dəstim olan masamın arxasında oturmaq istəyirəm və bir də şam. İstəyirəm yaz olsun, sonra əlimi vuranda saçımın uzun olduğunu bilmək, pişik və yeni paltarlar istəyirəm”.
“Az danış, götür nəsə oxu”. Georg dedi və oxumağa davam etdi.
Onun həyat yoldaşı pəncərədən qara boşluğa baxdı, yağış hələ də palmaların yarpaqlarını döyəcləyirdi.
“Nə olursa-olsun, mən pişik istəyirəm. İstəyirəm. Elə indicə istəyirəm. Uzun saçım, ya da məşğuliyyətim yoxdursa, pişiyim mütləq olmalıdır”.
Georg artıq qulaq asmırdı. Kitab oxuyurdu. Qadın da sadəcə, meydandakı işığa baxırdı.
Qapı döyüldü.
“Avanti6”. Georg başını qaldırıb dedi.
Xadimə qapının ağzında dayandı. Qucağında qara-qəhvəyi rəngli pişik vardı və onu özünə doğru sıxırdı.
“Bağışlayın” - o, dedi, - “Padrone bunu Signora üçün göndərib”.
“Yağış yağır”.
“Bəli, bəli xanım. Pis havadır”.
“Nə isə itirmisiniz, xanım?”
“Bəli, pişik”.
“Onda buyurun”.
Tərcümə etdi: Arzu Fariz

1798 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024