Mətbəxdən kino qeydləri

Mətbəxdən kino qeydləri
15 avqust 2012
# 09:00
Dovğa bulayanda,
elə bil
Antonioninin dayanıqlı kamerası oluram.

****

Terrensin filmlərinin yorğunluğu
məni elə sardı ki,
Brovnie keksi də yandı.
İndi bu keks,
keksdən çox,
Linçin sürreal obrazlarına bənzəyir.


****

Bulğurun dadında
nəsə çatmır.
Hiçkokun saspensi bəlkə?...


****

Suriya çalxalanır.
Mənimsə qayğım başqadı,
sabaha nə bişirim: Dolma, ya badımcan?
Balıq sırdağı bəlkə?
Bu da barış mələyi Ancelina Coli :
üzündə növbətçi təbəssüm, əlində Louis çantası.
Ancelina üçün önəmli olan nədir: əzab çəkən insan,
ya reklamına 10 milyon aldığı Louis çantası?
Ah, Ancelina,
həyatında bircə dəfə mətbəxə girib,
yemək bişirdinmi Bredə?

***

Soyuducu qəfil susdu.
Berqmanın “Səssizliyi” çökdü
mətbəxə.

****

Bir əlim lobyada
bir əlim Bunyueldən yazır.
Dünyanın ən yaxşı insanlarından biri Bunyuel,
Sən heç zeytinli fasulya yedinmi?

****

Portağal aldın.
Lorka şeirlərinin qoxusu...

****

Get başımdan Trier
sənin üzündən
dovğa da çürüdü.


****

Uzun plan kimidi
ağ lobyanın
qaynaması.

****

Pomidor doğrayanda,
ruhumu qüssə alır.
çünki hər dəfə
Penelopanın göz yaşları
pomidor şirəsinə qarışır...
nəmli gözləri yol çəkir...


****

siqara börəyi hazırladım.
Bu dəfə xoşuna gəlməli...
sənə söz vermişəm
heç bir filmi düşünmədən
bişirəcəm bu dəfə.


****

Eh, Simona, Simona
“İkinci cins” olmaq gözəldir.
Yanında səni hiss edən,
ürəklə sığına bildiyin
güclü kişi varsa.
Feminizm gücsüz kişilərin ucbatından yarandı.

****

Boş qazan səsi
kədərli musiqi

****

Çayım da dəmləndi,
qarpız da dilimlədim.
Çiyələklər boşqabdan gülümsədi.
Sənə gəldim,
sənsə yatmışdın.
Pərt oldum.
Pret-a-Porter filmində
Sofi yatmış Marçellonu görəndə
pərt olan kimi.


****

Mətbəxin ritminə alışmışam.
Carmuş filmlərinin
ritmi qədər rahatdı.

****

“Kabusun gözüylə” filmini izlədim.
Dadsız alındı
mərci şorbası.

****

Gilyotinə bənzəyirəm
toyuq doğrayanda.

****

Tıxaclar səni bir az da ləngitsə,
Yemək tam hazır olar
# 1823 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #