Elçin Hüseynbəyli: “Mən “Ədəbiyyat qəzeti”ni oxumuram” - MÜSAHİBƏ

Elçin Hüseynbəyli: “Mən “Ədəbiyyat qəzeti”ni oxumuram” - MÜSAHİBƏ
21 aprel 2011
# 15:42
Ötən hər gün bizi AYB-nin qurultayına yaxınlaşdırır. Qurultayda yeni sədr məsələsi də qaldırılacağından namizədlərin sayı artmaqdadır. “Ulduz” jurnalının baş redaktoru, yazıçı-publisist Elçin Hüseynbəylinin də adı bu sırada hallanır. Bu münasibətlə Kulis.az Elçin Hüseynbəylidən müsahibəni təqdim edir.

Yazıçı ilə “Ulduz” jurnalının redaksiyasındakı kabinetində görüşdük. Əyləşən kimi əlini atıb “525-ci qəzet”i götürdü: “Bir dəqiqə izn verin buna baxım, sonra söhbət edək”-dedi. Qəzeti vərəqləyib, gözdən keçirib qatlayıb qoydu kənara.



- Deyəsən, ədəbiyyat adamlarının ədəbiyyat qəzeti “525-ci qəzet” dir?


- Doğrudur, “525-ci qəzet” bu gün bizim elitar, ədəbi-siyasi, maarifçi ziyalıların tapındığı yerdir. Ədəbiyyat qəzetinin funksiyasını yerinə yetirir, çünki “Ədəbiyyat qəzeti”nin vəziyyəti göz qabağındadır də. Mən “Ədəbiyyat qəzeti ”ni oxumuram. “525-ci qəzet” də həm çap olunuram, həm də o qəzeti oxuyuram. Təəssüf ki, “Ədəbiyyat qəzeti” ndə oxumağa bir şey tapmıram.


Anar bilir ki, yeni dövr başqa təkliflər verir


- Mətbuat yazır ki, AYB sədrliyinə namizədliyinizi vermək fikriniz var?


- Mənə elə gəlir ki, bu kimlərinsə əli ilə ortaya atılmış və qərəzli məqsəd daşıyan bir informasiyadır. Mən heç vaxt deməmişəm ki, AYB sədrliyinə iddialıyam, yaxud ən şanslı namizədəm. O da var ki, sədrliyə iddialı olmaqda da qəbahət görmürəm, pis bir iş deyil.

Sədrliyə namizədliyə o qədər iddialı adamlar var ki, niyə bunu mənim adıma çıxırlar bilmirəm. İddialılar hamısı qınlarına çəkilib oturublar, amma mən səmimi olduğuma görə kimlərsə məni qabağa verməyə çalışır. Mənim mövqeyim dəyişmir, dəyişə də bilməz, çünki əxlaqlı adamam. Bizim AYB-nin sədri, eyni zamanda bizim ağsaqqalımız Anardı. Şübhəsiz ki, Anar müəllim istəyərsə onun namizədliyini yenə dəstəkləyəcəyik.


Kim hansı komandanı təmsil edir


Məsələnin bir tərəfi də var ki, Anar müəllim təcrübəli adamdır və çox gözəl bilir ki, yeni dövr başqa təkliflər verir. Ona adekvat çevik icra aparatına, çevik kadrlara ehtiyac var. Mən düşünürəm ki, Anar müəllim yenidən sədr seçildikdən sonra AYB aparatının çevik və dinamik işləməsinə şərait yaradacaq. Bu isə ilk növbədə kadr problemidir.

Mən inanıram ki, bu cür olacaq. O ki qaldı məsələnin ikinci tərəfinə, yəni Anar müəllim namizədliyin verməzsə onda sədrliyə namizədliyə tanıdığım bir-neçə insanın hamısının iddiasını qəbul edəcəm. Onların hamısının iddialı olmağı da normal bir işdir. Təbii ki, həmin o namizədlər bir-biriləri ilə məsləhətləşmələr aparacaqlar. Kim hansı komandanı təmsil edir, kim daha çox şanslıdır onun üzərində dayanılacaq. Onların arasında mənim də adım hallanır.

- Kimlərdir onlar?

- İndi mən ad çəkməyim, lazım gəlsə özləri iddiaların ortaya qoyacaqlar, yaxud qoyublar. Hər kəs özünə arxayındır və qurultayda iddialı namizəd sədr seçilə bilər. Əgər kənardan müdaxilə olmasa.

- Anar müəllim istəmədiyi təqdirdə siz kimin namizədliyinin tərəfindəsiniz?

- Bu məsələyə indidən fikir bildirmək çox tezdir, çünki Anar müəllimin qəti mövqeyi ortada deyil.

- Belə başa düşdüm ki, AYB-nin fəaliyyəti, onun kadr siyasəti ürəyinizcə deyil?

- Fikirlərimi Anar müəllimin özündən, AYB üzvlərindən, mətbuatdan heç vaxt gizlətmirəm. Yazıçılar Birliyi fəal bir təşkilat deyil. Onu çevik, dinamik bir quruma çevirmək lazımdır. Düşünürəm ki, biz ətalətdən çıxmalıyıq. Hər şeyi kadr potensialı həll edir. Kadr dinamik, enerjili, yeni ideyaları dərhal tutan və onu həyata keçirməyə qadir olmalıdır. Bu da cavanlarda özünü göstərir. Bu mənim iddiam deyil, bir arzudur, istəkdir və inandığım həqiqətdir.


“Azıx” romanını qurtardım


- Rəşad Məcid namizədliyə iddialılarla bağlı deyib ki, kimlərsə yatıb yuxuda AYB sədri olmasını görürsə mən buna gülürəm.


- O da onun fikridir. Mənim də mövqeyim yenə deyirəm dəyişməzdir, Anar müəllim namizədliyini verəcəksə mən onun komandasındayam, onu dəstəkləyəcəm.

- Yaradıcılığınızda nə var, nə yox, işiniz yaradıcılığa mane olmur ki?

- Ümumiyyətlə yox, açığı deyim ki, kömək olur. İstənilən şəraitdə işləməyi bacaran adamam, ona görə də çox adamlar vaxtın azlığından gileylənir, mən yox. Görünür, özünü tərif olmasın, bu da təfəkkür çevikliyindən, enerjili olmağımdan irəli gəlir.

Həm bədii əsər, həm publisistika üzərində işləyirəm, həm qayğılarla məşğulam. “Ulduz” jurnalının işi AYB-nin tədbirləri, idmana da vaxt ayırıram, dostlarla əyləncəyə də, çayxanalarda olmağı sevmirəm, amma lazım gələndə yeyib-içməklə də heç kim mənimlə bəhsə girə bilməz.

“Yol ayrıcında qaçış” romanını çapa hazırlayıram. “Elçin Hüseynbəyli özü və başqaları ” adlı kitab üzərində işə başlamaq üzrəyəm. “Azıx” romanını bitirmişəm.


Yəqin ki, rəhbərlik diqqət yetirər.


- Dram əsərləriniz son vaxtlar səhnədə görünmür?


- Teatrların təmirə dayanmasına görə ləngimə oldu. Gənc Tamaşaçılar Teatrı “Qaçaq qocalar ”ı hazırlayacaq. , Şuşa teatrında Loğman Kərimov “İki nəfər üçün oyun” əsərimi yeni quruluşda qoyur. Milli Dram Teatrına bir-neçə əsər vermişəm, yəqin ki, rəhbərlik diqqət yetirər. Çünki nə yazdığımı, nədən və necə yazdığımı bilən adamam.

- Deyəsən, ssenarinizlə film çəkilir?

- Artıq çəkiliş bitib, amma bəzi məqamlar xoşuma gəlmədi, yenidən işlənəcək. Qarabağla bağlı, qısametrajlı filmdir. İşlər çoxdur, çox sevinirəm ki, çoxdur, başqa cür mənə darıxdırıcı olardı. Vaxt da az deyil, vaxt sadəcə onu düzgün bölənlə hesablaşır.

- Uğurlar sizə.

- Təşəkkür edirəm.


Ramilə Qurbanlı
# 1883 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #