“Azadlıq” marşının müəllifi danışır
10 avqust 2012
14:28
Kulis.az saytının suallarını şair Elçin Mirzəbəyli cavablandırır.
- İstərdim bir az əvvəldən başlayaq. Sizin müəllifi olduğunuz Milli Azadlıq Hərəkatının marşı necə yarandı?
- Bu mətn meydanda yaranıb. Ümumiyyətlə meydanda mənim bir yox bir neçə marşım ərsəyə gəlib. Milli Azadlıq Hərəkatının marşının yaranması 1989-cu ilə təsadüf edir. Meydanda, ocaq ətrafında, dizimin üstündə yazılıb. Bir məqamı da deyim ki, mən musiqini çox sevir, fortepianoda ifa etməyi bacarıram. Təhsil aldığım sahə elədir ki, orda musiqini, vokalı bilməmək mümkün deyil. Müəllimlərimiz o qədər peşəkar idi ki, bizə hər incəliyi öyrədirdilər. Bu marşı kağıza köçürməzdən əvvəl “Heyratı” üzərində birdəfəlik ifa etməyə başlamışam, sonra kağıza köçürmüşəm. Həmin vaxt “Simayi-Şəms”in motivləri əsasında da bir marş yazmışdım, o marş bu gün də silahlı qüvvələrimizdə oxunur. Azadlıq marşı ilk dəfə “Politexnik”in yanından başlanan tələbələrin mitinqində ifa olundu. Mən bu marşı tribunadan oxumuşam. Səhv etmirəmsə həmin tədbiri Fazil Qəzənfəroğlu aparırdı. Fazil Qəzənfəroğlunun da köməkliyi ilə marşı vərəqlərə yazıb paylamışıq. Azadlıq meydanına qədər oxuya-oxuya gəlmişik. O vaxtdan Milli Azadlıq Hərəkatının leytmotiv musiqisi olaraq qalıb. “Azadlıq” qəzetinin birinci nömrəsində bu marşı vermişdilər. Televiziyada isə bu haqda ilk dəfə özümə ustad saydığım Bəxtiyar Vahabzadə danışıb.
- Bu marş dərsliyə salınanda hansı hissləri keçirdiniz?
- Doğrusu mənim üçün gözlənilməz oldu. Buna qədər tədris olunurdu, ancaq dərsliyə salınmamışdı. Marşın dərsliyə salındığını 2006-cı ildə bilmişəm, APA-nın əməkdaşı Pərvin Abbasov mənə zəng edərək bu xəbəri verdi. Bundan sonra 8-ci sinif müsiqi kitabını aldım və gördüm ki, doğrudan da belədir.
- Bəxtiyar Vahabzadəni ustad saydığınızı dediniz. Mən bilən dayınızın da sizə müəyyən təsiri olub.
- Əlbəttə dayımın da təsiri olub. Dayım, Vaqif Hüseyn öz dövrünün tanınmış şairi idi. Təxminən 10 ilə yaxın Masallıda “Çağırış” qəzetinin redaktoru olub. Onun kəskin qələm sahibi olduğunu o dövrdə hər kəs bilirdi. SSRİ Jurnalistlər İttifaqının üzvü idi və “Qızıl qələm” mükafatı almışdı. Təbii ki, bu, indi paylanan “Qızıl qələm”dən deyildi. Tamam fərqli bir mükafat idi. Dayım o vaxt katiblə savaşmışdı. Vaqif Mustafazadənin yaşadığı taleyi müəyyən qədər dayım da yaşayıb. Vaqif Mustafazadəni bığlarına görə efirə buraxmırdılar, Masallıdakı katibin vaxtında da hər kəs bığını qırxmalı idi. Dayım da bığ saxlayırdı və katibin həm bundan, həm də dayımın iddialı olmasından xoşu gəlmirdi. Bu səbəbdən təzyiqlərə məruz qaldı, uzun müddət iş tapa bilmədi, Masallını tərk edib Lənkərana getdi. Ailə təsiri istər-istəməz olur, buna görə də dayımın mənə təsiri təbiidir. Ata tərəfimdə də poetik ovqat üzərində köklənən insanlar olub. Dayım məni basqı altında saxlayır, şeirlərimi çap etməyə icazə vermirdi. Mən də balaca olsam da tələsirdim. O vaxt rayonda “Leninçi” adlı bir qəzet çıxırdı, baş redaktoru Şəkər Aslan idi. Dayım Şəkər Aslana da mənim şeirlərimi çap etməyə qadağan etmişdi, deyirdi ki, hələ uşaqdır, o nə bilir şeir nədir. O vaxt dayım məzəli şeir yazmışdı, belə misraları vardı: “Necə qocalmışam gözəllər indi, bənzədir əmiyə, dayıya məni”. Mən bir neçə şeirimi yığdım, bununla bağlı bir şeirimi də saldım. Bildim ki, Şəkər Aslan onu mütləq verəcək. Şeirdə belə misralar vardı:
“Gizli-gizli qapı döyən payızın,
Xəbərdarlıq yağışından incimə.
Ötən günün alnında yurd saldığı,
Neçə-neçə qırışından incimə.
Baharında bitirmişdin min çiçək
Payızında tapamırsan bir ləçək
Gözəllərin indi sənə qoca tək
İstehzalı baxışından incimə”.
Həmin vaxt dayım Bakıya ezamiyyətə getmişdi. Şeir çap olundu, Şəkər Aslan dayımın Bakıda olmadığından istifadə edib ona sürpriz elədi. Özüm şifonerdə gizlənmişdim ki, birdən məni cəzalandırırlar. Amma bununla da üzərimdən qadağa götürüldü. 10-cu sinifdə oxuyanda isə ilk böyük yazım “Ədəbiyyat və incəsənət” qəzetində çap olundu.
- Adını demək istəmədiyim, sizin də yaxşı tanığınız biri şəxsi söhbətlərdən birində “Azadlıq” marşının müəlifinin dayınız olduğunu demişdi.
- Dayım bu marşı necə yaza bilərdi ki, o, 1985-ci ildə rəhmətə gedib. Bu marş 1989-cu ildən ifa olunur və hər kəs bunun müəllifinin kim olduğunu bilir. Dövlət tərəfindən tanınıb, müəllif hüquqları qeydə alınıb. Ətrafımdakı insanlar bu marşın necə yazılmasının şahidi olublar. Mən bunu sübut etməyə ehtiyac duymuram. Digər tərəfdən mənimlə dayımın üslubu arasında böyük fərq var.
- Yeni çap olunmuş kitabın adını “Salam, məmləkət” qoymaq istəyirdiniz deyəsən, qərarınızı dəyişməyinizə nə səbəb oldu? Hesab etmirsiniz ki, “Salam, məmləkət” adı daha uğurludur.
- Bu kitab vasitəsilə vermək istədiyim mesajlar var idi. Bu kitabda iki il əvvəl də çap oluna bilərdi, iki il sonra da. Ancaq həyatımdakı sükutu indi pozmağa ehtiyac hiss etdim. Bundan başqa kitabda olan ismarıclarla fikirlərimi çatdırmağa indi ehtiyac duyurdum. Məncə bu, öz həyatımda sükutun pozulmasına xidmət edir.
- Şeirlərinizdən belə başa düşürük ki, Azərbaycanın da sükut içində olduğunu düşünürsünüz...
- Hər şey sükut içərisindədir. Söhbət siyasi anlamdan getmir. Ümumiyyətlə hər bir insan yaxşı mənada öz həyatındakı sükutun pozulmasını istəyir. Mən də hər şeyin yaxşılığa doğru pozulmasını istəyirəm.
- “Salam, məmləkət” sizin ən məşhur, ən çox sevilən şeirlərinizdən biridir. Necə hesab edirsiniz, bu şeiri sizin yaradıcılığınızda ən yaxşı hesab etmək olarmı?
- Məncə sevgi şeirlərim “Salam, məmləkət” dən daha populyardır. O ki, qaldı onun ən yaxşı şeirim olub-olmadığına, bu barədə bir şey deyə bilmərəm. Hər dəfə yeni şeir yazanda elə bilirəm ki, ən yaxşısı odur. Siz hesab edirsinizsə, “Salam, məmləkət” ən yaxşı şeirimdir, qoy belə olsun, nə deyim.
- Bir misranız var: “Sevgisi satılmış nifrət adamı”. Bu adam kimdir? Sizmi, başqasımı?
- Bu fikri öz həyatıma aid edirəm. Hər bir şairin yazdıqlarının içində ən çox özü var. Kim bunu inkar edirsə, bu, yanlışdır. Bu, mənə aid olan hisslərdir, bu hissi nə vaxtsa keçirmişəm. Hansısa məqamdan qaynaqlanıb. Bu, böyük bir anlama gəlib çıxıb, amma ola bilsin ki, o qədər də böyük anlamda yazılmayıb.
- Hesab etmirsiniz ki, bu, özünüz haqda ağır ittihamdır?
- Ola bilər. Mən özümü ittiham etməyi xoşlayıram. Özümdən başqa hədəfim də yoxdur.
- Vətəndaş Həmrəyliyi Partiyasında olanda Sabir Rüstəmxanlıya iki şeir həsr etmisiniz. Sonradan isə fikir ayrılıqları səbəbindən oradan ayrıldınız və Sabir Rüstəmxanlı ilə münasibətləriniz pisləşdi. Azərbaycanda öz yazdıqlarından imtina ənənəsi var. Siz Sabir Rüstəmxanlıya həsr etdiyiniz şeirlərdən imtina etməmisiniz?
- Mən heç nədən imtina etmirəm, imtina etsəydim o şeirlərdən birini son kitabıma daxil etməzdim. Mən bunu bilərəkdən etmişəm. Bu baxımdan ki, mən heç nədən imtina etmirəm. Elə bir şey yazmamışam ki, ondan imtina edim. Yazdıqlarım heç kimi mədh eləməyə yönəlməyib. Sadəcə həmin andan yazmaq istəmişəm və yazmışam. Nə üçün yazmışam, indi bunun səbəblərini izah edə bilmərəm. Sadəcə o dövrdə buna ehtiyac vardı.
- Bəxtiyar Vahabzadənin məsləhətindən sonra “Bütöv Azərbaycan” poeması yazmağa başlamışdınız. Bitirə bilmisinizmi?
- Başlamışam, ancaq bitirməmişəm. Bəxtiyar müəllim sonuncu görüşümüzdə belə bir fikir səsləndirmişdi. Mən düşündüm ki, yaza bilərəm. Başlamışam, ancaq bitməyib, buna baxmayaraq sonuncu kitabda poemadan bir hissə var. Poemanı yekunlaşdırmaq üçün zaman lazımdır. Yəqin yaxın bir neçə ay ərzində bitirərəm. Gündəlik qəzetçilikdən on-on beş gün kənara çıxa bilsəm yekunlaşdıracağam.
- 45 yaşınız tamam olur. Müsahibə üçün sizə zəng edəndə 45 yaşın depressiyasını yaşadığınızı dediniz.
- Dostum Anar Yusifoğlu depressiya keçirməyə 35 yaşında başlamışdı. Hətta mən ona bununla bağlı bir şeir də yazmışdım. Ancaq indi görürəm ki, ondan da betər depressiyadayam. Səbəbini bilmirəm. Görünür, hər yaşın öz ağırlığı, yükü var. Gözümü açdım, gördüm ki, 45 yaşındayam, heç xəbərim də olmayıb illər necə gəlib keçib.
- Bu yaşa qədər yazmaq istədiklərinizin nə qədərini yazmısınız?
- Xüsusi bir planla yaşamamışam, qarşıma böyük məqsədlər də qoymamışam. Yazmaq istədiklərimin çoxunu ürəyimdə dəfn eləmişəm, yaza bilməmişəm. Vaxt da olmayıb, hər hansı bir məqamda gözəl şeir yaranıb, mən vaxt tapıb onu köçürtməmişəm və unudulub gedib. Yazmadıqlarımın sayı yazdıqlarımın sayından dəfələrlə çoxdur. Bu cəmiyyətdə insanın öz istedadını göstərmək imkanı olsaydı, sağlam rəqabət mühiti formalaşsaydı, o zaman daha çox şey yaza bilərdim. Yazmamışam və bu, mənim günahımdır.
Ağa Cəfərli

1854 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024