Beqbeder: “Atam viaqraya görə mənə əsəbiləşir”
23 iyul 2012
10:45
Yaxınlarda fransız yazıçısı Frederik Beqbederin “Məhəbbət üç il yaşar” romanı əsasında özünün ekranlaşdırdığı eyni adlı filmi Avropada böyük ekranlara çıxıb. Yazıçının “Zeit” qəzetinə verdiyi müsahibəni təqdim edirik.
- Müsyö, Beqbeder, sizin „Məhəbbət üç il yaşar“ filminizdə və bu film əsasında çəkilmiş kitabınızda şəxsi həyatınızdan çox şey var. Istənilən halda həmişə oxucular təxmin etməyə çalışırlar ki, ədəbi əsərlərdə fakt və uydurma hansıdır?
- Mənim avtobioqrafik əsərlərdə və gündəliklərdə xoşuma gələn nədir: oxucuyla, reallıqla, bədiiliklə oyun. Burda həmçinin müasir ədəbiyyatın problemi də var: biz daim reallığı axtarmaq arzusundayıq və özümüzə sual veririk ki, müəllif yalan deyir ya yox. Təbii ki, „Harri Potter“ kimi istisnalar da var.
Mən bu əsərdə öz şəxsi həyatımla oynamışam, onu oxucu üçün açıqlamışam və özümü çılpaq hala gətirmişəm. Hərçənd kitabda baş verən çox şeylər heç vaxt başıma gəlməyib. Valideynlərim nəinki Markın qəhrəmanları kimi deyil, hətta onlar kifayət qədər ağır xasiyyətlidir. Anam deyir ki, o heç vaxt belə səfeh kitablar yazmazdı. Atam isə viaqra ilə bağlı əhvalatlara görə mənə əsəbiləşir.
– Sizi bu əsəri yazmağa nə ilhamlandırdı?
- Boşanmağım. Ilk dəfə evlənəndə çox gənc idim. 25 yaşım vardı. Bu dəlilik, çılğınlıq idi. Uç il sonra nağıl birdən sona yetdi. O mənə əlləri ilə toxunanda sanki rezin əlcəklər taxmışdı. O vaxtdan mən rezin əlcəklərdən qorxuram. Rezin əlcək təmizlik işlərində istifadə olunur, mənim üçün isə ehtirasın sonu oldu. O, sizə deyir ki, qaçıb xilas olmalısız. Buna görə də mən bu kitabı yazdım.
– Baş qəhrəman Mark Marronnierin bu fikrini bölüşürsüzmü ki, sevgi üç il davam edir və sonra sona yetir?
– Kitabı 15 il əvvəl yazmışam, bu suala onda da cavab verə bilməmişdim, indi də. Mənim üçün öz problemlərini analiz etmək çox vacibdir. Üstəlik, buna görə sənə pul ödəyirlər. Əladır.
– Bir tərəfdən siz bizə sevginin mümkünsüzlüyü haqda danışırsız, digər tərəfdən əbədi sevginin xiffətini çəkirsiz. Bu xiffət hardan qaynaqlanır?
- Əgər sənin əbədi sevgi istəyin yoxdursa, onda gərək intihar edəsən. Ona görə də filmin əvvəlində Mark özünü asmağa cəhd edir. Biz sevgidən qorxan nəslin nümayəndəsiyik. Biz ərköyünük, hər halda ən azından mən beləyəm. Mən burjuaziyanın uşağıyam və həyatda hər şeyin mürəkkəb olmamasını istəyirəm. Bu film həmin nəsil haqda komediyadır, eyni zamanda ağrıdan və romantikadan dəhşətli qorxu hissini ifadə edir. Teleseriallar da bundan bəhs edir və onlar mənim xoşuma gəlir. Məsələn, „Californication“ serialı. Burda sevmək istəyən tiplər var, amma hər onlar axşam başqa-başqa adamlarla sekslə məşğul olurlar. Azadlıq və xiffət dolu hedonist dünyada biz necə xoşbəxt sevgi tapa bilərik?
- Sizcə, doğrudanmı bu bir nəsil məsələsidir. Amma hərçənd, bizim nənə-babalarımız uzun illər evli olublar.
- İstənilən halda ailə bağlarının tez qırılmasına cəmiyyət səbəb olur. Məsələn, mənim valideynlərim başqa adamlara vurulsalar da, ayrılmayıblar. Bunun din, burjuaziya, ailə ilə də əlaqəsi var. Əvvəllər cəmiyyət başqa cür idi, insanlar birgə qalmaq, ailələrinin dağılmaması üçün güc sərf edirdilər. Amma indi bizim aramızda bir Facebook düyməsi qədər məsafə var. Dəqiq görürəm ki, hansı küçədə məni qızlar gözləyir. Bu həyəcan verir və bunu əyləncəyə çevirirəm. Həm də yazıçı kimi mənim işimdir.
- Belə çıxır ki, əvvəllər münasibətlər daha yaxşı idi.
- Demirəm ki, siz bütün həyatınızı nifrət etdiyiniz adamla keçirəsiniz. Keçən əsrin 50-ci illərində rejissor Billi Uaylder „The Seven Year İtch“ flmini çəkmişdi, onda sevgi 7 il davam edirdi, indi 3 il. Yəqin ki, yaxın onillikdə daha da azalacaq, bir ay olacaq. Bəzi dostlarım hər həftə, digərləri isə hər gün yeni münasibət qurur. Yalnız Dominique Strauss-Kahnın bəxti gətirmədi, zavallının bu istəyi bəzi çətinliklər yaratdı.
- Film və kitab arasında 15 ilik fasilə var. Kitabda elə şeylər var ki, artıq onlar geridə qalıb?
- Hə, çox şey. Filmdə onlardan azad olmaq və başqa şeylər əlavə etmək istəmişəm. Məsələn o zaman hələ internet və mobil telefon yox idi. Amma filmdə smslər var. Həmçinin, mavilər, o zaman eyni cinslilərin nikahına icazə yox idi. Filmin rejissoru olmağımın əsas səbəblərindən biri budur. Artıq çap olunmuş romanımı daha da yaxşılaşdırmaq imkanım oldu.
- Kitabınızda daha nə xoşunuza gəlmir?
- Ordakı zarafatlar. Onda həmin zarafatlar mənə gülməli gəlirdi, amma bu gun onlara görə utanıram. Təbii ki, indi gündəmdə yeni zarafatlar var, bir neçə il sonra onlara görə də utanacam. Kitabda Markın Sexshopa getdiyi səhnə var, o onanizmlə məşğul olur, çoxlu içir və narkotik qəbul edir. Sonra evinə dönüb hər yerə qusur. Bu əsl zibildi. Amma 1997-ci sənin kitabında çoxlu qusuntunun, iyrənc şeylərin, narkotikin və seksin olması modern sayılırdı. Bəlkə də o vaxt bu hətta zəruri idi. Ona görə indi filmdə bir səhnə var: Mark böyük sevgisi ilə birlikdə qusur, belə demək mümkünsə romantik qusma səhnəsidir. Amma bu Şarlotta Rochenin (müasir alman yazıçısı və jurnalisti-S.S) yazdıqları kimi iyrənc deyil. 1990- cı illərdə mən bir az ona oxşayırdım.
Almancadan Sevda Sultanova çevirdi

1434 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024