“Maksumum 400”

“Maksumum 400”
12 avqust 2011
# 16:28
Kulis.az “Maksumum 400” layihəsinə start verir.

Layihənin şərtinə əsasən yazılar 400 işarəni keçməməlidir.

Hər dəfə layihədə 4 yazar iştirak edəcək.

Layihədə gələn dəfə digər yazarlar da iştirak edəcəklər.







Qan Turalının yazısı: (133 işarə)

"Əsrimizin Səyavuş”u Boxçadan cəmi 37 dəfə endirilib.

Röyanın "Bağışla"sı isə 1027 dəfə.

Amma inanmıram Məmməd Əmin bizi bağışlaya...


Əziz Rzazadənin yazısı (339 işarə)

Gecə beyin boşalır, durğun dəniz, soyumuş səhra kimi.

Düşüncələr təmiz olur dəniz kimi; fikirlər lal ləpələrinə bənzər bir-birinin ardınca düzülür, səhra qumsallıqları tək ahəstə tərzdə ilan kimi burula-burula nəhayətdə fikir doğurur.

Səhər ayılanda ağla gələn ilk cümlə isə bu olur: “Ay Allah, görən, gecə ağlıma gələn yaxşı fikir nə idi?”


Elmin Həsənlinin yazısı: (383 işarə)

İnsan mütləq özünü ifadə etməlidir...

İfadə imkanları məhdudlaşdırılanda cəmiyyətdə çoxlu narkoman, oğru, avtoxuliqan, meyxanaçı, rüşvətxor, fırıldaqçı... peyda olur.

Hamı işin ən asanına qaçır.

Hamı məşhur olmağın ucuz yollarını axtarır.

Özünüifadə imkanları olmayan cəmiyyət xəstələnir.

Çürüməyə başlayır.

Belə cəmiyyətlərdə əsl istedadlara və intelektuallara yer qalmır...


Vüqar Qurdqanlının yazısı: (152 işarə)

Gözümüz aydın. “Avtovağzal” stansiyası açılacaq.

Modern eskalatorlarda da şor satılacaq.

XXI əsrdə tikilən geridəqalmış Bakı stansiyalarına bu da azdı.
# 1967 dəfə oxunub

Oxşar xəbərlər

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə  çap etmirdilər?

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə çap etmirdilər?

12:00 29 mart 2026
"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər