“Amerikada günə 10 dollara yaşayırdım” - MÜSAHİBƏ
13 aprel 2011
11:13
Məşhur türk yazıçısı Orxan Pamuk “Yeni Şəfəq” qəzetinə verdiyi müsahibəni qısa ixtisarla təqdim edirik.
Mənə “dəli” deyirdilər
- İlk kitabınızı 4 il çap etdirə bilmədiniz. 30 yaşında olanda sizi görənlər " Sən Gündüzün oğlusan” “harda işləyirsən" suallarını verən də cavab verirdiniz?
- "Heç bir şey, evdə oturub roman yazıram" demək əlbəttə asan deyildi. "Heç bir baltaya sap ola bilməmək" sözü mənim barəmdə böyüklər tərəfindən çox istifadə edilirdi. Anam “Baltaya sap ol, get bir yerdə pul qazan” deyirdi. Bu mövzuda çox problemlərim olub , amma hər halda dilə gətirmərəm. 22-30 yaş arası dayanmadan, gündə 10 saat roman yazırdım.
Romanlarımı çap etmirdilər. Ətrafımda olanlar da yavaş-yavaş dəli olduğumu deyir və məni buna inandırmağa çalışırdılar. “Mühəndis olacaqdı, oxumağı atdı, nəsə yazır. Hətta o romanlar mükafat də alır, lakin çap olunmur”. Bu mənim ən çətin dövrüm idi.
Yazıçılıq uğrunda çox çətinliklər çəkdim
- Bu qədər əngəllənən bir insan necə oldu ki, yazıçılıq yolundan dönmədi?
- Mən gəmiləri yandırdığım üçün təzyiqlərə boyun əymədim. Memarlıq oxudum, sonra atdım, jurnalistika oxudum, amma əsgərliyi təxirə salmaq üçün. “Gündüzlər çalışıb axşamlar roman yazaram” deməmək üçün belə etdim. Yazıçılıq yolunda çox çətinliklər çəkəcəyimi bilirdim, özümə yazıçı dedirə bilmək üçün bütün körpüləri yandırdım.
Mənim uşaqlığım o malın satılması, bu malın satılması, nənəmin ağlamaları və kasıbçılıq hekayələrinin arasında keçdi. Atam da məhz belə xüsusi təşəbbüskar sahibkardan bir idarəçiyə çevrildi, sonra Parisdə yaşadı. Ailədaxili narahatlıqlar heç istəmədiyim şeylər idi, amma oldu.
Roman yazanda həyatımda ağrıları xatırlayıram
- Romanlarınızı yazarkən əzab çəkdiyiniz də olurmu?
- Xeyr, düşünərək, planlayaraq yazıram. Amma roman yazan adamın həyatında çəkdiyi əzabları xatırlamağa ehtiyacı olur. Roman sənəti insan oğlunun böyük kəşvlərindən biridir. Çünki öz çəkdiyi ağrıya baxaraq başqasının ağrısını anlamaq insanın ən böyük xüsusiyyətlərindən biridir. Özümüzü başqasının yerinə qoyma qabiliyyəti ... Yaxşı bir yazıçı özünü başqasının yerinə qoya bilməlidir. Bir kişi yazıçı bir qadını anlamalıdır, özünü onun yerinə qoyabilməlidir ki, yazdıqları inandırıcı olsun. Roman yazarkən bəzi səhnələr xarakterin dirəndiyi, etməyə bir şey tapmadığı yerə gəlir. O anda "mən olsam nə edərdim" deyə özümə sual verirəm. Yaşadıqlarıma müraciət edirəm.
Romanın nəticələri sizi nə qədər maraqlandırır?
Məni oxucunun romanı və məni anlaması, bəyənməsi maraqlandırır. Roman yaşadığınız həyatdan bir dilim kəsmək və bu dilimin mənalı olduğunu ifadə etməkdir. İnsanlığını başqaları ilə paylaşa bilmək zövqü çox böyük bir zövqdür.
- Obrazınız əzab çəkməsindən təsirlənə bilirsinizmi?
- Təsirlənirəm. Obrazın çox bədbəxt olduğunu, çox əzildiyini gördüyümdə, ya da tərsi baş verdiyində, onu orta nöqtəyə doğru çəkirəm. Romançılıq yalnız maraqlı obrazlarla deyil həm də oxucunun da özünü tapdığı obrazlarla olur.
- Kitablarınız və siz böyük reklam kampaniyaları vasitəsiylə təqdim olundunuz ...
- O səviyyədə reklam edilən yazıçıların birincisiyəm.
- Marketinqi problem görmürsünüz ...
- Bu ayıb iş deyil, dünyanın hər yerində kitablara təqdimat edilir. "Bu kapitalistlərin işidir, kitablara belə reklam olmaz" deyə müqavimətlə qarşılaşdım. Amma mən bunları düzgün hesab edirəm. Həm az kitab oxunur deyə şikayət edim, həm də reklam edilməsindən?
“Yeni həyatl”a başladı pul qazanmağım…
- Yazıçılıqdan nə vaxt pul qazanmağa başladınız?
- 1985-ci ildə Amerikaya getdim, gündə 10 dollara yaşayırdım. Bu 10 dolların yarısını Erdal Öz kitablarımın satış pulundan göndərirdi. İlk on ildə ancaq kitablardan gələn pulla günümü keçirə bilmirdim, ailə gəlirlərimi istifadə edirdim. Ondan sonrakı on ildə kitablarımdan yalnız gündəlik təlabatlarımı ödəyəcək qədər pul qazanırdım. 1994-cü ildə “Yeni Həyat” çıxdı və 200 min satıldı. Ondan sonra yazıçılıqdan dolanmağa başladım.
- Kitabların adını özünüz qoyursunuz?
- Bütün kitablarımın adını özüm qoyuram. Əvvəllər çox əziyyət çəkirdim, adını qoya bilmədiyim üçün kitabın çapı gecikirdi. Son zamanlarda adqoyma məsələsində bəxtim gətirir. Artıq kitab tamamlanmadan adını qoya bilirəm.
Sözlərimi dəyişdirib manşet edirlər
- Kitabının çox satılması və çox pul qazanmaq ... Bunu fərdi xoşbəxtlik və ictimai bədbəxtlik baxımından problem kimi qəbul edirsiniz?
- "Nə işlə məşğulsan" sualına "yazıçıyam" cavabını verəndə "hansı pulla dolanırsan?" deyə soruşan min adamın yaşadığı bir ölkədə kitabın satılması da problem olar?! Kitablarımın satılması mənim üçün qətiyyən problem olmayıb, amma başqa yazıçılara problem olub.
- Özünüzlə əlaqədar suallara cavab verərkən ehtiyatlı olursunuz
- Mediadan azca qorxmuşam. Bir cümlənizi götürüb başından sonundan bir-iki sözü də dəyişdirərək manşet edirlər. Siz o sözü tam olaraq deməmisiniz. Ona bənzər bir şey mətndə var, amma danışığın ruhu o başlıq deyil. Bu, çox tez-tez edilir. Müəllifin ağzından onu çətin vəziyyətdə qoyan diqqət çəkən bir-iki söz almaq və manşetə çıxarmaq ənənəsi təəssüf ki, artıq oturuşub. Müsahibələrin gedişi zamanı mən indi bunlara da nəzarət edirəm. Bu yaxşı bir şey deyil.
Restoran örtüyünə şəkil çəkmişdim
- 7 yaşından 22 yaşınıza qədər rəsm çəkirdiniz. Yazmağa başlayandan sonra rəsm çəkməkdən uzaqlaşdınız?
- Rəsmi rənglərlə çəkmirəm. Rəssam olmaq rənglərlə işləyə bilmək deməkdir. Mən karandaşla çəkirəm. Restoranda, ya da bir yığıncaqda, qeyd, ya da salfet tapdığımda əlim özbaşına çəkməyə başlayır. Bu yaxınlarda Amerikada bir restorana getmişdim. Fərqində deyiləm, orada kağız örtüyə bir şeylər çəkmişəm, ertəsi gün imza gününə gətirdilər.
- Yəni yazıda var olmağı üstün tutdunuz ...
- Mükafat alarkən də dedim; “mən boş səhifəyə yavaş-yavaş yeni sözlər əlavə edərək stulumda oturduqca günlər, aylar, illər keçdikcə, özümə yeni bir aləm yaratdığımı, öz içimdəki bir başqa insanı, eynilə bir körpünü, ya da bir günbəzi daş-daş quran biri kimi ortaya çıxardığımı hiss edərdim”. Biz yazıçıların daşları sözlərdir. Onları əlləyərək, bir-birilə əlaqələrini hiss edərək, bəzən uzaqdan baxıb seyr edərək, bəzən barmaqlarımızla və qələmimizin ucuyla sanki onları oxşayaraq və ağırlıqlarını tərəziyə qoyaraq sözləri yerləşdir-yerləşdir, illərcə inadla, səbrlə və ümidlə yeni dünyalar qurarıq. Türkcədəki o gözəl deyim - iynəylə quyu qazmaq - mənə sanki yazarlar üçün söylənilmiş kimi gəlir.
Kaş iki həftəlik olanda alardım Nobeli
- Mükafata görə dövlətə vergi verdiniz mi?
- Soruşdum, araşdırdım vergi verilməliymiş, amma nə vergi verəcəyimi mən də bilmirəm.
- “Nobel”in daxili dünyanıza ilk təsiri nə oldu?
- Nobeli aldığımı öyrəndiyim günün səhəri dərindən bir sevinc yaşadım. Amma başım da qarışıq idi. Unuda bilmədiyim bir an var. Nəşriyyatın qapısından girərkən on adam qolumdan yapışıb məni fərqli fərqli yerlərə çəkirdilər. Amma o günlər keçdikdən sonra, indi oturub düşündüyümdə “Nobel”in həyatımın ancaq məişət detallarını çox asanlaşdırdığını qəbul edə bilirəm. Hər kəs mənə gülümsəyir, həddindən artıq nəzakətli, hörmətli və şirin davranırlar. İnsan bir müddət sonra özünü bir şahzadə kimi hiss edir. Mən də “kaş ki, bu mükafatı doğulduqdan iki həftə sonra verərdilər” deyə düşündüm ... O zaman həyatımın hamısı bu şirin rahatlıqla, bu duyğuyla keçərdi.
Daha çox çalışacam
- Şöhrət yazıçını öldürərmi?
- Bilmirəm. Məşhur idim, bir az daha məşhur oldum. Amma mən dəyişməyəcəyəm, ərköyünləşməyəcəyəm. Daha çox çalışacağam. Şöhrət həyatı bir az çətinləşdirir, sıxlığını artırır. Mənim indi bu sıxlıqdan xilas olmağım lazımdır.
Şərqliyəm
- Özünüzü hara aid, yaxud da yaxın hiss edirsiniz, Şərqə yoxsa, Qərbə?
- Şərqdə olduğum bəlli deyilmi... Dünyanın harasında olur olsun, istər Şərqdə, istər Qərbdə, hamıdan ayrılıb özünü kitablarla bir otağa bağlayan yazıçılar zümrəsinin bir hissəsi kimi görmək istəyirəm özümü. Mənim üçün həqiqi ədəbiyyatın başladığı yer kitablarla özünü bir otağa bağlayan adamdır.
Vüqar Qurdqanlı hazırladı

1634 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024