Yazıçı olmağın 15 qaydası

Yazıçı olmağın 15 qaydası
10 avqust 2011
# 12:14
Dünyaya yeni gəlmiş körpənin yanına vura-vura beyninə bu sözləri yeritmək lazımdır: “Yazmamalısan! Yazmamalısan! Yazıçı olmamalısan!” Bundan sonra yenə də yazıçılığa meyl etsə, nəvazişlə onu bu yoldan döndərməyə çalışmalısan. Bu da işə yaramasa, təslim olub onu “itirilmişlər” siyahısına əlavə etməkdən başqa çarən qalmır. Çünki yazıçılıq elə bir qaşınmadır ki, müalicəsi yoxdur.

Yazıçının yolu tikanlar, mismarlar, gicitkənlərlə doludur, buna görə də ağlı başında olan adam əlindən gələni edib yazıçılıqdan uzaq durmalıdır. Amma bütün xəbərdarlıqlardan sonra da yazmaq sevdası onu yazıçı olmağa məcbur edirsə, onda o bədbəxt başına gələcək təhlükələri xəfiflətmək üçün aşağıdakı qaydalara əməl etməlidir:


1. Zövq üçün yazıçı olmaq, onu bir peşə kimi qəbul etməkdən daha yaxşı bir həyat təmin edəcəyini bilməlidir.

2. Ədəbiyyat meydanında müvəffəqiyyətsizliyin uğurdan min qat yaxşı olduğunu qulağına sırğa etməlidir.

3. “Sənət naminə sənət” yaratmağın, sentimental bir hadisədən istifadə etməkdən daha yaxşı olduğunu yadından çıxarmamalıdır.

4. İmtiyazlı gənc bir zadəgan və yaxud da bir lisey şagirdi olmamalıdır.

5. Mütləq ağlı başında olmalı və yazıçılıqda təcrübə toplamalıdır.

6. Utancaq olmamalı, kağızı qabağına qoyub, əlinə qələm götürüb ağlına gələni yazmalı və sonra da qovluğunu qoltuğuna vurub nəşriyyat-nəşriyyat gəzməli, heç kim çap etməyə razı olmasa, qorxmayıb öz hesabına çap etdirməlidir.

7. Kitabları çap olunan və oxunan bir yazıçı olmaq üçün mütləq mütaliəli olmalı və heç olmazsa, arpa dənəsi boyda da olsa, istedadı olmalıdır.

8. Dürüst olmalı, başqasının yazdığını özününkü kimi təqdim etməməli; eyni kitabı iki nəşriyyatda birdən çap etdirməməli; xaricilərə məxsus bir şeyin yerli olduğunu sübut etməyə çalışmamalıdır.

9. Həqiqi həyatda olduğu kimi, yazı dünyasında əxlaqlı davranmalı, başqasının quyruğunu tapdalamamalı, dəsmalına fınxırmamalı, çörəyinə bais olmamalıdır.

10. Yazmağa başlamazdan əvvəl bir mövzu seçməli, amma Amerikanı və ya barıtı ikinci dəfə kəşf etməmək üçün çox çeynənib saqqıza dönən mövzulardan uzaq durmalıdır.

11. Sərbəst təxəyyüllə, lakin nəzarətli şəkildə yazmalıdır; nə qədər qısa və səmimi yazarsa, o qədər çox sevilərək çap olunacağını unutmamalıdır.

12. Şöhrət axtarmırsa və döyülməkdən qorxursa, təxəllüsdən istifadə etməli, amma əsl adını və ünvanını nəşriyyata mütləq bildirməlidir.

13. Ödənişi kitab çap olunduqdan sonra almalı, avans götürməkdən yayınmalıdır.

14. Qazandığı pulu ürəyi istədiyi kimi qazanmalıdır.

15. Ən sonda bu qaydaları bir daha oxumalıdır...


Hazırladı: Vüqar Qurdqanlı
# 2302 dəfə oxunub

Oxşar xəbərlər

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

13:00 9 fevral 2026
"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

13:30 7 fevral 2026
"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

12:00 7 fevral 2026
Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

10:00 30 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər