Dəvəyə niyə viza verilmədi?

Dəvəyə niyə viza verilmədi?
21 iyul 2011
# 11:27
Bəxtsiz dəvə

Hamı xaricə viza alarkən, Huk – dəvə – gözlənilmədən “persona non-qrata” – “arzuolunmaz şəxs” elan olunub.

Huk polis idarəsinə gedir, ona deyirlər, bağışla, hörgüclü, heç nə edə bilmərik, yaşadığın yerə yollan, vadiyə, çünki sən “arzuolunmaz şəxs” elan olunubsan, viza dalınca get-gəlin mənasızdır.

Və Huk pərişan halda ayaqlarını keçmişinə doğru dartır. Ətrafında doğma və tanış dəvələr yerbəyerdən deyir: “nə olub?”, “ola biməz!” və “nə üçün sən?!”

Nümayəndə heyəti Xarici Əlaqələr Nazirliyinə yollanır, lakin daşsifət məmurların idarəsində qalmaqal yaşanır: “Ağlagəlməz işdir... Dərhal vadiyə gedin... Mütləq araşdırma aparılacaq”.

Huk vadidə bir gün ot didib gövşək vurur, iki gün gövşək vurur.

Bütün dəvələr sərhədi adlayıb, Huk isə bir gün gözləyir, iki gün gözləyir.

Beləcə, yay keçdi, payız keçdi.

Huk yenidən şəhərə gedir. Bir boş meydanda ayaqlarını qatlayıb yerə oturur. Turistlərlə birgə fotoşəkillər çəkdirir, jurnalistlərə müsahibə verir. Saxta şöhrət, vəssalam. O isə güman edir ki, hə, vaxt gəlib çatdı, daha problem olmayacaq və irəli cumur. Amma sərhəddə “dayan” əmri verilir. Axı o, “arzuolunmaz şəxs” elan olunub.

Yenə əvvəlki mənzərə: Huk başını yerə dikir, meydandakı nadir otları didir.

Bir dəfə onun haqqında radioda veriliş gedir və o, xürrəm halda polis idarəsinə qaçır. Orda isə Huk yenidən “arzuolunmaz şəxs” elan olunur.

Huk vadiyə qayıdır və ayaqlarını qatlayıb yerə oturur. Ölgün-ölgün ot didir, burnu yer süpürür. Üfüqün arxasında gizlənən Günəşinn ardınca aram-aram gözlərini yumur. Onun burun dəliyindən fışqırıb sallanan köpük özündən bir qədər böyükdür.

Yazıq Huk!


Ruscadan çevirdi: Əziz RZAZADƏ
# 1341 dəfə oxunub

Oxşar xəbərlər

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə  çap etmirdilər?

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə çap etmirdilər?

12:00 29 mart 2026
"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər