Bar qadını Elvira ilə bir gecə...

Bar qadını Elvira ilə bir gecə...
20 iyul 2011
# 06:00

Hərbi xidmətə başlamağımın bir ili tamam olanda məni Təlim Mərkəzindən geriyə çağırıb, başqa bir hərbi hissəyə göndərdilər.

Yeni İli yeni hərbi hissədə qarşıladım.

Bu hərbi hissə Müdafiə Nazirliyinin təlim mərkəzlərindən biri idi.

Şəhər mərkəzindən 20 km aralı yerləşən bomboz təpələrin arasında yerləşən, qışda palçıqdan, yayda tozdan keçilməz olan bu hərbi hissəyə gəldiyim günü indi yaxşı xatırlamıram.

Yalnız bizi soyuq yeməkxanaya doldurub müəyyən tapşırıqlar verib bölüklərə göndərməkləri yadımda qalıb.

Mən yenə maddi təminat taqımına düşdüm.

Bu tağımda xidmət eləməyi çoxları arzulasa da, mənim qətiyyən ürəyimcə deyildi.

Yeməkxanada qab yumaq, yeməkxananı təmizləmək, ərzaq anbarında işləmək və bu kimi qəbul etmədiyim işləri görmək mənə görə deyildi.

Yeni hərbi hissədəki xidmətimin ikinci günü doğum günümü, 19 yaşımı “bölük növbətçisi” kimi qeyd elədim.

Səhər hamımızı yeməkxanaya apardılar.

Hamı tapşırılan işə həvəslə yollandı və heç bir narazılıq olmadı.

Məni xüsusi narahatçılığı olan əsgər kimi tanıyırdılar.

Düşündüyümün əksinə məni ərzaq anbarına işləməyə göndərdilər.

Gündə bir dəfə, tabur komandiri tərəfindən imzalanan sənədə əsasən, ərzağı yeməkxana növbətçisinə təhvil verib günün qalan hissəsini yatmaqla yola verirdim.

Qolumda intihar cəhdimdən qalma yaralar sağalmağa başlamışdı.

Xidmətimdə ən rahat və problemsiz günləri yaşayırdım.

Amma bu hərbi hissədəki xidmətimin birinci ayı tamam olanda ərzaq anbarının rəisi, 50 yaşı olmasına baxmayaraq övladı olmayan, mehrini mənə salan gizir mənə birlikdə kursantlar üçün göndərilən ərzaqdan müəyyən hissəni satmağı təklif elədi.

Düşünmədən tabur komandiri və ərzaq anbarının rəisi ilə əlbir olub hərbi hissənin ərzağını satmağa başladım.

Xırdalan bazarında özümə tanış tapıb alverə eləyirdim.

Gecə anbardan çıxardığımız kərə yağını, konservləri, yulafı, düyünü, toyuğu, bitki yağını müəyyən əsgərlərin köməkliyi ilə taksilərə daşıyır, Xırdalanda bir gecədə satıb geri qayıdırdım.

Hərbi hissədə vicdansızların əlaltısına çevrilmişdim.

Bir gecəlik qazancım bir çox zabitlərin bir aylıq maaşından çox idi.

Bir aya yaxın yaxşı alver elədim.

Ərzaq yeməkxanaya veriləndə yarıbayarı azaldılır, mindən çox kursantın, 500-dən çox əsgərin ərzağının yarı hissəsi satılır, pula çevrilib komandirlərin cibinə axırdı. Mən də qazancdan yaxşı pay götürürdüm.

Bahalı siqaret çəkir, yeməyimi xüsusi olaraq yeməkxanada hazırlatdırır, əsgərlər üçün göndərilən meyvə şirəsini içə bildiyim qədərini içir, qalanını satırdım.

Tağım komandirim mənim yaxşı qazandığımı görüb məndən pul qoparmağa çalışır, məni “ilişdirməklə” hədələyirdi.

Ona “haqq” vermək ağlımdan keçmirdi.


***

Hərbi hissəyə yaxın qəsəbədə fəaliyyət göstərən pritonların daimi müştərisinə çevrilmişdim.

Yaxınlıqdakı qəsəbədə xüsusi taksi ancaq mənə xidmət göstərirdi.

Hərdən narkotiki əvəzləyən həblər, hətta “ot”da tapırdım.

Gecələr alveri yekunlaşdırıb pritonda bir-iki şiş kabab çəkdirib müxtəlif qadınlarla dincəlirdim.

Pulum olduğundan bütün priton qadınları mənim üçün əldən-ayaqdan gedirdi.

Tez-tez priton qadınları ilə standart pozada sevişmək olduqca bezdirici idi.

Amma yenə də həyatımda nə isə çatmırdı.
Fevralın sonları idi... Xırdalana iki taksi ilə gətirdiyim ərzağı xırd edib, əldə etdiyim qazancı da götürüb şəhər mərkəzinə yollandım.

“Səməd Vurğun” bağının yanındakı hərbi mağazadan özümə təp-təzə hərbi forma, zabit papğı və leytenant paqonları alıb “Scarpion” barına yollandım.

Bar qadınları üçün gənc leytenant əsgərdən daha maraqlı idi.

Həmin gecə xeyli içəndən sonra yenicə tanış olduğum qubalı Elviranın təkidi ilə saunaya getdik.


***


Hərbi hissələrin yaxınlığındakı pritonlarda xidmət göstərən qadınlar ancaq bir pozada sekslə məşğul olurdularsa, bar qadını Elvira ilə bir gecədə az qala on pozda sevişdik.

Hər dəfə dodaqlarımdan öpməsini bir “şirvanla” mükafatlandırırdım.

Sauna kefi səhərə qədər davam elədi.

Səhər saat altıda Elviranı taksi ilə yola salıb, atamın hər səhər işə getdiyi dayanacağın qarşısına gəldim.

Baxışlarımla atamı yola salıb, taksi saxladıb düşünmədən avtovağzala yollandım.

Hələ də o səhər nə üçün atamın işə getdiyi dayanacağa getdiyimi anlaya bilmirəm.


***


Günorta artıq kəndimizdə idim.

Hərbi xidmət müddətində bu kəndimizə ikinci gəlişim idi.

Ailəmizə bir günlük gəldiyimi, axşam qayıtmalı olduğumu bildirib sinif yoldaşlarımla görüşməyə yollandım.

Sinif yoldaşlarımdan birinin toyu da həmin günə təsadüf edirdi.

Əynimdəki təp-təzə uniforma, bahalı telefon, çəkdiyim bahalı siqaret mənim “blatnoy” əsgər olmağımdan xəbər verirdi.

Sinif yoldaşlarım və kənd cavanları mənə həsədlə baxırdı.

Axşamüstü evə qayıdanda hamının qanı qaralmışdı.

Atam zəng eləyib hərbi hissədən qaçdığımı deyəndə hamı bir-birinə dəymiş, anam kənddə olduğumu deyib atamı sakitləşdirmişdi.

Gecə nənəmi də götürüb Bakıya, bibimgilə yollandım.

Səhərə qədər atam məni danlayıb, səhər taksi ilə hərbi hissəyə gətirdi.

Artıq tağım komandirinin əlinə məni “nakazat” eləmək üçün yaxşı fürsət düşmüşdü.

Səhər düzülüşü vaxtı tabur komandirinin mənə 8 sutka həbs elan elədiyini öyrəndim.

Qaupvaxta gedəni “sındırır”, başına oyun açırdılar.

Necə olur olsun vəziyyəti dəyişməli idim.

Üstəlik komandirlərə çatası böyük məbləğdə pulu xərcləmişdim. Dünya dağılsa da pulu qaytarmalı idim.

Atamın üzünə də baxa bilməyəcəkdim.

Düzülüşdən sonra bir balaca vaxt tapıb kazarmaya, yatıb dincəlməyə yollandım.

Ərzaq anbarının rəisi mənə o qədər etibar eləmişdi ki, onunla da üz-üzə gəlməyə utanırdım.

Bilirdim ki, sadəcə gileylənib başını bulayacaq.

Son aylar keçirdiyim avara əsgər həyatı, havaya sovurduğum pullar, sevişdiyim əxlaqsız qadınlar bir anlıq gözümün qabağından keçdi.

Atamın sərt baxışları məni hələ də təqib eləyirdi.

Bircə çıxış yolum qalırdı bu çətin vəziyyətdə.

Hamının diqqətini yayındırmaq, həbsə getməmək üçün intihar görüntüsü yaratmalı idim.
Cibimdə bir-iki axmaq həb vardı. Tez-tələsik onları udub, tumboçkadan ülgücü götürdüm.

Həblərin təsiri bədənimə yayıldıqca xumarlanır, özümü içimdəki boşluğa buraxırdım.
Ülgücü biləyimə necə çəkdiyimi xatırlamıram.

Ayılanda tibb məntəqəsinin rəisi ilə birlikdə avtomobildə qospitala gedirdim.
Bu dəfə atamın heç nədən xəbəri yox idi.

Həblərin təsiri bədənimdən çıxanda məni hərbi hospitalın psixiatriya şöbəsinə (dəlixanaya) yerləşdirmişdilər.

Dəmir qapı, pəncərədəki barmaqlıqlar, antisanitar şərait və psixi pozğunluğu olan xəstələrlə, homoseksuallarla bir arada olmaq əsil cəhənnəm əzabı idi.

Allahla ikinci yol ayrıcımız dəlixanada başladı.



Cəlil Cavanşir
# 2423 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #