Mən necə Polad Alemdar oldum?

Mən necə Polad Alemdar oldum?
1 iyul 2011
# 12:10
Gənc yazar Ayxan Eyvazın “Qanun” nəşriyyatının “1-ci kitab” seriyasından “Mən necə Polad Alemdar oldum”adlı romanı çapdan çıxıb.

Roman Türkiyədə və dünyada məşhur olan “Kurtlar Vadisi” serialının təsiri ilə Azərbaycanın kiçik bir məhəlləsində yaşayan uşaqların oynadıqları məzəli oyundan bəhs edir. Burada serialla oyun arasında vəhdət yaranır, bir növ real həyatla, virtual həyatın sintezi baş verir. Roman qəhrəmanları oynadıqları oyunla cəmiyyətin, xalqın problemlərini həll edəcəklərini zənn edirlər. Bu, saf düşüncə isə “Kurtlar Vadisi” serialının onların qəlbində yaratdıqları vətən sevgisindən doğan hissdir. Ancaq hələ yolun başlanğıcında olan, gerçəkləri görməkdə acizlik çəkən bu uşaqlar yaşadıqları mühitin reallıqlarından çox uzaqdadırlar. Buna görə də onların düşüncələri digərləri üçün gülünc və maraqsız görünür.
Əsərdə Azərbaycan insanının kütləvi şəkildə serial aludəçisinə çevrilməsi, həyatlarını serial qəhrəmanları kimi yaşamaları da öz əksini tapıb.

Kitabın redaktoru Nəriman Əbdülrəhmanlıdır. Qiyməti isə 3 manatdır.

Ayxan mərhum yazıçı Eyvaz Əlləzoğlunun oğludur.


Günel ƏSGƏRZADƏ
# 2712 dəfə oxunub

Oxşar xəbərlər

"Samirə Əşrəf və Günel Mövlud onlarla müqayisədə..."  - Türkcə yazan müəllif görəsən, gənclərə nə öyrədir?

"Samirə Əşrəf və Günel Mövlud onlarla müqayisədə..." - Türkcə yazan müəllif görəsən, gənclərə nə öyrədir?

14:30 9 aprel 2026
"Uçurumun kənarında dayandığınızı görmürsünüzmü?" - Mətanət Vahid

"Uçurumun kənarında dayandığınızı görmürsünüzmü?" - Mətanət Vahid

17:35 8 aprel 2026
"Evdən qaça bilərsən, qismətdən əsla!.." - Didəm Madak niyə unudulmaq istəyirdi?

"Evdən qaça bilərsən, qismətdən əsla!.." - Didəm Madak niyə unudulmaq istəyirdi?

15:00 8 aprel 2026
Yazıçılar gündəmi şərh etməlidirmi? - Cavid Ramazanov

Yazıçılar gündəmi şərh etməlidirmi? - Cavid Ramazanov

12:00 8 aprel 2026
Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

18:31 6 aprel 2026
Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

14:30 2 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər