Novruz bayramının əks olunduğu Azərbaycan filmləri - Siyahı

Novruz bayramının əks olunduğu Azərbaycan filmləri - Siyahı
23 mart 2021
# 13:40

Kulis.az milli bayramımız Novruzun əks olunduğu Azərbaycan filmlərini təqdim edir.

“Dəli Kür”

Özgə arvadını qaçıranların acı taleyi

“Yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı “Dəli Kür” (1969) filmində Novruz bayramı ilə bağlı kadrlar var. Yeni quruluş və yeni dəyərlərlə köhnə dünyanın toqquşmasını təsvir edən filmdə cavanların müəllimlərinə bayram payı gətirməsi, yumurta döyüşdürmə, uşaqların müxtəlif Novruz adətləri ilə bağlı oyunları, bacadan şal atmaları əksini tapıb:

“Urus, bu toyuq bu yumurtanı doğub...”

"Yeddi oğul istərəm"

2 लोग की फ़ोटो हो सकती है

Rejissoru Xalq artisti Tofiq Tağızadə, ssenari müəllifi Yusif Səmədoğlu olan “Yeddi oğul istərəm” (1970) filmində Novruzla bağlı epizodlar yer alıb. Kosa və keçəlin oyun nümayiş etdirməsi, yeddi oğuldan birinin əlində səməni gəlməsi, camaatın bayrama hazırlaşması və s. burada öz əksini tapıb. Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında çəkilmiş bu filmdə inqilabçı bolşeviklərlə yerli nüfuz sahiblərinin mübarizəsindən bəhs olunur. Kəndlilərin novruz sevinci, bahar ümidi bayram adətləri ilə əks olunur. Lakin bayram bolşeviklərlə Gəray bəyin adamları arasında döyüşə meydan olur. kəndlilər öldürülür, fəryadlar ucalır...

"Qızıl uçurum"

QIZIL UÇURUM » Azərbaycanfilm

Rejissor Fikrət Əliyevin İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında çəkdiyi “Qızıl uçurum” (1980) filmində də Novruz var. Neftlə varlanan zəhmətkeş gəncin mənəvi tənəzzülündən bəhs edən filmdə Həmidə Ömərova və Əliabbas Qədirov baş rollarda oynayır. Müflisləşmiş, başı daşdan daşa dəymiş qəhrəman yoxsul halda ailəsini atıb üz tutduğu Avropadan geri qayıdır. Amma artıq o, nəyin dəyərli olduğunu bilir.

"Ev"

YARAT FİLM KLUBU: ASİF RÜSTƏMOVUN FİLMLƏRİNİN NÜMAYİŞİ - YARAT

Asif Rüstəmovun “Ev” (2007) qısametrajlı filmində Novruzun səməni becərmək, tonqal yandırmaq və s. adətləri həm kinematoqrafik metafora kimi, həm də əsərin ideya həllində iştirak edir. Qəhrəmanların səmənilərin arasında sevişməsi xüsusilə yaddaqalan kadrlardandır. Filmin işsiz qəhrəmanı (Rasim Cəfərov) Novruz bayramı ərəfəsində dostundan satmaq üçün 1000 ədəd səməni sifarişi alır. Qəhrəman sifarişi öz evində yerinə yetirir və tanış olduğu qızla (Təranə Əliyeva) sevgi münasibətləri inkişaf etdikcə buğdalar da cücərməyə başlayır. Köhnə ata evi birdən-birə səmənilərlə dolu məkana çevrilir. Oğlanla qızın münasibətləri də bu səmənilərin fonunda inkişaf edir. Oğlanın göydələnlərin arasında qoruduğu ata evi həm də mənəvi dəyərdir. Sevdiyi qızın onu aldatdığını, evi satdığını bilən oğlan evindən çərşənbə tonqalı düzədir. O, müqəddəs sandığını belə qoruyur.

# 6335 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #