Silahlı hücuma məruz qaldı, keçmişindən imtina etdi, əri ona iftira atdı - Tünzalə Ağayeva haqqında maraqlı faktlar

Silahlı hücuma məruz qaldı, keçmişindən imtina etdi, əri ona iftira atdı - Tünzalə Ağayeva haqqında maraqlı faktlar
21 oktyabr 2024
# 12:55

Bu gün Xalq artisti Tünzalə Ağayevanın doğum günüdür.

Kulis.az müğənni haqqında maraqlı faktları təqdim edir.

Tünzalə Qabil qızı Ağayeva 1976-cı il oktyabrın 21-də Tovuz şəhərində anadan olub. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirəndən sonra təhsilini Gəncə şəhərində, Qəmbər Hüseynli adına musiqi texnikumunun fortepiano sinfində davam etdirib. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb.

Tünzalə Ağayeva hələ 12 yaşındaykən Azərbaycanın görkəmli şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələyib. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilib.

***

2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi olub. Həmin vaxtdan estrada mahnılarının bəstəkarı və ifaçısı kimi professional yaradıcı fəaliyyətlə məşğuldur.

Tünzalə Ağayeva Ukraynada “Yalta-2003” Beynəlxalq Musiqi Müsabiqəsinin Qran-pri mükafatçısı da olub.

Tünzalə Ağayeva yenə dəyişdi - VİDEO Yeni Sabah

***

2008-ci ildən “Avroviziya” beynəlxalq musiqi müsabiqəsində Azərbaycanın daimi münsiflərindən biridir.

Xalq artistinin bəstəkar Vaqif Gərayzadə haqqında fikirləri birmənalı qarşılanmayıb:

“Sənətə gəlməyimdə ancaq özümə və atama borcluyam. Mən Vaqif Gərayzadədən böyük bəstəkaram. Bu adamın mənim yetişməyimdə zərrə qədər də rolu olmayıb”, fikirləri etiraza səbəb olub.

Atası Qabil Ağayev də qızının fikirlərini təsdiqləyib:

“Qızımın bütün uğurları üçün mən əziyyət çəkmişəm. “KamAz” markalı maşınımı satıb onu səhnəyə gəlişinə yardımçı olmuşam. Ona heç kim kömək etməyib”.

Gəlin, indi də Vaqif Gərayzadənin fikirlərinə nəzər salaq.

“Tünzalə gözəl musiqiçidir. İstedadlı bəstəkardır. Musiqi qavrayışı olduqca yüksəkdir. Özünəməxsus ifa tərzi və geniş diapazonlu, orijinal səs tembri məni cəlb etdi. Tünzalə yaxın gələcəkdə populyar ifaçı kimi tanınacaq və pop musiqisinə yeni nəfəs gətirəcək. Onun “Bakı payızı” müsabiqəsində I yerə layiq görülməsi bunu bir daha sübut edir. Mən buna inanıram və ürəkdən arzulayıram. Sənə müvəffəqiyyət və yaradıcılıq, işlərində uğurlar”.

Tünzalə Ağayeva: “Hər yoldan keçən adımı hallandırır” - Oxu.az

Tünzalə Ağayevanın ilk albomunun üz qabığında bu sözlər yazılıb:

“Uşaqlıqdan Vaqif Gərayzadə musiqisinin böyük pərəstişkarlarından biriyəm. Rayonumuzda yaşayarkən təsəvvür etməzdim ki, nə vaxtsa bəstəkarımızla görüşüb yaxından tanış olacam. Xoşbəxtəm ki, belə fürsət mənə nəsib oldu. Çünki vurğunu olduğum musiqinin yaradıcısı, gözəl insan, sevimli bəstəkarımız Vaqif Gərayzadə ilə tanışlıq, onunla birgə işləmək, onun məsləhətlərini dinləmək mənim üçün böyük şərəfdir. Məhz Musa müəllimin təşəbbüsü ilə mən gözəl bəstəkar Vaqif Gərayzadə ilə tanış oldum və biz bu albom üzərində birgə çalışdıq”.

***

Tünzalə Ağayeva bir müddət pedaqoji fəaliyyətlə də məşğul olub. Bir neçə il müəllim işləyib.

Xalq artisti Tünzalə Ağayevanın doğum günüdür

***

Müğənni müsahibələrinin birində onu musiqiyə ədəbiyyatın gətirdiyini deyib:

"Mən ədəbiyyatla tanış olanda 12-13 yaşım vardı. Əlağa Vahid, Mikayıl Müşfiq, İmadəddin Nəsimi, Nigar Rəfibəyli, Məməd Araz, Səməd Vurğun kimi ədiblərimizin poeziyası ilə tanış olanda nə müğənniliyi, nə Bakını xəyal edirdim. Mənim xəyallarım mahnılarım idi. Bu eşqi də mənə ədəbiyyat vermişdi. Mən hər zaman bunu xüsusi vurğulayıram ki, məni musiqiyə, xüsusilə də, mahnı janrına Azərbaycan ədəbiyyatı gətirib".

***

O, "sənətkarlar susduqca sənəti olmayanlar meydan sulayır" fikrinə də aydınlıq gətirib:

"Mən öz adıma deyim ki, susmuram. Çünki mümkün qədər həqiqətləri demək lazımdır. Bəzən əşyaları, hadisələri və hadisələrin birbaşa iştirakçılarını adı ilə təqdim etmək lazımdır. Məsələyə sağından, solundan yanaşmaq lazım deyil. Bəzən mənim səsləndirdiyim fikirlər bir qədər sərt çıxır, amma düşünürəm ki, biz bunu deməliyik. Biz səssiz qalmaqla heç nə qazanmırıq. Problemlərimizi müzakirə etməliyik. Biz bir ailəyiksə, cəmiyyətin problemi də bizimdir. Müzakirə edəndə hansısa kənar cəmiyyəti müzakirə etmirik ki, özümüzü, evimizin içini müzakirə edirik. Bu gün gündəmi aşağı səviyyəli xəbərlər, aşağı səviyyəli oxucular doldurur".

Tünzalə Ağayeva: "Şəxsi həyatımda özümü..."

***

Müğənni 21 yaşında rejissor Rəhman Əliyevlə ailə həyatı qurub. Bu evlilikdən onun Fidan adlı bir qızı dünyaya gəlib. Ancaq bir müddət sonra o, həyat yoldaşından ayrılıb. Şəxsi həyatı haqqında çox danışmağı sevməyən müğənni ayrılığı ilə bağlı müsahibələrinin birində deyir:

“Onun dəstəyini heç vaxt dana, haqqını tapdalaya bilmərəm. Mən yaxşı idim, o pis - deyə bilmərəm. Hər birimizin xətası var. Yeddi il birlikdə olmuşuq. Bir müddət sonra iki insan tutuşmursa, o demək deyil, biri yaxşı, digəri pisdir. Birinin beyni inkişaf edir, digəri yerində qalır. Məndə belə oldu. Çox xırda məsələləri problem edirdik. O zaman qızım Fidanın iki yaşı var idi. Bu mübahisələrimizə qızımın şahid olmağını istəmirdim. Səhnədə gülüb, gəlib evdə ağlamaq olmazdı. İki-üç il belə həyat tərzi yaşadım. 2001-2004-cü illərdə efirə çıxırdım, “hər şey gözəldir” deyirdim. Efirdə ağlamağı bacarmıram. Valideynlərim çox kədərlənirdi ki, övladımın ailəsi dağılır. Albomlarım uğur qazanırdı. Həmin illərdə şər və xeyri eyni anda yaşadım. O illərdə Tünzalə Ağayeva ulduzunun parlamasını hiss etmədim. Daxilimdə faciə yaşayırdım. O, övladının anası, ömür-gün yoldaşı Tünzalənin şəxsiyyətinə hörmətsiz yanaşdı. Bax, həmin anda ondan tamamilə qırıldım. Çox ehtiyatsız, kişiyə yaraşmayan bir hərəkət etdi. Düşünürdü ki, mənlə yaşamırsa, həyatı məhv olmalıdı. Mənim haqqımda mediada xəbərlər yazdırırdı, onlara pul verirdi, imicimə xələl gətirmək istəyirdi”.

***

Həmkarı Nura Suri isə Xalq artistinin keçmiş həyat yoldaşı ilə bağlı mətbuatda gedən xəbərləri sildirdiyini öz sosial şəbəkə hesablarında paylaşırdı:

“Tunzalə Ağayeva bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını silə bilməz. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə, saytlarda dediklərini “YouTube” və “Google”dən sildirib. Yəqin, öz yaddaşından da silinib. Mən pul verib qran-pri almıram, mükafat və ya “raskrutka”ya pullar tökmürəm. Tünzalə Ağayeva ilə eyni tədbirlərdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam. Bu da “çox sağ ol”.

Tünzalə Ağayeva çimərlik geyimində - FOTO Pravda.az

***

Həmçinin o, Nura Surinin "Tünzalə özünü hamıdan üstün görür, deputat olmaq istəyir" fikrinə də münasibət bildirib:

"Qətiyyən deputat olmaq fikrində və iddiasında deyiləm. Olsaydım, çoxdan deputat olardım da. Bu haqda həddən artıq danışıldı. Hər seçki öncəsi mənimlə bağlı bu mövzu gündəmə gəlir. Savadlı olmaq mütləq ki, millət vəkili olmalısan, demək deyil. Savadsız olsaq, biz hara kimi gedə bilərik? Vətəni hər zaman sevmək lazımdır. Gedib hər hansısa bir postda oturanda Vətəni sevmək böyük yalançılıqdır. Hər zaman ictimai aktivliyim olub. Bəlkə də mən o impulsu göndərmişəm özümdən xəbərsiz. Çünki arqumentsiz danışmıram, analitik beynə sahibəm. Bəlkə də buna görə insanlar deyirlər ki, Tünzalə çox danışır. Yadıma gəlmir ki, hansısa bir mövzu haqda boş danışım. Deputat olmaq istəyimlə bağlı xəbərləri eşidəndə səmimi etiraf edim ki, qıcıqlanıb, əsəbiləşirdim".

***

Onun sinəsini böyütdüyünə dair xəbərlər yayılır. Müğənni isə bu barədə konkret cavab vermir:

"Bu suala nə "hə", nə də ki, "yox" demək istəyirəm. Bu xəbərləri yazanların öz fantaziyasına buraxıram. Formada qalmaq üçün mütəmadi idmanla məşğul oluram və sağlam həyat tərzi keçirirəm. Təəssüflər olsun ki qadın vücudunun elə bir hissələri var ki, köməyə idman gəlmir. Orada estetik müdaxilə olmalıdır. Amma məsləhət görərdim ki, estetik və plastik əməliyyatlara qaçmasınlar. Özlərinə baxsınlar.

Bəzən mənə söyləyirlər ki, niyə burnunuzu əməliyyat etdirmirsiniz. Burnumdan o qədər xoşbəxtəm ki... Mənim burnum haqda yüksək səviyyəli ziyalılarımız, şəxsiyyətlərimiz deyirlər ki, birdən sən də həvəsə düşüb burnunu əməliyyat etdirərsən. Demişəm ki, xeyr, etmərəm. Mənə bu lazım deyil. Lap qocalaramsa, estetik əməliyyat etdirərəm. Üzüm elə qırışa bilər ki, orada köməyə nə botoks, nə də ki digər inyeksiyalar gələ bilməz. O zaman əməliyyata gedərəm".

Kişinin bir gecəlik səhvi xəyanət deyil“ - Tünzalə Ağayeva

***

Stilist Anar Ağakişiyev onun bir şəklini paylaraq "Azərbaycanın seks simvolu" sözlərini yazıb. Sənətçiyə görə işin sirri özünə olan münasibəti dəyişməkdir:

"Yatıb, yuxuma da girməzdi ki, ünvanıma belə sözlər deyiləcək. Etiraf edim ki, xoşuma gəlir. Bu yaxınlarda bir braziliyalı modelin müsahibəsini izlədim. O seksuallıq haqda bunları söylədi: "Seksuallıq qadının özünə inamıdır. Onun içindəki, daxilindəki gözəllikdir. Özündən əmin və özünü sevən və güvəni olan qadın seksualdır. Özümü çox sevirəm. Hər zaman özümü sevmişəm. Sadəcə indiki qədər təcrübəm, həyat anlayışım olmayıb. 20 yaşında bir cürə özünü başa düşürsən, 30 yaşda bir başqasan. Artıq 45 yaşı adlamışam, 46 yaşıma qədəm qoyuram. Əlbəttə ki, hər gün güzgüyə baxıb şükür edirəm. Özümə qarşı həddən artıq tənqidi yanaşıram. Ən vacib olan özümlə olan münasibətin düzgün olmasıdır. Bu münasibəti düzəltdim. Başladılar sorğu-sual etməyə ki, sizdə haradan bu işıq, xarizma, iddia çoxaldı. Əsl sirr özünlə olan münasibəti düzəltməkdədir".

Tünzalə Ağayeva dinləyicilərin yadında bandanalı şəkilləri, klipləri ilə qalsa da, sonradan imicini dəyişdi. O, ilk vaxtlar açıq-saçıq şəkillər paylaşanda dinləyicilər onu tənqid, bəzən də təhqir edirdi.

O, keçmiş imici ilə bağlı bunları deyib:

“Mənim heç vaxt qapalı geyimim olmayıb. Modelyer-dizayner Zümrüd Mirzəliyeva “Bakı payızı” müsabiqəsindən bu yana hər zaman çox maraqlı, fərqli və kreativ obrazlar hazırlayıb. Maraqlısı odur ki, o zaman sadəcə bəzi telekanalların arxivində qalıb. “Bakı payızı”nda, eyni zamanda, ilk vaxtlarda çıxışlarımdakı dekolteli, transparan əlbisələrdə görüntülərim arxivdədir. Söhbət 22 il bundan əvvəldən gedir. Tünzalənin hədsiz dekolteləri də var, transparan bluz paltarları da, üst geyimləri də. Yəni hər cürə geyinmişəm. İndiki nəsil o arxivləri görməyib və gördükləri hazırkı tərzimdir. Bir şey məni çox güldürür. Niyə insanlar bandananı hicabla səhv salır? Bu, insanın zəif dünya görüşündən xəbər verir. Bandana üçkünc yaylıqdır və mən heç vaxt örtünməmişəm. Heç vaxt radikal geyim geyinməmişəm”.

Tünzalə Ağayeva keçmişini niyə unudur: Onu Tovuzdan Bakıya kim gətirib?- FOTOFAKT

***

Sənətçi 90-cı illərdəbaş verən erməni terroru haqqında bunları deyib:

"Bəli. 90-cı illərdə baş verən hadisələr mənim məktəb illərimə təsadüf edir. Bu gün baş verən qarşıdurmanın mən 90-cı illərdə də şahidi olmuşdum. Biz bombardman altında məktəbə gedib-gəlirdik. Bizim o vəziyyətdə həyatda qalmağımız böyük şans idi. Rayonun mərkəzində yaşamağımıza baxmayaraq, açılan atəşlər ora qədər gəlib çatırdı".

***

Sənətçi 29 il əvvəl tələbəlik illərində Gəncə hadisələri zamanı başına gələn təhlükəli anlardan danışıb:

“Birinci kurs tələbəsi idim. Gəncədə çox qorxulu hadisələr baş verirdi. Dərsim bitdi. Fortepiano müəllimim dedi ki, “Tünzalə, evə get, şəhərdə vəziyyət təhlükəlidir”. Mən onun sözlərinə qulaq asmadım və evə getmədim. Dərsdən çıxdıq, rəfiqələrimlə Sabir küçəsinə getdik. Bir də baxdıq ki, bizdən başqa heç kim yoxdur. O anı xatırlayıram ki, hərbi maşın gəlirdi. Oradan əlisilahlı şəxs qışqırdı ki, yerə uzanın. Əsgər formasında adamlar idi. Sonra bizi bir kafeyə apardılar və şəhərdəki vəziyyət sakitləşənə qədər orada qaldıq”.

Budur, başı çalmalı, yaylıqlı Tünzalə...”-Video

***

Tünzalə Ağayeva hazırda fank və blyuz elementləri ilə pop-cazz-xalq musiqi janrlarında mahnılar bəstələyir və ifa edir.

O, 2006-cı ildə Azərbaycanın Əməkdar artisti fəxri adına, 2019-cu ildə isə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.

# 5573 dəfə oxunub

Oxşar xəbərlər

# # #