Məşhur rejissorla Oskarlı aktrisanın söhbəti

Məşhur rejissorla Oskarlı aktrisanın söhbəti
4 mart 2014
# 08:30

Kulis.az rejissor Vudi Allenlə bu il “Ən yaxşı aktrisa” nominasiyasında Oskar mükafatı almış Keyt Blanşettin söhbətini təqdim edir:

Vudi Allen: “Mavi gözlü Jasmin”in çəkilişləri vaxtı sənə tez-tez deyirdim ki, “bu səhnəni daha dinamik elə, yadındadı?” Mən filmlərdə sənin işlərini görmüşdüm, bilirdim ki, bu rol üçün idealsan.

Keyt Blanşett: Səninlə işləmək asandır. Nəyisə bəyənməyəndə bunu açıq deyirsən. Mənim oyunuma rejissorluq edəndə xoşuma gəlir, özümü inamlı hiss edirəm.

Vudi Allen: Hə, mən emosiyalarımı saxlaya bilmirəm. İlk günlər aktyorlar mənim əhval ruhiyyəmi tuta bilmirlər. Bir müddət sonra anlayırlar ki, nəyi necə görmək istəyirəm. Mən həmişə öz sahəsində ən yaxşı mütəxəssis olan adamlarla işləyirəm və onlara güvənirəm.

35 minlik çanta

Vudi Allen: Kostyum üzrə direktor Syuzi Benzinqerin hər obraz üçün 35 min dollar büdcə müəyyənləşdirdiyini biləndə təəccübləndim (Qeyd edək ki, filmin ümumi büdcəsi 18 milyon dolardır). Məncə indi insanlar özləri bu məbləğə don ala bilər. Amma Syuzi bacardı və əla nəticə alındı.

Keyt Blanşett: Filmdəki Hermessin çantasının qiyməti Syuzinin ümumi büdcəsindən də artıq idi. Mizana görə, hər dəfə onu səkiyə tullayanda mənə elə gəlirdi ki, Syuzinin təzyiqi qalxır.

Vudi Allen: Bəs o çantanı necə almışdıq?

Keyt Blanşett: Uzun bir növbədən sonra borc verdilər. Elə böyük növbə idi ki, bu çantanı gözləyə-gözləyə qocalarsan. Amma gözləməyinə dəyərdi: o eksklüziv və arzuolunandır. Eynən özün kimi.

Filmin yaranması haqqında

Keyt Blanşett: Film üzərində işin ən çətin hansı mərhələdir?

Vudi Allen: Yəqin aramsız çəkilişlər. Ssenari yazanda bəyənmədiyin yeri kəsib ata və yenidən yaza bilərsən. Redaktə işi də xoşagələndir: rahat otaqda oturub dostlarla bir şeylər atışdıraraq redaktə edə bilərsən. Amma çəkəndə saatlar işləyir və hər gün az qala 100 min dolar xərclənir. Bu, çox məsuliyyətlidir.

Keyt Blanşett: Amma mənim üçün ən çətini ictimailəşməkdir. Həmişə intuitiv işləyirəm. Altı ay sonra hərəkətlərinin motivini kiməsə izah etmək çox çətindir.

Vudi Allen: Sən həmişə yeni personajlar oynayırsan. Mənimsə aktyor ambisiyalarım yoxdur. Mənə Vanya dayı olmaq maraqsızdır.

Ailə

Allen: Mənim üçün iş və ailə iki müstəqil vahiddir. İş işdir, ailə ilə və ya ailəsiz, fərq etməz. Amma “Mavi gözlü Jasmin”də gözlənilməz hadisə baş verdi: arvadım mənə film üçün ideya təklif etdi. Biz onunla nahar edirdik, o mənə hər şeyini itirmiş qadının əhvalatını danışdı. Bu, mənim xoşuma gəldi.

Keyt Blanşett: Uşaqlar dünyaya gələndən sonra mən vaxtıma qənaət etməli oldum. Amma mən heç təəssüflənmirəm. Onlar elə gözəldilər ki! “İndianna Cons və büllur kəllə kralığı” filmində Lego konstruktorunun elementi olmağım uşaqların xoşuna gəlmişdi. Deyəndə ki “Mavi gözlü Jasmin”də belə şey olmayacaq, onlar məyus oldu.

Vudi Alen: Yenə sənin vəziyyətin yaxşıdır, mənim uşaqlarım tez-tez mənə deyirlər: “Ata, sən inanılmaz dərəcədə uğursuzsan” bu birbaşa sitatdır. Onlar mənim işlərimdən bir damcı da təsirlənmirlər...

# 1897 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #