Sevda Sultanova: “Mentallığın diktaturası çox dəhşətli bir şeydir”

Sevda Sultanova: “Mentallığın diktaturası çox dəhşətli bir şeydir”
31 oktyabr 2013
# 11:00

“Həyatımızda o qədər xoşagəlməyən proseslər olur ki... Və bir də təkrarçılıq var hər şeydə. Müxtəlif şeyləri dünya mətbuatından da izləyirəm və görürəm ki, həyatda hər şey bir-birinin təkrarıdır. Təkrardan qurtulmaq üçün daha magik bir şey axtarmaqda kino həddən artıq kömək olur...” Bu fikirləri APA TV-də “Üç valet” verilişinin qonağı olan kinoşünas Sevda Sultanova deyib.

Sevda xanım oxuduğu, baxdığı hər şeydən hər dəfə nə isə öyrəndiyini deyir: “O gün Borxesin hekayələrini oxuyurdum. Çox üzr istəyirəm bu ifadəmə görə, mənə elə gəlir ki, Borxes intellektual onanizmlə məşğul olub. Çox intellektualdır, amma mən onda ürək hiss eləmədim”.

“Sənət insan üçündür. Amma elə filmlər var ki, onlar elə sənət üçündür” – deyən Sevda Sultanova hesab edir ki, dünyanın hər yerində hər şeylə mübarizə aparmaq olar: “Amma mentallıqla mübarizə aparmaq olmur. Bu mentallığın diktaturası çox dəhşətli bir şeydir. Bunu darmadağın edən əsərlər yazılmalıdır. Yazılır da. Amma film sarıdan çox kasadıq”.

Kinoşünasın fikrincə, Azərbaycanda vətəndaş nikahlarına çox xəstə münasibət var: “Yəni hər bir insanın azad yaşamaq hüququ var. Və bir də qadına münasibət. Qadına münasibətdə cahil və məhdud yanaşma var. Məsələn, onlar düşünürlər ki, qadının 25-26 yaşı varsa, o müstəqil düşünə bilməz”.

Sevda xanım hesab edir ki, Azərbaycanda da təkrar-təkrar baxmaq istədiyin filmlər var: “Bizdə də elə filmlər var ki, onlara baxdıqca yenə baxmaq istəyirsən. Məsələn, "Şərikli çörək" adamın içini titrədən bir şeydir. Bir də "Bizim Cəbiş müəllim". Son illər belə filmlər yoxdur. "Bir cənub şəhərində" maraqlı bir filmdir. Amma o filmdə də mentallıq var. Amma orda elə bil qaydaları qırmaq cəhdi vardı. O film həyatın özü idi elə bil. Əslində səbəbini bilmirəm. Amma bircə onu bilirəm ki, önəmli olan kilidləri qırmaq və eksperiment etməkdir. Bizim pis cəhətimiz odur ki, biz eksperimentlərə acıq deyilik”.

Kinoşünas düşünür ki, Azərbaycan kişisi zaman-zaman obrazını dəyişib: “Kişiləri millətlərə ayırmazdım. Feminizmdir, gender bərabərliyidir, filandır, bunlarla razı deyiləm. Mənim içimdə bir qadınlıq var. Amma klassik qadın tipi deyiləm. Mətbəxdə özümü əla hiss edirəm”.

# 3416 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #