Sevişə bilmirdik ər-arvad kimi MƏTN

Sevişə bilmirdik ər-arvad kimi MƏTN
4 aprel 2013
# 07:45

Mən səni ot kimi sevirdim onda,

Sən də vurulmuşdun mənə at kimi;

Qaranlıq otağın şam işığında

Sevişə bilmirdik ər arvad kimi.

Mən sənə baxırdım yaşıl çəməntək-

Ürəyim axırdı otlamaq üçün;

Əlimiz qalxmırdı şamı söndürək,

Qalxdıq sönən şamı odlamaq üçün.

Mən səni qadıntək sevmirdim axı,

Yamyaşıl yamac tək tapırdım səni;

Ağzım sulanırdı... at kimi baxıb

Ot kimi gözümə təpirdim səni.

Maşından, uçaqdan bab olmaz bizə,

Qanımız yaramır mühərrik üçün;

Hələ çox cavandıq onda deyəsən-

Sən arvadlıq üçün, mən ərlik üçün.

Atıl min belimə, min atlan bir az-

Səninlə dünyanı hərlənim, dedim.

Sən mənim üstümdə arvadlan bir az,

Mən sənin üstündə ərlənim, dedim.

…Şamı sönmüş evin girəcəyində

Səni ürkütməsin bu yanıq iyi;

Bir ovuc külümü at pəncərədən,

Unut bir bədənlik o sür sümüyü…

Mən səni qadıntək sevmirdim onda-

Mən sənə baxırdım gözəllik kimi;

Şam kimi yanmadım, sənin yolunda

Yandırdım özümü üzərrik kimi...

# 4908 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #