Bakı Uşaq və Gənclər Teatrı fəaliyyətə başlayıb

Bakı Uşaq və Gənclər Teatrı fəaliyyətə başlayıb
29 yanvar 2020
# 16:42

Bakı Uşaq Teatrı bundan sonra Bakı Uşaq və Gənclər Teatrı olaraq fəaliyyətini davam etdirəcək.

Teatrın adının dəyişdirilməsi ilə bağlı təqdimat Mədəniyyət Nazirliyi tərəfindən verilib və hazırda bu işlərə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə gerçəkləşib.

Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, Əməkdar artist İntiqam Soltanın sözlərinə görə, teatrın adının dəyişdirilməsində məqsəd daha geniş auditoriyanı əhatə etmək imkanı qazanmaqdır: “Belə ki, teatrın fəaliyyətinin əsas istiqamətlərindən biri tamaşaçıların ən müxtəlif mövzularla bağlı maarifləndirilməsidir. İnsanların isə bütün yaşlarda maariflənməyə ehtiyacı var. Teatrın repertuarında indiyə qədər də ən müxtəlif yaş qrupları üçün nəzərdə tutulan tamaşalar var idi. Lakin çox vaxt teatrın adı geniş auditoriyanın tamaşalara cəlb olunmasına mənfi təsir edirdi. Bakı Uşaq və Gənclər Teatrı bundan sonra da öz ideyalarına sadiq qalacaq, tamaşaçıların asudə vaxtının təşkili ilə yanaşı, onların dünyagörüşünün inkişafına, gənc nəslin vətəndaş kimi formalaşmasına, dünyada baş verən proseslərlə ayaqlaşmasına xidmət edəcək”.

Xatırladaq ki, Bakı Uşaq Teatrı 2002-ci ildən fəaliyyət göstərir. Hazırda 18-ci mövsümünü yaşayan teatr indiyə qədər uşaqlar və böyüklər üçün 100-dən artıq tamaşa hazırlayıb. Azərbaycanda və ölkənin hüdudlarından kənarda ən müxtəlif festivallarda, teatrla bağlı konfranslarda və tədbirlərdə iştirak edib. /azertag.az/

# 1416 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #