Səməndər Rzayevin 75 illiyi keçirildi- Fotolar

Səməndər Rzayevin 75 illiyi keçirildi- Fotolar
29 yanvar 2020
# 09:57

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub.

Kulis.az xəbər verir ki, bu münasibətlə “Dəli yığıncağı” (C.Məmmədquluzadə) tamaşası nümayiş olunub və fotoşəkillərdən ibarət sərgi keçirilib.

Tədbirdə çıxış edən Xalq artisti Hacı İsmayılov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətov, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Xalq artisti Səidə Quliyeva aktyorun Azərbaycan teatr və kino sənətinə töhfələrindən danışıblar.

Vurğulanıb ki, Səməndər Rzayev “Dəli yığıncağı”nda Fazil Küleyli obrazını ustalıqla yaradıb. O, kinoda da eyni dərəcədə uğur qazanıb. Səməndər Rzayevin digər aktyorlardan fərqi ondadır ki, o, baş rolları dublyaj edib.

Diqqətə çatdırılıb ki, Səməndər Rzayevin ilk rolu 1968-ci ildə Azərbaycan Dövlət Akademik

Dram Teatrında “Hamlet” (U.Şekspir) tamaşasında Horatsio olub.

Azərbaycan Dövlət Radiosunun “Bulaq” folklor toplusunun Bulaq dədəsi kimi məşhurlaşan aktyor teatrda Hatəmxan ağa (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə), Xacə Nizam, Knyaz, İbn Yəmin (“Xəyyam”, “Knyaz”, “İblis”, H.Cavid), Balaxan (“Aydın”, C.Cabbarlı), Vaqif (“Vaqif”, S.Vurğun), Əmir İnanc (“Qılınc və qələm”, M.S.Ordubadi), Qənimət, Muradov (“Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, İ.Əfəndiyev), Bəhram Zeynallı, Xudayar bəy (“Şəhərin yay günləri”, “Sizi deyib gəlmişəm”, Anar) və digər yaddaqalan obrazlar yaradıb.

Səməndər Rzayev, həmçinin “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Arxadan vurulan zərbə”, “Babamızın babasının babası”, “Ad günü”, “Babək”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” “və digər filmlərdə uğur qazanıb.

Aktyorun qızı Rübabə Rzayeva tədbirin təşkilində Mədəniyyət Nazirliyinə və Akademik Milli Dram Teatrına minnətdarlığını bildirib.

# 1785 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #