Mixail Qusmanın kitabı Bakıda təqdim olundu - Fotolar

 Mixail Qusmanın kitabı Bakıda təqdim olundu - Fotolar
27 yanvar 2020
# 09:34

"Moskva-Bakı: mədəniyyətlərin dialoqu" konfransı çərçivəsində Bakı Kitab Mərkəzində TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və "Həyat formulu" kitablarının təqdimatı olub.

APA Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, dövlət nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu paytaxtımızda keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransını yüksək dəyərləndirib. Bildirib ki, Azərbaycanla Rusiya arasında uğurla inkişaf edən münasibətlər bir çox istiqamətləri, o cümlədən humanitar sferanı, mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlığı əhatə edir.

Kitabların müəllifini 70 illik yubileyi münasibətilə təbrik edən səfir diqqətə çatdırıb ki, Mixail Qusman və qardaşı, respublikamızın Xalq artisti Yuli Qusman doğulduqları şəhərə, Azərbaycana hər zaman böyük sevgi və bağlılıq nümayiş etdirirlər.

Xalq yazıçısı Anar çıxış edərək Mixail Qusmanı yubiley münasibətilə təbrik edib, ona xoş sözlərini bildirib, yubilyara öz kitablarını hədiyyə edib.

Gallery

Xalq artisti Fərhad Bədəlbəyli yubilyarın təqdim olunan hər iki kitabı ən səmimi hisslər üzərində qələmə aldığını vurğulayıb. Bildirib ki, “Həyat formulu” kitabında anası və atası ilə bağlı xatirələri yer alıb və kitabdakı təsvir olunan mühit bizim hər birimizə doğmadır.

Gallery

Mixail Qusmanın qardaşı Yuli Qusman çıxışında vurğulayıb ki, “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı Azərbaycan və Rusiya xalqları arasında olan əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. O, konfrans çərçivəsində kitabların təqdimatını və insanların bu tədbirə böyük maraq göstərməsini həm də Qusman qardaşlarının Bakıya sevgisinin nəticəsi kimi qiymətləndirib.

Sonda Mixail Qusman tədbirə qatılanlara təşəkkürünü bildirib və kitablarını imzalayaraq iştirakçılara hədiyyə edib.

Gallery

# 1113 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
# # #