Tanınmış Nəsimişünasdan şok açıqlama: “Bildiklərimiz gerçəkliyi əks etdirmir”

Tanınmış Nəsimişünasdan şok açıqlama: “Bildiklərimiz gerçəkliyi əks etdirmir”
13 dekabr 2019
# 11:41

“Son aylarda Nəsimini hürufilikdən ayırma cəhdlərinə sıx-sıx rast gəlinir.”

Kulis.az-ın verdiyi xəbərə görə, bu sözləri tanınmış Nəsimişünas alim Səadət Şıxıyeva öz facebook profilində bildirib:

“Bu nə gülünc tendensiyadır? Sovet düşüncəsi ilə yanaşmanın acı nəticəsi. Hürufi mətnlərini oxumadan necə bu cür iddiada olmaq olar, anlamıram. Nəsiminin mürşidi və qardaşının məzarının yeri dəqiqləşdirilməlidir. Nə Şah Xəndandakı yazılar, nə də Nəiminin məzarı ilə bağlı bilinənlər iddialarımıza cavab vermir, tarixi gerçəkliyi əks etdirmir. Bilinənləri təftiş etməkdənsənsə, boşluqları aradan qaldırılmaq lazımdır...”

Xatırladaq ki, bu yaxınlarda tanınmış professor Qorxmaz Quliyev də Nəsimi və hürufilik barəsində fərqli mövqe göstərmişdi. O, yazmışdı:

“Nəsiminin yubileyi ilə bağlı keçirilən tədbirlərdə bir meyl məni çox narahat edir: şairin yaradıcılığını nəyin bahasına olursa-olsun bircə mənbəyə - hürufiliyə müncər etməyə, onun əsərlərinin bircə yöndə oxunmasına, hər bir oxucunu Nəsimiyə çevirməyə cəhd olunur.”

# 2311 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
#
#
# # #