"Golden Globes-2020" mükafatlarına namizədlər bəlli oldu - Siyahı

"Golden Globes-2020" mükafatlarına namizədlər bəlli oldu - Siyahı
10 dekabr 2019
# 09:46

Nüfuzlu “Golden Globes-2020” mükafatlarına namizədlərin adları elan edilib. Hollivudda akkreditasiya olunmuş jurnalistlər Assosiasiyasının bu mötəbər mükafatlarının qaliblərinin təqdimatı mərasimi yanvarın 5-də Kaliforniya ştatındakı Beverli-Hillsdə keçiriləcək. Mərasimi beşinci dəfə dalbadal britaniyalı aktyor Riki Cerveys aparacaq.

Kulis.az xəbər verir ki, ən yaxşı filmlərə namizəd göstərilən ekran əsərləri arasında məşhur kinorejissorlar Kventin Tarantino, Martin Skorseze, Todd Fillips, Sem Mendesin 2019-cu ildə istehsal olunmuş filmləri var. Bundan başqa, Çin mənşəli Amerika rejissoru Lulu Vanqın, fransız rejissoru Laca Linin, ispaniyalı Pedro Almodovaranın, Cənubi Koreya kinorejissoru Pon Çjun Honun filmləri “ən yaxşı xarici ölkə filmi” nominasiyasında namizəd göstəriliblər.

“Ən yaxşı teleseriallar” nominasiyasında isə “Çernobıl” filmi mükafata ən iddialı ekran əsəri kimi göstərilir.

“Ən yaxşı aktyor” nominasiyasında Hollivudun ulduzları Eddi Mörfi, Leonardo Di Kaprio, Antonio Banderas, Hoakin Feniks kimi məşhurların adları var.

“Ən yaxşı aktrisa” nominasiyasında Cennifer Lopes, Keti Beyts, Annet Beninq, Lora Dörn, Sirşa Ronan və Rene Zellveqerin namizədlikləri irəli sürülüb. /azertag.az/

# 1154 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #