Opera və Balet Teatrında “Şelkunçik” nümayiş olunacaq

Opera və Balet Teatrında “Şelkunçik” nümayiş olunacaq
9 dekabr 2019
# 16:51

Dekabrın 25-i və 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Şelkunçik” baletinin tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hər dəfə Yeni il ərəfəsində teatr bu baleti repertuarına daxil edir. "Şelkunçik" həm kiçik, həm də yaşlı tamaşaçıların böyük maraqla qarşıladıqları və həvəslə seyr etdikləri bir tamaşadır.

P.Çaykovskinin gözəl musiqisi, monumental maraqlı səhnə tərtibatı və kostyumlar tamaşanı daha baxımlı və zəngin edir.

Tamaşalarda balet truppasının aparıcı solistləri - Əməkdar artistlər Nigar İbrahimova, Cəmilə Kərimova, Makar Ferştandt, Samir Səmədov, həmçinin gənc solistlər Timur Oduşev, Yuliya Ferştandt, Faiq Qubadov, Leyla Narimanidze, Dinara Şirinova və b. çıxış edəcəklər.

Dekabrın 25-də keçiriləcək tamaşanı Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcək.

Dekabrın 29-da baş tutacaq tamaşanın dirijoru isə Dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovdur.

# 1874 dəfə oxunub

Oxşar xəbərlər

“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

15:30 26 aprel 2024
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

15:00 26 aprel 2024
Məşhur reper edam olunacaq

Məşhur reper edam olunacaq

14:30 26 aprel 2024
#
#
# # #