Elməddin Cəfərov: "Söyüş intellektuallıqdırsa, Cem çox intellektualdır"

Elməddin Cəfərov: "Söyüş intellektuallıqdırsa, Cem çox intellektualdır"
18 noyabr 2019
# 13:14

Türkiyənin məşhur aktyor və stəndapçısı Cem Yılmaz ötən gün Bakı Konqres Mərkəzində “Diamond Elite Platinum Plus” “satnd up” şousu ilə çıxış edib. Bilet qiymətləri və konsertin gedişatı yerli komediya ustaları tərəfindən birmənalı qarşılanmayıb.

Kulis.az Cem Yılmazın stəndap şousu barədə aktyor, stəndapçı Elməddin Cəfərovun fikirlərini öyrənib.

“Biletlərin satışı barədə heç nə deyə bilmərəm. Onun özünə verdiyi dəyər budur. Əgər zal tam dolursa, deməli, onun üçün normal qiymət odur. Konsertinə də getdim. Cem Yılmaz peşəkardır, halal olsun. Biletlərin qiymətlərinə də sayğı ilə yanaşıram. Əgər yeddi yüz manat bilet satışı ilə də zal dolursa, adam niyə qiymətini ucuz etsin ki? Biz özümüz iyirmi manat qiymət qoyanda düşünürük ki, çox bahadır. Amma adam biletini yeddi yüz manat qiymətə qoyur və zalda əyləşməyə yer yox idi. Ən xoşuma gələn tərəfi isə peşəkarlığı oldu. Türk xalq musiqisi üzərindən öz mədəniyyətlərinə aid bir səhnəcik hazırlamışdı və hamı da gülürdü. Deməli mədəniyyətin dilindən, irqindən asılı olmayaraq hər millətin öz səhnəsini yaratmaq mümkündür”.

Elməddin Cəfərov həmkarı Fərda Xudaverdiyevin konsertlə bağlı açıqlamasına da münasibət bildirib:

“Fərdanın bizim uduzmağımızla bağlı verdiyi açıqlamaya isə münasibətim belədir. Görünür onu konsertə dəvət etməyiblər, açığı heç məni də təşkilatçılar dəvət etməmişdilər. Bir dostumun iki bileti vardı, onunla getdim. Düşünürəm ki, Fərdanın ironiyası təşkilatçılarımızla bağlıdır”

Elməddin Cəfərov Cem Yılmazın bizim komediya ustalarından daha intellektual olması iddiasını belə cavablayıb:

“Konsertdə intellektuallıq yox idi. Çoxlu söyüş vardı. Əgər söyüş intellektuallıqdırsa, Cem çox intellektualdır. Vallah, elə şeylərdən danışdı ki, mən şəxsən bu barədə oğlanlarla, yaxın dostlarla danışa bilərəm. O da ailə ortamından uzaqda. Yenə deyirəm, Cem peşəkardır, amma ona intellektual deməyək”.

# 6708 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #