Mənzil alanlara kitab hədiyyə olunacaq

Mənzil alanlara kitab hədiyyə olunacaq
15 oktyabr 2019
# 12:45

Şair Şəhriyar del Geraninin yeni çap olunan “Gecəniz şeirə” kitabının növbəti imza günü İmişlidə yerləşən ASAN xidmətdə keçiriləcək.

Bu barədə Kulis.az-a Şəhriyar del Gerani özü məlumat verib.

“Kitab otağı” layihəsi çərçivəsində həyata keçirilən tədbir regionlarda kitab təqdimatları və imza günlərinin ənənəyə çevrilməsi, kitabın bölgələrə yayılması məqsədi daşıyır.

Xatırladaq ki, “Gecəniz şeirə” kitabının təqdimatı bundan əvvəl Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində keçirilmişdi.

Şəhriyar del Gerani onu da bildirib ki, "Elite City" və "Pilot Heyat" tikinti şirkətləri "Kitab otağı" layihəsinə dəstək verib. Həmin şirkətlər binalarında yaşayan sakinlərə pulsuz olaraq "Kitab otağı" seriyasından və Azərbaycan Dövlət Tərcümə Mərkəzində nəşr olunan kitabları kitab rəfləri ilə birlikdə hədiyyə edəcək. Bu binalarda yaşayan sakinlər kitab üçün müraciət edə bilərlər.

# 1786 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #