Psixoloqdan Şəhriyarın nikah statusuna cavab: “Anlamaq istəmir ki...”

Psixoloqdan Şəhriyarın nikah statusuna cavab: “Anlamaq istəmir ki...”
24 may 2019
# 17:32

Bu yaxınlarda tanınmış şair Şəhriyar del Geranin erkən nikahla bağlı yazdığı status istifadəçilər tərəfindən birmənalı qarşılanmadı. Çox sayda fikirlər səsləndi, şairin mövqeyi tənqid olundu.

Kulis.az məsələ ilə bağlı psixoloq Günel Tağıdan münasibət öyrənib. Həmin cavabı təqdim edirik.

“Məgər nigah yalnız cinsi yetkinlik məsələsidir? Ola bilər, hansısa isti ölkədə cinsi yetişkinlik tez baş versin, məsələn isti ölkələrdə bu cinsi yetkinlik tez baş verir. Amma nikaha yalnız cinsi yetkinliyə görə qərar vermirlər. İnsanlar nikaha psixoloji yetkin olmalıdır. Psixoloqlar nikaha 21 yaşdan tez girməyi məsləhət görmürlər. Burada çox məsələ var; dünyagörüş formalaşmayıb, bədən toparlanmayıb və s. Bu, olduqca geniş mövzudur. İndiki uşaqlar ümumiyyətlə, psixoloji olaraq yaşlarından geri qalırlar.

Hamının nənəsini sorğulasaq, tez evlənib. Amma adamın özünün yaşı ilə doğduğu uşağı necə müqayisə etmək olar? Burada o qədər faktorlar var ki… Erkən nikaha girən şəxs nəinki özünün başqasının həyatında da problemlər yaradır.

Müəllif çox ziddiyyətli fikirlər yazıb. Məsələn, yazıb ki, qadın var 41 yaşda da nikaha hazır deyil. Bunu düz deyir. Demək istəyir ki, yaşa baxmır. Amma anlamaq istəmir ki, orta bir standart var”.

# 2363 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #