Çingiz Abdullayevin kitabının təqdimatı olub

Çingiz Abdullayevin kitabının təqdimatı olub
24 may 2019
# 11:55

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Xalq yazıçısı Çingiz Abdullayevin “Torjestvo xama” kitabının təqdimatı keçirilib.

Təqdimatda Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları və fəal oxucular iştirak ediblər.

Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, onun növbəti kitabı janrına görə – siyasi detektivdir. O, rastlaşdığı maraqlı hadisələrdən, iştirakçısı olduğu əhvalatlardan danışıb və oxucuların suallarını cavablandırıb. Bildirib ki, mütaliəni vacib sayır, Amerika yazıçısı Rey Bredberi çox sevir. Eyni zamanda, Heminquey, Remark, Şekspir, Dostoyevski, Ayzek Azimov və Con Uindomun əsərlərini də maraqla oxuyur.

Azərbaycan yazıçılarından isə Anarın, Natiq Rəsulzadənin kitablarından təsirləndiyini bildirən Çingiz Abdullayev peşəkar yazıçı olmağın sirrinin zəhmət, istedad və şans olduğunu söyləyib. Qeyd edib ki, şans hər adama nəsib olmur. Bu yolu seçən adam ilk növbədə özünə inanmalı, ikincisi isə çox oxumalı, dünyanı öyrənməlidir.

Tədbirdə Yasamal rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Yeganə Qafarova kitabxananın oxucuları arasında aparılan sorğuların nəticəsinə görə ən çox oxunan müəllifin Çingiz Abdullayev olduğunu qeyd edib.

Sonda Xalq yazıçısı müəllifi olduğu kitabları imzalayaraq onu sevənlərlə xatirə şəkilləri çəkdirib. /azertag.az/

# 1291 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
# # #