Reyhan Yusifqızı balaca oxucuları ilə görüşüb

Reyhan Yusifqızı balaca oxucuları ilə görüşüb
24 may 2019
# 11:01

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində uşaq yazıçısı Reyhan Şıxlinskaya ilə şagirdlərin görüşü keçirilib.

Kulis.azın veridiyi xəbərə görə, görüşdə məktəbin müəllimləri və 5-6 -cı sinif şagirdləri iştirak ediblər.

Tədbir 5-ci sinif şagirdi Banu Məmmədlinin yazıçı haqqında dolğun məlumatı ilə başlayıb. Şagirdlər yazıçının “Dostum Mimi”, “Yaşıl gözlü qız”, “Uzaq planetin sirri” adlı kitablarından hekayələri danışıb, həmin hekayələr əsasında səhnəciklər göstəriblər.

Tədbir şagirdlərin Reyhan Yusifqızı Şıxlinskayaya onun əsərləri barədə verdikləri müxtəlif suallarla davam edib.

Sonda məktəbin direktoru İlahə Carçıyeva yazıçıya təşəkkürünü izhar edib.

Reyhan xanım öz növbəsində məktəbə, xüsusən dil-ədəbiyyat müəlliməsi İradə Nəbiyevaya tədbiri belə gözəl, uşaqların maraqları dairəsində təşkil etdiyinə görə təşəkkür edib: “Yazıçılarla görüş uşaqların həm kitab oxumasına, dünyagörüşlərinin artmasına, həm də ağır dərs prosesindən sonra sərfəli istirahətlərinə xidmət edir”.

# 2526 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #