Bakıda kino festivalı keçirilir

Bakıda kino festivalı keçirilir
18 may 2019
# 10:10

Böyük Britaniya ölkəmizdəki səfirliyinin və “British Council” nümayəndəliyinin təşkilati dəstəyi ilə mayın 17-dən 24-dək “Park Cinema” kinoteatrlar şəbəkəsində “Britaniya kinosunun baharı” adlı beşinci festival keçiriləcək.

Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filip Barkley “Park Cinema Flame Towers”də festivalın açılış mərasimində jurnalistlərə müsahibəsində bildirib ki, bir həftə ərzində tamaşaçılara Britaniya istehsalı olan yeddi maraqlı film – “Sevimli qadın” («The Favourite»), “Qara çay” («Dark River»), “Tabe ol” («Obey»), “Xoşbəxt şahzadə” («The Happy Prince»), “İtaətsizlik” («Disobedience»), “Sahildə” («On Chesil Beach») və “Kolet” («Colette») filmləri təqdim ediləcək. Festivalın əsas məqsədi Böyük Britaniya və Azərbaycan xalqlarını mədəniyyət sahəsində yaxınlaşdırmaqdır.

Sonra “Sevimli qadın” filmi nümayiş etdirilib. Film böyük maraqla qarşılanıb.

Qeyd edək ki, bütün filmlər Azərbaycan dilində subtitrlərlə ingilis dilində nümayiş etdiriləcək. Bir biletin qiyməti 2 manatdır. Biletləri “www.parkcinema.az” veb-saytında və “Park Cinema” kinoteatrlar şəbəkəsinin kassalarında almaq olar. /azertag.az/

# 1785 dəfə oxunub

Oxşar xəbərlər

"Puma x Fenty" brendinin yeni siması - Foto

"Puma x Fenty" brendinin yeni siması - Foto

11:30 26 aprel 2024
Mir Cəlal Paşayev  - 116

Mir Cəlal Paşayev - 116

11:00 26 aprel 2024
Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

10:30 26 aprel 2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

10:00 26 aprel 2024
Necə yerimək lazımdır? - Vüqar Van

Necə yerimək lazımdır? - Vüqar Van

09:00 26 aprel 2024
Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
# # #